• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Bakı Baş Səhiyyə Mərkəzi”də pul silmə əməliyyatı: İcarə adı altında milyonlarla…..

Cəmiyyət

25-08-2025, 18:43

“Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi inzibati binanın icarəsi üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə fiziki şəxs Zeynalov Natiq Vahib oğlu ilə birbaşa 586.046,52 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 22.08.2025- ci ildə dərc edilib.
media-seh


Bu barədə Aktualinfo.org məlumat paylaşıb.

Xəbərdə bildirirlir ki,araşdırma zamanı məlum oldu ki, bu ilə fiziki şəxs Zeynalov Natiq Vahib oğlu arasında bağlanılan ilk satınalma müqaviləsi deyil.

Belə ki, tərəflər arasında icarə xidməti üzrə 516.279,12 manat məbləğində satınalma müqaviləsi 01.10.2024-cü ildə, 516.279,12 manat dəyərində bir müqavilə də 22.11.2022-ci ildə bağlanılıb.

Məlumat üçün bildirək ki, Bakı Baş Səhiyyə Mərkəzinin icarəyə götürdüyü binada daha əvvəl Dövlət İmtahan Mərkəzi fəaliyyət göstərirdi. DİM 2015-ci ildən 2022-ci ilin iyun ayına kimi Natiq Zeynalova məxsus binada fəaliyyət göstərib. Qeyd olunan tarixdən sonra isə həmin binanı Bakı Baş Səhiyyə Mərkəzi icarəyə götürüb. Amma nədənsə Səhiyyə Mərkəzi 2023-cü ildə Natiq Zeynalovla bağladığı müqavilənin nəticəsi barədə satınalmaları portalında məlumat dərc etməyib.

Dövlət Vergi Xidmətinin reyestr məlumatları üzərindən apardığımız araşdırmada məlum oldu ki, fiziki şəxs Zeynalov Natiq Vahib oğlu (VÖEN:1506967102) Bakı şəhəri Nərimanov rayonu, Həsənoğlu ev28, mənzil 37-də ünvanında qeydiyyatdadır. Vergi Xidmətinin məlumatlarında fiziki şəxs Zeynalov Natiq Vahib oğlunun VÖEN-i passiv olduğu göstərilir.

Bakı Baş Səhiyyə Mərkəzi isə satınalmaların portalında fiziki şəxs Zeynalov Natiq Vahib oğlunun VÖEN-inin olmadığını göstərir. Bu isə fiziki şəxs olaraq Natiq Zeynalovun vergidən yayınmasına şərait yaradır.

Mətbuata açıqlamalarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini Namiq Dərgahov bildirir ki, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) hüquqi və ya fiziki şəxsin vergi ödəyicisi olduğunu təsdiq edən sənəddir. Vergi ödəyicilərinin uçotu onlara dövlət vergi orqanları tərəfindən verilmiş VÖEN əsasında aparılır. VÖEN aktiv və ya passiv ola bilər. Vergi ödəyicisi fəaliyyətini dayandırırsa, onun VÖEN-i passivləşdirilir. Aktiv VÖEN şəxsin vergi ödəyicisi kimi fəaliyyət göstərdiyinin və gəlir əldə etmək imkanının olduğunu, passiv VÖEN isə fəaliyyətini dayandırdığının və sahibkar kimi gəlir əldə etmədiyinin göstəricisidir.

Belə olan halda Bakı Baş Səhiyyə Mərkəzi son dörd ildə sahibkar kimi fəaliyyəti dayandırılmış Zeynalov Natiq Vahib oğlu ilə ümumi dəyəri 1 618 046 manat olan satınalma müqavilələrini hansı əsaslarla bağlayıb?

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov da açıqlamalarında qeyd edir ki,”statistikada biz aktiv vergi ödəyiciləri ilə passiv vergi ödəyiciləri arasında böyük fərq görə bilirik. Hər hansı bir vergi ödəyicisi bu və ya digər səbəblərdən fəaliyyətini dayandırırsa, o, vergi ödəyicisi kimi fəaliyyətini dondurmuş sayılır və bununla da passiv vergi ödəyiciləri siyahısında yer alır”.

Qeyd edək ki, 2021-ci ilin oktyabrında Bakı Baş Səhiyyə İdarəsi ləğv edilib və həmin qurumun əvəzinə Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxs yaradılıb. TƏBİB-in sədr əvəzi Vüqar Qurbanovun müvafiq əmri ilə Elçin Əmirov “Bakı Baş Səhiyyə Mərkəzin” publik hüquqi şəxsinin direktoru təyin edilib.Elçin Əmirov bu təyinata qədər “Şəki rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru olub. Mediada yer alan məlumatlara görə Elçin Əmirov Şəki rayon Mərkəzi Xəstəxanasının Baş həkimi olarkən bir neçə dövlət qurumunun 2019-cu ildə Şəkidə apardığı kompleks yoxlamalardan sonra xəstəxanada ciddi maliyyə pozuntularına yol verildiyi aşkar edib. Məlum olub ki, Şəki Mərkəzi Xəstəxanasında dəftəxana ləvazimatları və təsərrüfat malları adı altında hər il 100 min manatdan çox dövlət vəsaiti mənimsənilib. Bundan sonra Elçin Əmirov tutduğu vəzifədən kənarlaşdırılıb. Hətta barəsində cinayət işinin başlanıldığı da söylənilir. Buna baxmayaraq TƏBİB sədrinə yaxın şəxslər vasitəsi ilə daha böyük vəzifəyə irəli çəkilib və Şəkidə yol verdiyi qanun pozuntularını Bakı Baş Səhiyyə Mərkəzində də davam etdirir.

Yeniavaz.com saytının hələ 2022-ci ildə yaydığı məlumatlarda isə bildirilir ki, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M ünvanında yerləşən və Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən icarəyə götürülən bina inzibati mərkəz kimi istifadə ediləcək. Bakı Baş Səhiyyə Mərkəzinin icarəyə götürdüyü binada daha əvvəl Dövlət İmtahan Mərkəzi fəaliyyət göstərirdi. DİM-in 7 il fəaliyyət göstərdiyi binanı neçəyə icarəyə götürdüyü barədə məlumat yoxdur. Amma, məlum olan odur ki, icarəyə götürülən bina hazırda DİM sədri Məleykə Abbaszadənin yaxınlarına məxsusdur. Onu da bildirək ki, bina sahibinin atası və eyni zamanda da Məleykə Abbaszadənin qudası olan Vahib Zeynalov 2017-ci ildə vəfat edib.(Aktualinfo.org)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

23-05-2025, 12:51

 TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...

Gündəm / Cəmiyyət

3-07-2025, 08:44

Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Cəmiyyət

8-04-2025, 10:44

Oğuzun İcra Hakimiyyəti rayonun keçmiş başçısının oğlu ilə icarə müqaviləsi bağladı -DETALLAR

Cəmiyyət

16-01-2025, 12:57

Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?

Cəmiyyət

7-03-2025, 19:40

Fərqli rayonlar, fərqli obyektlər, eyni icarə haqqı – Agentlikdən qəribə satınalma

Gündəm / Cəmiyyət

2-06-2025, 17:27

 Arxitektura Komitəsinin “Bureau Mühit” MMC ilə işbirliyi hələ də davam edir - İcazə verin şübhələnək...

Cəmiyyət

16-12-2024, 15:26

Gənclər və İdman Nazirliyindən bir gündə iki tender udan “RTZ” MMC-nin əsl sahibi əslində kimdir? -İLGİNC

Gündəm / Cəmiyyət

7-03-2024, 18:36

Mərkəzi Nəbatat Bağında Günel Cəfərovaya məxsus MMC-lərlə nə kimi işlər çevrilir? – İLGİNC FAKTLAR

Gündəm / Cəmiyyət

4-11-2024, 14:20

ADRA-dan şübhəli `MOYKA` PULU... - Rəsmən "iz" buraxmırlar...

