• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Misir Mərdanov məndən 1,7 milyon alıb” - Elşad Abdullayev MÜDAFİƏ OLUNUR

Cəmiyyət

24-02-2026, 14:42

Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev barəsində çıxarılmış qiyabi həbs hökmündən apellyasiya şikayət verilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Abdullayevin müdafiəçiləri ittihamları əsassız olduğunu, təqsirləndirilən şəxsin dindirilmədiyini, onun bu ittihamlara münasibətinin öyrənilmədiyini qeyd edib.

Müdafiəçilər Elşad Abdullayev barəsində qiyabi hökmün ləğv edilməsini, ona bəraət verilməsini məhkəmədən xahiş ediblər.

Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və qərar olduğu kimi saxlanılıb.

Maraqlıdır ki, Elşad Abdullayevin cinayət işi materialında sabiq təhsil naziri Misir Mərdanovun da adı çəkilib. O, sabiq nazirin adını bu işdə adı keçən və vaxtilə həbs olunan Bakı Şəhər Icra Hakimiyyətinin keçmiş əməkdaşı Nəriman Ağayevlə söhbətində hallandırıb.

Belə ki, Elşad Abdullayev Nəriman Ağayevə Azərbaycan Beynəlxalq Universitetinin idman kompleksinin sökülməməsindən ötrü oradan salınması nəzərdə tutulan Bakı metropoliteninin yeni tikiləcək xəttinin kənardan keçirilməsi və ABU-ya tələbə qəbulu üçün plan yerlərinin alınması məqsədilə 500.000 manat verib. Nəriman Ağayev vəd etdiyi məsələni həll etmədikdə, həmçinin aldığı pulu qaytarmaqdan imtina etdikdə bununla bağlı onların arasında mübahisələr yaranıb. Nəriman Ağayev isə danışıq zamanı Elşaddan evin sənədlərinin düzəldilməsi və həmin evin qarşısındakı torpaq sahəsinin alınması üçün 130.000 ABŞ dolları, tələbə qəbulu üçün əlavə plan yerinin ayrılması məsələsinin guya həll edəcəyi məqsədilə 500.000 manatı götürməsini etiraf edib:

Nəriman: Bunun məsuliyyəti də var.
Elşad Abdullayev: Ə, sən zarafat eləyirsən?! Mən zarafat eləmirəm, mən ciddiyəm bu məsələdə. Nəriman, nə olub sənə, canın pisləşib, nədir?
Nəriman: Qurtarırıq, inşallah.
E.A: Yox e, pullarım hanı?

Bu zaman bir nəfər bir qara rəngli diplomat gətirir və masa üzərinə Elşad Abdullayevin qarşısına qoyur.

E.A: Bunu saymağa ehtiyac var?
Nəriman: Yox.
E.A: Ged denən TQDK-dən planın kopiyasını al, gətir, 250 də verirəm.
Nəriman: Bunlar belə dedilər, onda az verək, mən burdan bir dənə iki dənə, heç kimə verən deyiləm. Bu bir, mən buna cavab verirəm, halım da yoxdur. Danışmışıq.

E.A: Deyirəm, verəcəm sənə, məndən alarsan. Sənə sən öl demirəm, öz canım üçün. Misir (Misir Mərdanov- red) məndən plana görə 1 milyon alıb, 700.000 də keçən ildən borcludur. 1.700.000 plana görə Misirdədir.

Qeyd edək ki, Misir Mərdanov 2013-cü ildə təhsil naziri vəzifəsindən azad olunub.

Qeyd edək ki, Elşad Abdullayevə Cinayət Məcəlləsinin 137.5.2-ci (İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) və 29, 312.2-ci (rüşvət verməyə cəhd etmə) maddələri ilə ittiham elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elşad Abdullayev qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib.(Teleqraf)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

17-07-2024, 09:54

Məhkəmə iş adamını zərərçəkən kimi tanıdı, amma… - NARAZILIQ VAR...

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Gündəm / Cəmiyyət

22-10-2024, 15:22

“MTN işi” üzrə zərərçəkən Nərimanov İcra Şöbəsini məhkəməyə verdi –yarım milyon manat kimin cibindədir?

Cəmiyyət

25-12-2025, 18:26

Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SİYAHI

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Cəmiyyət

17-07-2025, 12:28

Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…

Cəmiyyət / Sosial

12-09-2023, 13:32

Zakir Fərəcov çökdürülür – İcra başçısının cinayət dosyesi

Gündəm / Siyasət

13-05-2024, 14:01

Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Cəmiyyət

8-11-2024, 13:06

İsmayıllının qalmaqallı icra başçısı ÖZ AMPLUASINDA... - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət

15-08-2024, 10:25

Ramin İsayevin qanunsuz əməlləri: Milyonlar necə yeyilib?

Gündəm / Cəmiyyət

26-08-2024, 14:15

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi -İLGİNC

Gündəm / Cəmiyyət

25-09-2024, 12:08

Kürdəmirdə vətəndaşın BAŞINA OYUN AÇIRLAR... - ÖZBAŞINALIQ!

Araşdırma
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Hadisə
Bu gün, 18:00
Doqquzuncu sinif şagirdi vəfat etdi
24-06-2026, 16:25
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
23-06-2026, 19:00
Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
23-06-2026, 18:00
Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
23-06-2026, 16:31
Məktəb direktoruna kabinetində xəsarət yetirdi və cəza aldı
17-06-2026, 09:28
Ağstafa su kanalında kişi batıb
Xəbər lenti
  • Bu gün, 18:00
    Doqquzuncu sinif şagirdi vəfat etdi
  • Bu gün, 17:30
    İtaliyanın ən uzun çayı quruyur
  • Bu gün, 17:00
    Aviareysləri bərpa edirlər
  • Bu gün, 16:30
    Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
  • Bu gün, 16:06
    Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır
  • Bu gün, 15:48
    “Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"
  • Bu gün, 15:20
    UFC Şöhrət Zalının üzvü Maykl Bispinq Bakıdakı turnirin şərhçilərindən biri olacaq
  • Bu gün, 15:13
    “First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! - ALMANİYA ARZUSUNU SATANLAR
  • Bu gün, 14:57
    Rusiya ilə Ukrayna arasında növbəti girov mübadiləsi
  • Bu gün, 14:50
    Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
  • Bu gün, 12:10
    Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib
  • Bu gün, 12:06
    Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - ortada suallar çoxdur...
  • Bu gün, 11:50
    Azərbaycan ilə AQEM arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
  • Bu gün, 11:43
    Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! - VİDEO
  • Bu gün, 11:20
    Ukrayna Qara dənizdə Rusiya katerinin vurulduğunu açıqlayıb
  • Bu gün, 11:08
    Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...
  • Bu gün, 10:23
    DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib
  • Bu gün, 10:17
    Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? - Fermerin bir illik zəhməti məhv olur
  • Bu gün, 09:49
    FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
  • Dünən, 18:08
    Zakir Həsənov yeni istifadəyə verilən idman zalında və Baş Klinik Hospitalda yaradılan şəraitlə tanış olub
  • Dünən, 17:38
    Türkiyə səfirliyi Azərbaycan Ordusunu təbrik edib
  • Dünən, 13:11
    Həftəsonu Bakı və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dünən, 12:44
    Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? — DGK sədrinə SƏRT ETİRAZ
  • Dünən, 12:15
    Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • Dünən, 11:41
    Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ
  • Dünən, 11:16
    Azərbaycan neftinin qiyməti 1 %-dən çox artıb
  • Dünən, 11:06
    Sumqayıtda məşhur restoran cərimələndi – qanunsuz qoşulma faktı aşkarlandı
  • Dünən, 10:23
    Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilir
  • Dünən, 09:40
    Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
  • Dünən, 09:15
    Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
  • Dünən, 08:57
    Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
  • Dünən, 01:42
    26 İyun yürüşləri ilə əlaqədar sürücülərə xəbərdarlıq – Bakıda bəzi küçələrdə sıxlıq gözlənilir
  • 25-06-2026, 19:00
    Azərbaycan hərbçiləri "Anadolu Qartalı - 2026" beynəlxalq təlimində iştirak edir
  • 25-06-2026, 18:30
    Rusiya Rumıniyanın bu şəhərdəki baş konsulluğunu bağlayır
  • 25-06-2026, 18:03
    Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə