Sizin reklam burada 728×90
Son dəqiqə

Məcnun Məmmədov Şərurda vətəndaşları qəbul edəcək

11.08.2025 16:38 287 1 dəq oxunur
Məcnun Məmmədov Şərurda vətəndaşları qəbul edəcək
Avqustun 15-də saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şərur rayon icra hakimiyyətinin inzibati binasında Naxçıvan şəhərindən, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbulda iştirak etmək istəyənlər 060 596 69 62 nömrəli telefona zəng edərək əvvəlcədən qeydiyyatdan keçə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az