Cəmiyyət

12-03-2025, 15:43

Cavid Abdullayevin 100 minlik tender oyunu

Gündəm / Cəmiyyət

21-05-2025, 15:45

Memarlıq və İnşaat Universitetində satınalmaların formal keçirldiyini Gülçöhrə Məmmədova inkar edə bilərmi -İLGİNC FAKTLAR

Cəmiyyət / Bölgə

2-04-2025, 16:22

Tovuzda ən çox tender udan MMC-lərin Yaşar İbrahimovla nə kimi bağlılığı var

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 09:16
Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB
Dünən, 18:20
Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb
Dünən, 10:45
Qaradağda yük maşını aşıb
13-08-2026, 09:41
Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb
11-08-2026, 16:09
Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb
10-08-2026, 18:25
Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
Xəbər lenti
  • Bu gün, 17:03
    Həmkarlar, yoxsa Həmkorlar İttifaqı? - Səttar Möhbalıyevdən Sahib Məmmədova dəyişməyən sistem
  • Bu gün, 16:48
    Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb
  • Bu gün, 16:34
    Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu
  • Bu gün, 16:16
    İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
  • Bu gün, 16:10
    Aynur Poluxova ilə şöbə müdiri arasında qalmaqal
  • Bu gün, 15:29
    Rezidenturaya qəbul üzrə keçirilmiş müsabiqənin nəticələri elan olunub
  • Bu gün, 15:18
    Qarabağ Universitetinin Klinikası təlim üçün Tanyer Denizə 11 min manat ödəyəcək - DETALLAR
  • Bu gün, 14:53
    Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub
  • Bu gün, 14:39
    Səbuhi Əhmədov “Qaçqınkom”da şübhəli satınalmalarını davam etdirir – Bu dəfə “Ağa-EE İnşaat” MMC ilə
  • Bu gün, 14:17
    IJF İlham Zəkiyevin 10-cu dəfə Avropa çempionu olmasını əsas simvolik məqam kimi qiymətləndirib
  • Bu gün, 13:48
    “Kafe O”da adı “O”, xidmət “0”mı? — 27 manatlıq samovar, soyuq çay və müəmmalı hesab
  • Bu gün, 13:36
    XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib
  • Bu gün, 13:21
    “Koordinat Construction” MMC-nin “udduğu” tenderlərdə rolu subartezian quyularını təmir etməkdir, yoxsa…
  • Bu gün, 13:08
    Sabah Azərbaycanda 37 dərəcə isti olacaq
  • Bu gün, 12:50
    İlhamə Quliyevanın oğlu haqda ŞOK FAKTI açıqladı: - “İki ildir axtarırıq, son dəfə danışanda deyib ki...”
  • Bu gün, 12:25
    Azərbaycan qeyri-neft-qaz sektorunda iqtisadi artımla bağlı proqnozunu yeniləyib
  • Bu gün, 12:09
    Dələduzluqda ittiham olununan David Selivestrov danışdı - AZƏRBAYCANA QAYIDACAĞAM!..
  • Bu gün, 11:55
    Mətbuat Şurası: Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir
  • Bu gün, 11:43
    “Yüzlərlə sakinin həyatı təhlükədədir” - “AAAF Park”da QALMAQAL
  • Bu gün, 10:59
    Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edəcək
  • Bu gün, 10:32
    Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür
  • Bu gün, 10:15
    Qazax-Bakı qatarında təhlükəli anlar: Pəncərə çatlayıb - VİDEO
  • Bu gün, 09:42
    Azərbaycan nefti ucuzlaşmaqda davam edir
  • Bu gün, 09:33
    “Pilgrim Edu” abituriyentləri aldadır? — Xaricdə təhsil vədi, ödənişlər və saxta sənəd iddiaları
  • Bu gün, 09:16
    Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB
  • Bu gün, 09:08
    “Universal Hospital”da sertifikatsız həkim - yeni faktlar
  • Bu gün, 08:46
    Bakıda yalnız beş istiqamətdə tıxac yaranıb
  • Dünən, 22:10
    Elxan Qaraxanlıdan “Xəmsə Palace 2021” MTK-ya SƏRT İTTİHAM: “Prezidentin mənzil verdiyi yazıçılardan pul tələb olunur”
  • Dünən, 22:08
    Məhərrəm Novruzovun “Qurtuluş-93”ündə təhlükə siqnalı: Sakinlər binaların vəziyyətindən narahatdır
  • Dünən, 19:30
    Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib
  • Dünən, 19:04
    Səfalı MTK ilə bağlı növbəti qalmaqal: Bu binada sakinlər qorxu içindədir -ŞİKAYƏT
  • Dünən, 18:20
    Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb
  • Dünən, 18:09
    Nazir dostunu həbsdən qoruya bilərmi? –“Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları
  • Dünən, 17:32
     “Xəmsə Palace 2021” MTK yenə də PROBLEM YARADIR...
  • Dünən, 17:13
    Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə