Sizin reklam burada 728×90
Son dəqiqə

“Port Baku Bazar” fəaliyyətini dayandırır?

23.09.2025 19:26 577 1 dəq oxunur
“Port Baku Bazar” fəaliyyətini dayandırır?
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadənin Azərbaycandakı əmlaklarına həbs qoyulub.

Bakunews.az Gununsesi.info-ya istinadən xəbər verir ki, iş adamına məxsus “Port Baku”dakı mənzilinə, bazarına, bundan başqa bu yaxınlarda “Sea Breeze”də aldığı yeni bir neçə mənzilə, çoxsaylı avtomobillərinə həbs qoyulub.

Bundan başqa, Adnan Əhmədzadənin özünün və həyat yoldaşı Gülsəfa Cəfərovanın Azərbaycan banklarındakı hesabları da bloklanıb.

Qeyd edək ki, Adnan Əhmədzadə bir neçə gün əvvəl həbs edilib. Ona qarşı mənimsəmə, dövlətin iqtisadi təhlükəsizliyinə təhdid yaradan cinayətlər üzrə ittiham elan olunub.

Şirkətdən Bakunews.az-a verilən açıqlama görə, ““Port Baku Bazar” öz fəaliyyətini davam etdirir. Hər şey yolundadır. Bütün kontingent iş başındadır. Marketlərimiz hər zaman müştərilərimizin xidmətindədir. Davam edirik. Bu barədə heç bir sıxıntı yoxdur. Adnan Əhmədzadə məsələsi barədə isə mövqe bildirməyimiz uyğun deyil. Bu, bizi aşan məsələdir”.

Qeyd: "Port Baku Bazar" ABDA RETAİL İNVESTMENT HOLDİNG LTD tərkib hissəsidir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az