Hörmətli redaksiya,
12.10.2025-ci il tarixli media sorğunuzda göstərilən iddialarla bağlı bildiririk ki, “Tüstü Pub & Restaurant” fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun şəkildə həyata keçirir. Müəssisəmizdə bütün satış və xidmətlər üzrə ödənişlər yalnız rəsmi kassa aparatı və POS-terminal vasitəsilə qəbul olunur və bu əməliyyatlar müvafiq şəkildə fiskal çeklərlə rəsmiləşdirilir.
Sorğuda qeyd edilən “şəxsi bank kartına köçürmə” halı müəssisəmizin rəsmi ödəniş sistemi ilə heç bir əlaqəsi yoxdur və bizim işçi və ya kassamız tərəfindən qəbul edilmiş ödəniş kimi tanınmır.
Böyük ehtimalla sözügedən əməliyyat şəxslər arasında şəxsi – məsələn, borc və ya fərdi hesablaşma – xarakteri daşıyır və müəssisəmizin fəaliyyət dairəsinə daxil deyil. Müştərilərdən ödənişlərin şəxsi kartlara yönləndirilməsi kimi hallar restoran rəhbərliyi tərəfindən qəti qadağandır.
Qeyd edirik ki, müəssisəmiz ictimai iaşə fəaliyyəti üzrə bütün maliyyə əməliyyatlarını Vergi Məcəlləsinin və “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinə uyğun şəkildə aparır.
Əlavə məlumat və izahat tələb olunduğu təqdirdə, əməkdaşlığa hər zaman açığıq.
Hörmətlə,
"Tüstü Pub & Restaurant” rəhbərliyi
Bakunews.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən "Tüstü Pub & Restaurant” rəhbərliyi adını açıqlamaqdan niyəsə çəkinib. Lakin bizdə olan məlumata görə, adı çəkilən restorana rəhbərlik edən şəxs Üzeyir adlı Azəryabcan vətəndaşıdır. Açıqlamalarında saytımızda dərc edilən xəbərin şəxsi münasibətlər zəminində borc məsələləri ola bilməsi vurğulanıb. Amma vətəndaş Üzeyir bəyi tanımadığı halda necə hansı səbəbdən borcu ola biləcəyi sualı yaranır. Qeyd edək ki, vətəndaş hesabı ödəməkdə çətinlik çəkib və telefonunu girov qoyaraq səhər pulu gətirəcəyin bildirsədə onun təklifinə rədd cavabı verilərək, vətəndaşı polisə şikayət edilib.
Polisə verilən vətəndaş yaxınlarına zəng edərək kartına pul atılmasın rica edib. Hesabı ödəməsi isə ona karta pulu atması ilə yalnız şikayətin geri götürüləcəyi bilditilib. Bu pul isə vətəndaşın dostları ilə restoranda israf etdikləri qidanın ödənişi üçün Üzeyir adlı icarədarın (idarəçinin) şəxsi kartına atılıb.
Bakunews.az olaraq vergilər nazirliyindən və prokurorluqdan restoranın fəaliyyətinin araşdırılmasını rədd edilən ittihamların həqiqətdə nə olduğunu ortaya çıxarılmasına yardım edilməsini xahiş edirik. Həmin günün ödəniş bank kart çıxarışınıda sizlərə təqdim edirik.