• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Baytarlıq xidmətinin sabiq rəisi indi də AXA-ya peyvənd satır – Saxta dərmanlar paylayıb

Cəmiyyət

12-12-2025, 15:38

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi qurumun Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün peyvənd, baytarlıq preparatları və ləvazimatlarının satın alınması üzrə dövlət satınalmalarının vahid internet portalında keçirilmədən, yəni birmənbədən satınalma metodu tətbiq etməklə “BİOVETAGRO” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 261.726,36 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 11.12.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, Agentliyin iki yüz əlli min manatdan yuxarı müqavilə bağladığ “BİOVETAGRO” MMC-nin fəaliyyət sferası barədə məlumat yoxdur. MMC-nin yalnız 09.08.2024-cü ildə dərman, sarğı ləvazimatlarının və materialların satın alınması üzrə Bakı şəhər heyvanat parkı ilə 39.160,57 manat məbləğində satınalma müqaviləsi bağladığı barədə məlumat var.

Buna baxmayaraq Aqrar Xidmətlər Agentliyi sözügedən MMC ilə birmənbədən müqavilə bağlamışdır. Bəs qanun hansı hallarda birmənbədən satınalma metodu tətbiq etməyə yol verir?

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qanunun tələblərindən də göründüyü kimi, peyvənd, baytarlıq preparatları və ləvazimatlarının satın alınması məxfi məlumatla əlaqəli satınalma hesab oluna bilməz, ölkəmizdə epidemiya ilə bağlı fövqəladə vəziyyət elan olunmayıb. Bunlarla bərəbər Agentliyinmüqavilə bağladığı şirkət də konkret təchizatçı deyil.

İndi gəlin görək Aqrar Xidmətlər Agentliyinin satınalmalarda önəm verdiyi “BİOVETAGRO” MMC kimə məxsusdur və barəsində rəsmi və qeyri rəsmi nə kimi məlumatlar var.

Rəsmi, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BİOVETAGRO” (VÖEN: 1308255111) Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 03.04.2023-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, CƏFƏR CABBARLI, ev.6, qanuni təmsilçisinin isə Süleymanov Azər İdris oğlu olduğu göstərilir.

Açıq mənbələrdə “BİOVETAGRO” MMC barədə rəsmi məlumatlar bu qədərdir. Amma medianın hələ illər öncə MMC-nin hazırki qanuni təmsilçisi Süleymanov Azər İdris oğlu barədə yaydığı məlumatlar çox maraqlıdır.

Mediada yayılan məlumatlara görə Azər Süleymanov illər öncə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edib. Sabiq nazir Heydər Əsədovun kadrı olub. Dövlət Xidmətinin rəisi səlahiyyətlərini müvəqqəti icra etməyə başladığı ilk gündən Kənd Təsərrüfatı Nazirliyindəki havadarlarından stimul alaraq 3 il müddətində milyonçuya çevrilib. Dəbdəbəli kabinetini, idxal-ixrac, dərman preparatlarından gələn gəliri buraxıb rayonlara getməyib. Çünki bilib ki, yerlərə gedəndə fermerlər yaxasından tutub, ölkəyə gətirdiyi keyfiyyətsiz vaksinin, effekti olmayan dərman preparatlarının, heyvanlarının ölməsinə səbəb olan brusellyoz, dabaq, qarayara, xlamidioz, yoluxucu dermatit xəstəliyinin haq-hesabını çəkəcək.

Bundan başqa, onun rəhbərliyi altında ucuz alınmış, yararlıq müddətinin bitməsinə az qalmış baytarlıqda tətbiq edilən müalicə preparatlarının alınıb gətirilməsində total saxtakarlıqlara yol verilib. A.Süleymanov rayon, şəhər baytarlıq idarələr rəislərini yararlıq müddətinin bitməsinə az qalmış preparatların saxta sənədlərlə silinməsinə məcbur edib.

Azər Süleymanovun həyata keçirdiyi əməliyyatlar nəticəsində Büdcədən ayrılmış vəsait hesabına alınan alət və baytarlıq preparatlarının alış qiyməti şişirdilib. Avtomat şprisin istehsalçı-zavod tərəfindən satış qiyməti 80-85 manat olduğu halda, 2018-ci ildə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin baytarlıq idarələrinə 24.01.2018 ci il 01-03-08 nömrəli bölgü əsasında verilmiş hesab- fakturada həmin şprisin bir ədədi 160 manata sənədləşdirilib. Dabaq xəstəliyinin AO Asiya 1 tipinə qarşı vaksinin istehsalçı Şelkovskiy Bioloji Kombinatında min dozasının satış qiyməti (çatdırılma xərci də daxil olmaqla) 170-180 manat oduğu halda, 2016-ci ildə 409 manat və 2018-ci ildə isə min dozası 603 manata sənədləşdirilib.

Mediada yayılan məlumatları ətraflı bu linkdən oxuya bilərsiniz: https://xalqxeber.az/society/24718-total-saxtakarligin-sonu-ve-ya-azer-suleymanov-erasi-bitir.html

Göründüyü kimi Aqrar Xidmətlər Agentliyi vaxtı ilə Kənd Təsərrüfatı Nazirliyinin məmuru olmuş, adı bir çox vəzifə saxtakarlığında hallanan Azər Süleymanova məxsus şirkətlə müqavilə bağlamışdır ki, şübhələnməyə kifayət qədər əsaslar var.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyevdi. O, bu vəzifəyə nazir Məcnun Məmmədovun əmri ilə 2023-cü ilin oktyabrında təyin edilib. Daha əvvəl “PAŞA Holdinq” MMC-yə məxsus “Yalama Aqropark” MMC-nin İdarə Heyətinin sədri olub.(aktualinfo.net)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

1-11-2024, 16:09

SABİQ NAZİRİN “TENDER KRALI”NA ÇEVRİLƏN ŞİRKƏTİ... - Azərbaycanda “Caspel”dən başqa İT şirkəti yoxdur? -DE-FAKTO

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Gündəm / Cəmiyyət

10-10-2024, 09:22

Antiinhisar Agentliyi Goranboy Suvarma İdarəsinin şişirtdiyi qiymətlərə bəs niyə göz yumub

Gündəm / Cəmiyyət

19-09-2024, 14:42

“Unidez Center” MMC-ni KİM HİMAYƏ EDİR? - Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti?

