Mərkəzi Aran Regional Təhsil İdarəsi Ucar rayonu Qaradağlı kənd tam orta məktəbinin sabiq direktoru Səfərəliyeva Səkinə Cəmil qızının vəzifədən azad olunması ilə bağlı açıqlama yayıb.
Bizimesr.az xəbər verir ki, direktor tutduğu vəzifədən özünün yazılı müraciəti əsasında ayrılıb.
Bildirilib ki, təqdim olunmuş ərizə qanunvericiliyin tələblərinə uyğun qaydada rəsmiləşdirilib və əmək münasibətlərinə xitam verilməsi Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən həyata keçirilib.
Açıqlamada qeyd olunub ki, məsələ ilə bağlı aparılan daxili araşdırma zamanı hər hansı təzyiq faktı müəyyən edilməyib. Qərarın qəbulunda mövcud prosedur qaydalarına tam riayət olunduğu vurğulanıb.
***
Ucar rayonunun Qaradağlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Səfərəliyeva Səkinə Cəmil qızı vəzifəsindən azad edilib. Bu barədə Səkinə Səfərəliyeva açıqlamasında məlumat verib. Sabiq direktor istefa ərizəsini öz istəyi ilə deyil, təzyiq və basqı altında yazdığını iddia edib.
Onun sözlərinə görə, təlimata uyğun olaraq tarifikasiya zamanı sinif 20 şagirdlə komplektləşdirilib. Lakin oktyabrın 27-də bir şagird məktəbdən ayrılıb. Bundan sonra ona qrupun bağlanmalı olduğu bildirilib.
Sabiq direktor qeyd edib ki, akt tərtib olunub: