Şəmkir rayonunda posanlının 1-ci küçəsində yenicə fəaliyyətə başlayan “PALMA” restoranında baş verən hadisə ictimaiyyət arasında narazılığa səbəb olub. Oxucularımızdan birinin redaksiyamıza təqdim etdiyi məlumata görə, restoranın səsgücləndiricilər vasitəsi ilə erməni dilində mahnı səsləndirilib.
Qonaq qismində restorana daxil olan vətəndaş musiqinin erməni mahnısı olduğunu anladıqdan sonra hadisəni mobil telefonla qeydə alaraq məkandan çıxıb. Onun sözlərinə görə, milli kimliyə və şəhidlərimizin ruhuna hörmətsizlik olan bu hal yolverilməzdir.
Mövzu ilə bağlı restoran rəhbərliyindən açıqlama almaq üçün müraciət hazırlanır. Hadisənin hansı səbəbdən baş verdiyi, musiqinin bilərəkdənmi səsləndirildiyi, yoxsa texniki və ya diqqətsizlik nəticəsində yayımlandığı araşdırılmalıdır. Restoran səlahiyyətlilərinə sorğu göndərilib. Özlərinə məlumat verilib. Məsələ ilə bağlı veriləcək açıqlama məqaləyə əlavə ediləcək.
İctimaiyyət bu cür hallarda ciddi mövqe sərgilənməsini və aidiyyəti qurumların məsələyə hüquqi qiymət verməsini tələb edir