Gündəm / Cəmiyyət

9-12-2025, 11:16

Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir – Bəs Gülnarə İbadova kimdir?

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Bölgə / Olay

13-11-2025, 18:05

“ARCRİSE” MMC-nin siftə tenderindən şübhələnməyə nə kimi əsaslar var – Bəşir Hacıyevin diqqətinə

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Cəmiyyət

20-02-2025, 12:08

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…-DETALLAR

Cəmiyyət

21-02-2025, 11:28

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…

Gündəm / Cəmiyyət

23-06-2025, 15:43

Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur - İTTİHAM VAR...

Bölgə

24-06-2025, 17:33

Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur -İLGİNC FAKTLAR

Araşdırma
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
Abşeronda qanunsuz tikinti iddiaları artır: Bu dəfə "SARAY H" MTK gündəmdə
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Hadisə
Dünən, 15:59
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
Dünən, 13:41
Sürdüyü maşında öldü
Dünən, 12:32
Yasamalda evdə partlayış olub, 16 yaşlı gənc ölüb, üç nəfər xəsarət alıb
3-07-2026, 17:45
Coratda dənizdə iki nəfər batıb, birinin meyiti çıxarılıb
2-07-2026, 12:46
Gəncədə 29 yaşlı kişi bıçaqlandı
1-07-2026, 16:09
53 yaşlı qadın göldə boğuldu
Xəbər lenti
  • Bu gün, 22:42
    Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
  • Bu gün, 17:00
    Hindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb
  • Bu gün, 16:00
    "OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
  • Bu gün, 15:00
    Sabah Bakıda 34 dərəcə isti olacaq
  • Bu gün, 14:30
    Rusiyanın Xarkova endirdiyi zərbələrdə üç nəfər ölüb, səkkiz nəfər yaralanıb
  • Bu gün, 14:00
    FHN: Həkəri çayında batan şəxsin axtarışları aparılır
  • Bu gün, 13:00
    İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb
  • Bu gün, 12:30
    Azərbaycan XİN Venesuelanı Milli Günü münasibətilə təbrik edib
  • Bu gün, 12:00
    Əraqçi "Hizbullah" və HƏMAS üzvləri ilə görüşüb
  • Bu gün, 11:00
    Bruklində atışma zamanı dördü uşaq olmaqla, səkkiz nəfər xəsarət alıb
  • Bu gün, 10:30
    Xaçmaz rayonunda zəlzələ olub
  • Bu gün, 10:00
    AZAL bu günə olan bəzi uçuşları təxirə sala bilər - Xəbərdarlıq
  • Dünən, 21:41
    Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT Platformasının Katibliyi türkmən vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirib
  • Dünən, 21:37
    “Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil edib
  • Dünən, 19:00
    Starmer xələfini mürəkkəb beynəlxalq vəziyyət barədə xəbərdar edib
  • Dünən, 18:30
    Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
  • Dünən, 18:00
    Telefon fırıldaqçılarının əsas "silahı" açıqlandı: Bu üsul niyə həmişə işləyir?
  • Dünən, 17:30
    Bəzi yerlərdə külək güclənəcək
  • Dünən, 17:00
    Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
  • Dünən, 16:25
    Cevdet Yılmaz: Pakistanın ABŞ-la İran arasında vasitəçi rolunu yüksək qiymətləndiririk
  • Dünən, 16:16
    “Bütün tələbələrimin sertifikatı ləğv olunsun” - Səhiyyə Nazirliyinə qarşı qalmaqallı məhkəmə
  • Dünən, 15:59
    21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
  • Dünən, 15:45
    Rusiya tutmuşuq deyir - Ukrayna təkzib edir
  • Dünən, 15:15
    Zelenski Putinə "ələ keçirilmiş" Konstantinovkada görüşməyi təklif edib
  • Dünən, 15:02
    Zaur Kamal qəza etdi
  • Dünən, 14:02
    ABŞ səfirliyi Heydər Əliyev Mərkəzi ilə bağlı - Paylaşım etdi
  • Dünən, 13:41
    Sürdüyü maşında öldü
  • Dünən, 12:59
    Bazar günü Azərbaycanda 36 dərəcə isti olacaq
  • Dünən, 12:53
    Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
  • Dünən, 12:32
    Yasamalda evdə partlayış olub, 16 yaşlı gənc ölüb, üç nəfər xəsarət alıb
  • Dünən, 10:56
    İlham Əliyev Donald Trampı təbrik edib
  • Dünən, 10:36
    "Qədir-Xum" eyni nöqsana görə yenidən cərimələndi
  • Dünən, 10:13
    Azərbaycan nefti 1 dollardan çox bahalaşıb
  • Dünən, 09:08
    İş qadını tiktoker Həmidin ondan dələduzluqla ələ keçirib qumarxanaya qoyduğu pul qəbizlərinin bir qismini yaydı - DİN və Prokurorluğa MÜRACİƏT
  • Dünən, 08:54
    Azərbaycan XİN ABŞ-ni təbrik edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə