• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR...

Cəmiyyət

3-02-2026, 17:34

Bakının Suraxanı rayonu, Yeni Günəşli ərazisində "Sahil - S İnşaat" şirkətindən mənzil alan sakinlər Prezident İlham Əliyevə müraciət edib. Bütün problemlərini dişi-dırnağı ilə həll edə-edə indi də “Azərsu” ASC-nin əlində əsir-yesir qalan sakinlər Prezidentdən köməklik istəyir. Ancaq onların üzləşdiyi problem olduqca qəribədir və həlli sakinlərlə bərabər Dövlət Su Ehtiyatları Agentliyinin, eləcə də onun tabeliyində olan “Azərsu” ASC-nin də marağında olmalıdır. Çünki bu problemin həlli ilə həm qurumun, həm də dövlətin büdcəsinə vəsait daxil olur. Belə ki, sakinlərin Prezidentə və I Vitse-Prezidentə, həmçinin ADSEA rəhbəri Zaur Mikayılova etdiyi müraciətdən sonra bina içməli su ilə təmin olunub. Hazırda binanın su təchizatı olsa da, sayğaclar quraşdırılsa da, sakinlərin aylıq borcu hesablanmır.

Ölkənin hər yerində “Azərsu” əməkdaşları hər bir evin nə qədər su məsrəf etdiyini hər ay sayğaca baxaraq hesablayıb vətəndaşa qəbzini təqdim edir. Vətəndaş da ödəniş edərək istifadə etdiyi suyun pulunu ödəyir. Üstəlik, borc ödənməyəndə mənzilin suyu kəsilir. “Sahil – S İnşaat” MTK sakinləri isə Prezidentə müraciətdə deyirlər ki, aylardır sudan istifadə olunur, amma “Azərsu” əməkdaşları gəlib sayğaclara baxıb borcu yazmırlar. Onların sözlərinə görə, Suraxanı rayonu su idarəsi onların yaşadığı binanın düz 50 metrliyində yerləşir, amma bir addımlıqdakı binaya yaxınlaşıb borcu hesablamırlar: “Cənab Prezident, sizə müraciət etməkdə məqsədimiz budur ki, Zaur Mikayılova və Suraxanı su idarəsinə etdiyimiz müraciətlər nəticəsiz qalıb.

Necə olur ki, vətəndaşın hər ay su pulu borcu hesablanır, ödəməyəndə, gecikdirəndə az qala gözünü çıxarırlar, amma biz sakinlərin borcu üst-üstə yığılır, gəlib soruşan yoxdur? Bu da bizim üçün gələcəkdə ciddi problemə səbəb olacaq. Çünki borc vaxtında ödənməyəndə üst-üstə pul yığılır, hamı üçün onu sonradan ödəmək ağır olur. Bizim problemimiz əslində tragikkomikdir. Çünki adətən vətəndaş suyu kəsildiyinə, yaxud borc çox yazıldığına görə şikayət edir. Biz isə xahiş edirik ki, istifadə etdiyimiz suyun borcu hesablansın və ödəniş edək. Nədənsə, Zaur Mikayılov və tabeliyində olan qurum rəhbərləri bizə laqeyd yanaşırlar. Bunun səbəbi bizə aydın deyil. Sanki bizdən acıq çıxırlar, yaxud qisas alırlar. Ancaq elədikləri qanunsuzluqdur”.

Sakinlər Prezidentə müraciətdə xahiş ediblər ki, məsələ nəzarətə götürülsün: “Bizim istəyimiz sadə bir problemin həllidir. Hamı kimi su sayğaclarına baxış keçirib borcun hesablanmasını və ödəniş etməyimizi istəyirik. Əks halda, aylarla istifadə edilən suyun borcu böyük məbləğ olacaq, biz onu birdəfəyə ödəyə bilməyəcəyik. İkincisi, Zaur Mikayılov və Suraxanı su idarəsinin marağı nədədir ki, bütün ölkə boyu abonentlərdən su pulu yığılır, bizdən yox?

Bizim digər abonentlərdən qeyri-adi fərqimiz nədədir? Bəlkə “Azərsu” ölkənin su ehtiyatlarından bizə pay ayırıb xəbərimiz yoxdur? Bəlkə büdcəyə xeyir vermək istəmirlər?

Bu suallar bizim üçün də qaranlıqdır. Yəni bu məsələdə anlaşılmayan bir qərəz hiss olunur. Çox xahiş edirik ki, dövlət başçısına etdiyimiz bu müraciətə baxılsın”.//neqativ.com

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Gündəm / Cəmiyyət

6-08-2024, 11:42

“Sahil-S İnşaat” MTK-nın əlində əsir-yesir qalan vətəndaş... - KİMSƏNİN GÜCÜ YETMİR?

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Cəmiyyət

3-02-2025, 14:22

`Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət

2-07-2024, 12:42

"AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir? -İLGİNC FAKTLAR

Gündəm / Cəmiyyət

23-04-2025, 09:28

TİKİNTİ MAFİYASI bizləri NECƏ SOYUR... - ŞOK DETALLAR

Gündəm / Cəmiyyət

8-01-2025, 11:39

Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Cəmiyyət

24-12-2025, 19:15

Prezident Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib, sakinlərlə görüşüb - YENİLƏNİB

Gündəm / Cəmiyyət

6-07-2024, 14:40

Qubanın icra başçısı İlqar Mahmudovun Sertifikasiya "TƏLƏSİ"- Prezidentə müraciət

Cəmiyyət

30-08-2024, 10:23

Bu gün Beynəlxalq İtkinlər Günüdür

Təhsil

14-01-2025, 21:05

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Araşdırma
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Hadisə
Dünən, 16:09
53 yaşlı qadın göldə boğuldu
28-06-2026, 11:00
Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
27-06-2026, 18:00
Doqquzuncu sinif şagirdi vəfat etdi
24-06-2026, 16:25
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
23-06-2026, 19:00
Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
23-06-2026, 18:00
Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
Xəbər lenti
  • Bu gün, 01:24
    2 İyul – Dövlətçiliyin keşikçisi, xalqın təhlükəsizlik qalası: Azərbaycan Polisi
  • Dünən, 20:09
    İlham Əliyev: Bizim üçün sülh artıq reallıqdır
  • Dünən, 18:00
    “AnewZ” Fransanın Afrikadakı təsirinin azalmasına dair film hazırlayıb - Video
  • Dünən, 17:30
    Bakıda musiqiçini maşın vurub öldürdü
  • Dünən, 17:08
    Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
  • Dünən, 16:58
    Ursula Fon der Lyayen Azərbaycana səfərə gəlib
  • Dünən, 16:53
    Anar Əliyevin “qənaəti“ - Şöbə müdirinin müavininə də stol və paltar dolabı alır
  • Dünən, 16:24
    DÇ-2026: İngiltərə, Belçika və ABŞ milliləri 1/16 final matçına çıxırlar
  • Dünən, 16:09
    53 yaşlı qadın göldə boğuldu
  • Dünən, 15:44
    Azərbaycan və Türkiyə arasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
  • Dünən, 15:28
    Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə ofis icarəyə verib - 1 milyon manatlıq
  • Dünən, 15:10
    Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
  • Dünən, 14:59
    Zakir Nuriyev və ailə üzvü “Rabitəbank”dan nə qədər qazanır? - RƏQƏMLƏR
  • Dünən, 14:40
    Çap və onlayn mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb - ƏLAVƏ OLUNUB
  • Dünən, 14:31
    Biləcəridə qanunsuz tikinti, müqaviləsiz işçilər, yoxa çıxan nəzarət - BU NƏDİ BELƏ?
  • Dünən, 14:12
    Sabah 35 dərəcə isti olacaq
  • Dünən, 14:06
    İcra başçısı niyə şəhid anasını dinləmək istəmir?
  • Dünən, 12:16
    Azərbaycan Prezidenti Kanadanın General-Qubernatorunu təbrik edib
  • Dünən, 12:02
    Tikinti şirkətləri çıxarışı olmayan evləri vətəndaşların razılığı olmadan sökə bilərlər? – AÇIQLAMA
  • Dünən, 11:50
    İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib
  • Dünən, 11:31
    QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Gülnarə Vəlixanlını nə birləşdirir? - …xeyli məbləğdə vəsait toplanıb
  • Dünən, 11:08
    Ukrayna Penzaya zərbə endirib, zavodlardan birinin ərazisində yanğın baş verib
  • Dünən, 11:01
    Xaçmaz təhsilində OYUNBAZLIQ... - İTTİHAM VAR...
  • Dünən, 10:21
    Kəmaləddin Heydərovun vətəndaş qəbulunun vaxtı dəyişib
  • Dünən, 10:15
    Xaçmaz səhiyyəsində VƏZİFƏ DAVASI - İLGİNC İDDİALAR
  • Dünən, 09:55
    "Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək
  • Dünən, 09:48
    Vüqar Novruzov çayxanaya getdi, sakinlər kostyumda gəldilər – VİDEO
  • Dünən, 09:33
    Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib
  • Dünən, 09:22
    NİYƏ BU AYNA... ƏYRİ GÖRÜR ÖZÜNÜ...
  • Dünən, 08:59
    Azərbaycan - İrlandiya diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümüdür
  • 30-06-2026, 18:58
    Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib
  • 30-06-2026, 18:46
    Pakistanda tədris mərkəzinin damı çöküb, azı 7 uşaq ölüb
  • 30-06-2026, 18:35
    Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir
  • 30-06-2026, 18:24
    Serialdan sonra sevgili oldular
  • 30-06-2026, 18:11
    İlham Əliyev Venesuelada zəlzələdə insan tələfatına görə başsağlığı verib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə