Azərbaycan Respublikası Qaradağ rayonu üzrə seçilmiş Milli Məclisin deputatı Aydın Hüseynov Qaradağ rayonunda fəaliyyət göstərən Bakı 21 saylı Mediasiya Təşkilatını ziyarət edib.
Bakunews.az xəbər verir ki, ziyarət çərçivəsində deputat təşkilatın fəaliyyəti ilə yaxından tanış olub, rəhbərlik və mediatorlarla görüş keçirib. Görüş zamanı mediasiya institutunun inkişaf perspektivləri, vətəndaş məmnunluğunun artırılması, eləcə də hüquqi maarifləndirmə işinin gücləndirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Deputat mediasiyanın cəmiyyətdə alternativ mübahisə həlli mexanizmi kimi rolunu yüksək qiymətləndirərək, bu sahədə fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyə və məsləhətlərini bölüşüb.
Görüşün sonunda təşkilatın direktoru Zaur Mirzəbəyov deputata təşəkkür əlaməti olaraq xatirə hədiyyəsi təqdim edib və xatirə şəkli çəkilib.
Qeyd olunub ki, bu cür görüşlər mediasiya proseslərinin təşviqi, vətəndaşların hüquq və maraqlarının qorunması, eləcə də dövlət–cəmiyyət əməkdaşlığının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.