• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

"Sübut yox, cəza var: Şəkərli Diabetdən əziyyət çəkən məhkumdan Prezidentə Açıq Müraciət"

Cəmiyyət

22-07-2025, 15:18

Azərbaycan Respublikasının Prezdenti
cənab İlham Əliyevə

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə
müəssisəsinndə cəza çəkən məhkum
Əliyev Etibar Xasay oğlu tərəfindən

Ərizə

Zati-aliləri, möhtərəm cənab Prezident!

Hörmətli cənab Prezident! Sizə dərin hörmət və inam hissi ilə müraciət edirəm. Ədalətin, insan hüquq və azadlıqlarının təminatçısı olan şəxsiyyətinizə sonsuz ümid bəsləyərək, başıma gəlmiş ədalətsizliyin aradan qaldırılması üçün Sizin birbaşa müdaxilənizi xahiş edirəm.

03 fevral 2022-ci il tarixində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Mikayıl Qiyasovun təqdimatı və Yasamal rayon prokuroru Elman Süleymanovun qərarı ilə Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə əsassız olaraq həbs olunmuşam. İstintaq zamanı təqdim olunan sübutlar əsassız, ziddiyyətli və qeyri-müəyyən olmuşdur. Məhkəməyə təqdim edilən ittiham aktı heç bir hüquqi tutarlılığa malik olmadan, əsaslı müdafiə vəsatətlərim nəzərə alınmadan, məhkəmə tərəfindən obyektiv araşdırma aparılmadan qəbul edilmişdir.

Bakı Ağır Cinayətlər Məhkəməsində (hakimlər: İlham Mahmudov, Faiq Qəniyev və Məhəmməd Əkbərov) keçirilən bir illik məhkəmə prosesi ərzində təqdim etdiyim sübut və vəsatətlər diqqətdən kənarda saxlanılmış, ziddiyyətli ifadələrə və aydın faktlara baxmayaraq, mənə qarşı ədalətsiz hökm çıxarılmışdır.

İş üzrə zərərçəkmiş şəxs “Geokon” MMC-nin rəhbəri Aftandil Əsədov ifadəsində məni tanımadığını, pulu isə tanışı Vahid Mahmudova verdiyini bildirmişdir. Vahid Mahmudov isə ifadəsində mənimlə 2021-ci ilin fevral ayında tanış olduğunu və mənə cəmi 30.000 manat verdiyini göstərmişdir. Həmin ifadə hökmün 6/20-ci səhifəsində də öz əksini tapmışdır. Belə olan halda, ittiham olunduğum maddənin — CM-nin 178.3.2 deyil, daha yüngül maddə olan 178.2.4 ilə tövsif olunmalı olduğu açıq-aşkar idi. Lakin bu əsaslar nəzərə alınmadan mənə 8 il azadlıqdan məhrumetmə cəzası verildi.

Apellyasiya instansiyası (hakimlər: Elmar Rəhimov, Fərid Əyyubov və Emin Mehdiyev) birinci instansiya məhkəməsinin qərarını demək olar ki, dəyişmədən qüvvədə saxlamış, yalnız 320.1-ci maddəyə xitam verməklə kifayətlənmişdir. Kassasiya şikayətimə Ali Məhkəmənin Cinayət Kollegiyası (hakim İlqar Qılıncovun sədrliyi ilə) tərəfindən baxılmış və 27 fevral 2025-ci il tarixində heç bir əsaslı hüquqi araşdırma aparılmadan əvvəlki hökm qüvvədə saxlanılmışdır. Qeyd etdiyim vəsatətlərin heç biri müzakirə olunmamış, müdafiə hüququm kobud şəkildə pozulmuşdur.

Zati-aliləri!

Bu cinayət işində təkcə mənim hüquqlarım deyil, həm də Azərbaycan Respublikasının Konstitusiyasının 63 və 127-ci maddələri, habelə CPM-nin 138.2, 177.3.5, 299.4.1, 318.1, 302.1, 397, 399, 416, 419.5, 419.10.2 və 427.4-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur.

Zərərçəkmiş qismində tanınan Vahid Mahmudov həm istintaq, həm də məhkəmə proseslərində bir-birini təkzib edən, ziddiyyətli və yalan ifadələr vermişdir. Bu hərəkətləri Cinayət Məcəlləsinin 297.2-ci maddəsinə uyğun hüquqi məsuliyyət doğursa da, bu günə qədər nə istintaq, nə də məhkəmə orqanları tərəfindən heç bir hüquqi qiymət verilməmişdir.

Zati-aliləri!

Artıq 3 ildən çoxdur ki, mən bu ədalətsizliyə qarşı mübarizə aparıram. Bu müddət ərzində 9 dəfə Baş Prokurorluğa, 4 dəfə Bakı şəhər Prokurorluğuna, 7 dəfə Məhkəmə-Hüquq Şurasına yazılı şəkildə müraciət etmişəm. Təəssüf ki, aldığım cavablar yalnız formal xarakter daşıyır, məsələ üzrə hər hansı obyektiv araşdırma aparılmamışdır.

Ən acınacaqlısı isə odur ki, mən çox ağır xəstəliklərdən əziyyət çəkirəm — şəkərli diabet, ürək çatışmazlığı, sinir zədələnməsi, mədə qastriti, nevroloji pozuntular və sair. Bu xəstəliklərlə mənim 7 il 6 aylıq cəzanı başa vurmağım fiziki cəhətdən mümkün deyil. Bu cəza mənim üçün ömürlük həbsə bərabərdir.

Möhtərəm cənab Prezident!

Ən son ümidim Sizədir. Mən Dövlətimə, onun rəhbərinə inanıram. Lakin ədalət axtarışım məni artıq beynəlxalq instansiyalara yönləndirməkdədir. Bununla belə, mən Avropa Məhkəməsinə müraciət edib Azərbaycan Respublikasının hüquq sisteminə kölgə salmaq istəmirəm. Mənə qarşı ədalətsizlik edən azsaylı məmurların yanlışlığına görə doğma ölkəmin nüfuzuna zərər gəlməsini istəmirəm.

Odur ki, Sizdən xahiş edirəm:

Ali Məhkəmənin 27.02.2025-ci il tarixli qərarının Azərbaycan Respublikası CPM-nin 427.4 və 425.2-ci maddələrinə uyğun olaraq ləğv edilməsinə və işə yenidən baxılması üçün göstəriş verilməsinə dair aidiyyəti üzrə tapşırıq verməyinizi xahiş edirəm.

Əvvəlcədən Sizə dərin təşəkkürümü bildirir, ədalətin bərpasına ümid edirəm.

Hörmətlə,
Əliyev Etibar Xasay oğlu
21 iyul 2025-ci il

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

15-10-2024, 08:49

11 saylı cəzaçəkmə müəssisəsində məhbusların DƏRMANI SATILIR - İTTİHAM VAR...

Bölgə / Ölkə

4-09-2022, 13:14

Hüquq-müdafiə təşkilatları Gəncə sakini Vüsal Süleymanovun əsassız həbsi ilə bağlı Prezidentə müraciət ünvanlayıb

Bölgə

25-08-2023, 19:09

Lənkəranlı gənc prezidentə müraciət etdi:

Sosial

6-01-2025, 20:34

İmişli rayon sakini, 7 övlad atasından Prezidentə - Açıq Məktub

Cəmiyyət

29-08-2024, 12:08

Azərbaycan həbsxanalarında ömürlük cəza çəkən 14 əcnəbi var - RƏSMİ

Gündəm

7-11-2023, 09:59

Bu gün Vaqif Xaçatryanın növbəti məhkəməsi keçiriləcək, prokuror cəza istəyəcək

Cəmiyyət

12-09-2022, 09:17

Hüquq-müdafiə təşkilatları jurnalist Əvəz Zeynallının və vəkil Elçin Sdıqovun əsassız həbsi ilə bağlı Prezidentə müraciət ünvanlayıb

Cəmiyyət

1-11-2024, 16:51

ƏSGƏRLİYƏ GETMƏK ÜÇÜN PREZİDENTƏ MÜRACİƏT ETDİ - İsmayıllı sakini hərbi xidmətə yararsız olmadığını iddia edir

Gündəm / Cəmiyyət / Video

9-01-2025, 18:28

İş adamı Ramil Aslanov Gömrükdə özbaşınalıqla bağlı Prezidentə müraciət etdi - VİDEO

Cəmiyyət

20-12-2024, 11:49

Zərərçəkmiş Xalid Kərimov Prezidentə müraciət edərək istintaq işinin nəzarətə götürülməsin xahiş edir

Gündəm / Cəmiyyət

31-01-2025, 13:07

Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR

Cəmiyyət

23-12-2024, 16:53

Kobaxidze Prezident İlham Əliyevi təbrik edib

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Dünən, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
13-10-2026, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 12:04
    Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib
  • Bu gün, 11:54
    Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
  • Bu gün, 11:20
    Zelenski Rusiyanın neft emalı zavodlarına hücumların bərpa olunacağını bildirib
  • Bu gün, 11:14
    Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
  • Bu gün, 10:54
    AGMA: Məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət olunması vacibdir
  • Bu gün, 10:43
    “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
  • Bu gün, 10:23
    İtaliya hərbçiləri Azərbaycana səfər edib
  • Bu gün, 10:10
    Xalq artisti xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır
  • Bu gün, 09:51
    Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşüb - YENİLƏNİB
  • Bu gün, 09:28
    Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
  • Bu gün, 09:06
    Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
  • Dünən, 19:00
    Paşinyanın partiyasından olan deputatı Rusiyaya buraxmayıblar
  • Dünən, 18:31
    Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
  • Dünən, 18:25
    "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
  • Dünən, 17:41
    Qazaxıstan Prezidenti Azərbaycana gəlib
  • Dünən, 17:26
    Aygül Şahüseynzadə təyinatla bağlı paylaşımını sildi
  • Dünən, 16:59
    Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
  • Dünən, 16:40
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • Dünən, 16:17
    Zelenski Britaniyada səfərdədir
  • Dünən, 16:08
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • Dünən, 15:43
    Bakının mərkəzində QHT-lər kəlağayı ilə yürüş keçirib
  • Dünən, 15:34
    Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq
  • Dünən, 15:13
    Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Türkiyə Prezidentini təmsil edəcək
  • Dünən, 14:59
    30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
  • Dünən, 14:33
    Əli Əsədov Laosun Prezidenti ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
  • Dünən, 14:27
    Azərbaycan və Kamboca parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
  • Dünən, 13:09
    Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
  • Dünən, 12:59
    Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
  • Dünən, 12:44
    Laos Prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
  • Dünən, 12:26
    İcra başçısı “Instagram”da astrologiya, oyun, gözəllik səhifələri izləyir? - FOTO
  • Dünən, 12:06
    Makron süni intellektlə bağlı Müdafiə və Mili Təhlükəsizlik Şurasının iclasını keçirəcək
  • Dünən, 11:41
    LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
  • Dünən, 11:26
    Gədəbəydə avtomobil aşıb, ölən var
  • Dünən, 11:09
    "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
  • Dünən, 10:47
    Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib - YENİLƏNİB
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə