Sizin reklam burada 728×90
Son dəqiqə

“Rahat market”də müştərinin aldadılması halı aşkarlanıb

19.08.2025 18:53 215 1 dəq oxunur
“Rahat market”də müştərinin aldadılması halı aşkarlanıb
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, “ANC Group” MMC barəsində malın hesabına dair istehlakçıların az miqdarda aldadılması ilə bağlı inzibati xəta protokolu tərtib edilib.

Bu barədə Xalq-a Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, şirkətin tərkibində fəaliyyət göstərən “Rahat” supermarketlər şəbəkəsində qida məhsulunun müştəriyə üzərində göstərilmiş qiymətdən baha satıldığı müəyyən edilib.(Xalq.online)
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az