• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Sabirabad sakini məhkəmə qapılarında qalıb... - Prezidentə MÜRACİƏT

Cəmiyyət / Bölgə

Bu gün, 10:01

Sabirabad rayon Suqovuşan kənd sakini Əliyev Raqif Yaqub oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:
"Hörmətli cənab Prezident, mənim şikayətim Sabirabad Rayon Məhkəməsinin hakimi Nurəddin Bağırovun, Şirvan Apelyasiya Məhkəməsinin hakimləri Pərviz Əhmədov,Tofiq Heydərov və İlham Əsədovun qanunsuz qərarındandır. Hakim Nurəddin Bağırov mənim təqdim etdiyim hüquq müəyyənedici sənədlərə əhəmiyyət vermədi.Hakimin istinad etdiyi yeganə sənəd mütəxəssis rəyi oldu.Rəyin əsassız olduğunu aydınlaşdırmaq üçün işin içərisində kifayət qədər sənədlər var və mən rəyin əsassız olduğunu sübut etmək üçün mütəxəssis Elçin Kərimovun məhkəməyə dəvət olunmasını hər iki instansiya məhkəməsində tələb etdim,amma tələbim yerinə yetirilmədi.
Qanunvericilik hakimdən mütəxəssis rəyini digər sübutlarla yanaşı araşdırmağı tələb edir. Ümumiyyətlə,hakim həmin sənədləri görməzdən gələrək, təqdim olunan sənədləri nəzərə almadan və heç bir araşdırma aparmadan qanunsuz qərar qəbul edib.Şirvan Apelyasiya Məhkəməsi isə rayon məhkəməsinin qərarını qüvvədə saxlamaq üçün araşdırmanın istiqamətini dəyişdi. Torpaq üzərində daşınmaz əmlak olduğuna və həmin əmlakı özbaşına sökməklə mənim hüquqlarımın pozulmasına dair sübutlar olsa da, məhkəmə təqdim olunan sənədləri araşdırmadan qərəzli qərar qəbul etdi. Hər iki instansiya məhkəməsi mübahisə olunan ərazidə Sabirabad RKC-nin mülkiyyətində,mənim isə sahibliyimdə və istifadəmdə olan mağazaya dair 2011-ci ildən 2020-ci ilə qədər məhkəmə mbahisəsinin olduğu və həmin əraziyə dair yekun məhkəmə qərarı olduğunu və 2023-cü ilin noyabrında həmin qərarın icra edildiyini nəzərə almadı.
Məlumat olaraq bildirirəm ki, 2006-cı ildə Sabirabad RKC-dən notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə aldığım mağazaya dair sahiblik və istifadə hüququmdan hal-hazıra qədər istifadə edə bilmirəm. Buna səbəb əvvəlki məhkəmədə cavabdeh olan Bayramov Zamiq Əliheydər oğlu tərəfindən ərazinin zəbt edilməsi və ərazidə yerləşən mağazanın qeyri-qanuni və özbaşına sökülməsi olub. Bu hal qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında öz əksini tapıb. Mənim sahibliyimdə və istifadəmdə olan mağazanın özbaşına sökülməsi Ali Məhkəmənin
04 iyul 2012-ci li tarixli,2(102 )-2094/12 saylı qərarı ilə qüvvədə saxlanılan Şirvan Apelyasiya Məhkəsinin 07 fevral 2012-ci tarixli,2(106)65/2012 saylı qərarında yazılır:”Məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçıların Sabirabad şəhəri İ.İsgəndərov küçəsi 83a ünvanında yerləşən mağaza binası ilə bağlı hüquqları pozulmuş, bu həmin mağaza binasının özbaşına sökülməsində ifadə olunmuşdur”.
Sabirabad Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2(056)-763/2018 saylı qanuni qüvvəyə minmiş qərarında yazılır:”...mübahisəli əraziyə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, haqqında söhbət gedən mübahisənin predmetini təşkil edən mağaza binası faktiki olaraq sökülmüş və onun yerləşdiyi torpaq sahəsi ağ dəmir hörüklərlə cavabdeh Bayramov Zamiq Əliheydər oğlu tərəfindən hasara alınmışdır”.
Sabirabad Rayon Məhkəməsinin həmin,yəni 13 dekabr 2018-ci il tarixli, 2(056)-763/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsində yazılır:
”İddia təmin edilsin. Sabirabad şəhəri İ.İsgəndərov küçəsində istifadədə olan 0,0041 ha torpaq sahəsində yerləşən 83 A nömrəli, 2 girişli, 32.3 kv.m. ümumi,25.5 kv.m. əsas,6.8 kv.m. köməkçi sahədən ibarət bir mərtəbəli qeyri yaşayış binasının yerləşdiyi ərazinin cavabdeh Bayramov Zamiq Əliheydər oğlu tərəfindən boşaldılsın və iddiaçılara təhvil verilsin”.
Həmin qətnamə Şirvan Apelyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(106)-122/2020 saylı qətnaməsi ilə qüvvədə saxlanılmış və qanuni qüvvəyə minmişdir. Ərazinin mənə təhvil verlməsinə dair İcra məmurunun tərtib etdiyi 06 noyabr 2023-cü il tarixli AKTda yazılır:”Biz aşağıda imza edənlər: 1.Sabirabad Rayon İcra Şöbəsinin icra məmuru Aydın İsmayılov, 2. Tələbkar Əliyev Raqif Yaqub oğlu, 3. Sabirabad Rayon Bələdiyyəsinin nümayəndəsi Zakir Əsgərov, 4.Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi Elçin
Kərimovun iştirakı ilə tərtib edirik həmin aktı ondan ötrü ki, Sabirabad Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(056)- 763/2018 saylı icra vərəqəsinə əsasən, hazırda mövcud olmayan bir mərtəbli qeyri yaşayış binasının yerləşdiyi ərazi tələbkar Əliyev Raqif Yaqub oğluna təhvil verildi”.
2011-ci ildə başlayan məhkəmənin yekun nəticəsi 2023-cü ilin noyabrında əldə edildi.
Qonşu ərazidə olan evə dair 2018-ci ildə mülkiyyət hüququ əldə etmiş Güləliyev Güləli Nizami oğlu mənə təhvil verilən əraziyə çəkdiyim dəmir şiferdən olan hasarı görünmə-yən hissədən sökərək,ərazini öz ərazisinə qoşub və iyul 2024-cü ildə məhkəmədə mənim onun mülkiyyətini zəbt etdiyimə dair iddia qaldırıb. Həmin məhkəmə araşdırmasında və qərarı qüvvədə saxlayan Şirvan Apelyasiya Məhkəməsində məhkəməyə təqdim edilən hüquq müəyyənedici sənədləri görməzdən gəlmələri, məhkəmə zamanı həmin sənədlərə və əlavə sübutlara əsaslanan çıxışıma mane olmaları ədalətsiz və qanunsuz qərarın qəbul edilməsinə səbəb oldu.
Məhkəmənin görməzdən gəldiyi və əhəmiyyət vermədiyi qüvvədə olan və məhkəməyə təqdim etdiyim hüquq müəyyənedici sənədlər:
1.Mübahisəli ərazidə yerləşən mağazaya dair Sabirabad RKC-nin adına mülkiyyət sənədi olan Seriya MH, N 0000310, Reyestr nömrəsi 909012000014-06301, Qeydiyyat nömrəsi 240600363, Qeydiyyat tarixi 05.09.2006 olan çıxarış.
2.Mübahisəli ərazidə yerləşən mağazanın kooperativlər cəmiyyəti tərəfindən mənə satılmasına dair notarial qaydada təsdiq edilmiş 15 sentyabr 2006-cı il tarixli alqı-satqı müqaviləsi.
3.Mənim sahibliyimdə və istifdəmdə olan mağazanın yerləşdiyi mübahisəli ərazinin boşaldılmasına dair Sabirabad Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2(056)-763/2018 saylı qanuni qüvvəyə minmiş qərarı.
4.Həmin qərarın qüvvədə saxlanmasına dair Şirvan Apelyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(106)-122/2020 saylı qətnaməsi.
5. Ərazinin mənə təhvil verlməsinə dair İcra məmurunun tərtib etdiyi 06 noyabr 2023-cü il tarixli akt. AKTda yazılır:”Biz aşağıda imza edənlər:

1.Sabirabad Rayon İcra Şöbəsinin icra məmuru Aydın İsmayılov,

2. Tələbkar Əliyev Raqif Yaqub oğlu,

3.Sabirabad Rayon bələdiyyəsinin nümayəndəsi Zakir Əsgərov,

4.Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi Elçin Kərimovun iştirakı ilə tərtib edirik həmin aktı ondan ötrü ki, Sabirabad Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(056)- 763/2018 saylı icra vərəqəsinə əsasən, hazırda mövcud olmayan bir mərtəbli qeyri yaşayış binasının yerləşdiyi ərazi tələbkar Əliyev Raqif Yaqub oğluna təhvil verildi”.
6. Ali Məhkəmənin 04 iyul 2012-ci li tarixli,2(102 )-2094/12 saylı qərarında yazılır:
“Qanunvericiliyin tələblərinə əsasən iddiaçılardan Sabirabad RKC-nin mübahisəli mağaza binası ilə bağlı mülkiyyət hüquqları,digər iddiaçı Əliyev Raqif Yaqub oğlunun isə sahiblik və istifadə hüquqları olmuşdur”.(səh.4; abzas 7 ) “Apelyasiya instansiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki,iddiaçıların Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi 83a ünvanında yerləşən mağaza binası ilə bağlı hüquqları pozulmuş,bu həmin mağaza binasının özbaşına sökülməsində ifadə olunmuş ...”
7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 07 dekabr 2013-cü il tarixli məktub.Məktubdan görünür ki, 1978-ci ildə Sabirabad rayon XDS İcraiyyə Komitəsi,Sabirabad RKC-yə mağaza tikmək üçün mübahisələndirilən həmin ərazidə 0.03 ha torpaq sahəsi ayrılmasına dair qərar qəbul edib.
8. Sabirabad Rayon Məhkəməsinin 11 oktyabr 2011-ci il tarixli, 2(056)461/2011 saylı qərarı. Qərarda yazılır ki, mübahisəli əraziyə Sabirabad Rayon Torpaq Şöbəsinin məsləhətçisi Əliyev Vəli Zülfəli oğlunun və tərəflərin iştirakı liə baxış keçirlmiş və Z.H.Bağırovun həyətini cənub tərəfində yerləşən 3.8 x 10 m ölçüdə sökülmüş tikilinin bünövrə daşları görünür. Eyni zamanda həmin hissədə şərq tərəfdən tikili divarının bir hissəsi qalmışdır. İddiaçılar həmin yerdə mağazanın və yanında gözətçi köşkünün olduğunu qeyd etmişlr.
Qeyd edilən xüsusatlar Sabirabad Rayon Torpaq Şöbğsinin 11.10.2011-ci il tarixli məktubu və tərtib olunmuş sxeması ilə də təsdiq olunur.
9. Məhkəmə qərarlarında öz əksini tapmış Sabirabad rayon bələdiyyəsinin məhkəməyə ünvanladığı 06 yanvar 2012-ci il tarixli, 02 saylı məktubu və 27 noyabr 2013-cü il tarixli,131 saylı məktubu. Məktublarda torpaq ayrılarkən DTXK-nin Sabirabad rayon şöbəsi ilə razılaşdırıldığı, məhkəmənin çıxaracağı qərarın Sabirabad bələdiyyəsinin maraqlarına zidd olmadığı yazılır və nəzərə alınması xahiş edilir.
10.Ərazinin bələdiyyə nümayəndəsinin imzası ilə mənə təhvil verilməsi. Hər iki instansiya məhkəməsi mübahisəli ərazinin istifadəsiz və bələdiyyə mülkiyyəti olmasına dair qərar qəbul etməkdə israrlı olduqları üçün mənim izahlarıma maneçilik törədilir və əlverişli şərait yaradılmırdı.
Yuxarıda qeydetdiyim Şirvan Apelyasiya Məhkəsinin 07 fevral 2012-ci il tarixli, 2(106)65/2012 saylı qərarında yazılan:”Məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçıların Sabirabad şəhəri İ.İsgəndərov küçəsi 83a ünvanında yerləşən mağaza binası ilə bağlı hüquqları pozulmuş, bu həmin mağaza binasının özbaşına sökülməsində ifadə olunmuşdur”.Bu nəticəyə Tofiq Heydərovun sədr olduğu məhkəmədə gəlinib. Həmin məhkəmə qərarında:” Qanunvericiliyin tələblərinə əsasən iddiaçılardan Sabirabad RKC-nin mübahisəli mağaza binası ilə bağlı mülkiyyət hüquqları,digər iddiaçı Əliyev Raqif Yaqub oğlunun isə sahiblik və istifadə hüquqları olmuşdur”. Həmin məhkəmə qərarında yazılır:” Məhkəmə kollegiyası yuxarıda sadalanan sübutlara hüquqi qiymət verərək müəyyən edir ki,İ.İsgəndərov küçəsi 83a ünvanında yerləşmiş mağaza binasının yeri Bayramov Zamiq Əliheydər oğluna ayrılmış torpaq sahəsi ilə eynidir və onun tərəfindən hasara alınmışdır”.
Hakim Tofiq Heydərovun hakim olduğu Şirvan Apelyasiya Məhkəməsinin 27 aprel 2015-ci il tarixli,2-1(106) 148/2015 saylı məhkəməsinin də mübahisəli əraziyə dair mövqeyi yuxarıda qeyd olunan sonuncu nəticə ilə eynidir.
Mənə elə gəlir ki, MPM-nın 2-ci maddəsinin tələbi ciddi şəkildə pozulub.Çün- ki məhkəməyə təqdim etdiyim kifayət qədər hüquq müəyyənedici sənədləri mötəbər hesab etməyən hakim Tofiq Heydərov sədr olduğu Şirvan Apelyasiya Məhkəsinin 07 fevral 2012-ci il tarixli, 2(106)65/2012 saylı məhkəməsində şəhər icra nümayəndəsinin səlahiyyətinin olmadığı vaxt,yəni 2003-cü ildə ev tikmək üçün həyətyanı sahə ayrılmasına dair sərəncamını mötəbər sənəd hesab edərək icraata qəbul etdi.Sərəncamın hansı ünvana aid olması məlum deyildi və icra nümayəndəliyi məhkəməyə ünvanladığı məktubda verdiyi sərəncamın ləğv edildiyini yazırdı.Lakin həmin sərəncama dair məhkəmə 6 il davam etdi.
Onu da qeyd etmək istəyirəm ki, 2011-ci ildən -2020-ci ilə qədər davam edən hər üç məhkəmə instansiyasında qərarlar müxtəlif olsa da, mülkiyyət hüququnun Sabirabad RKC-yə,sahiblik və istifadə hüququnun mənə məxsus olması fikri hər məhkəmə qərarında aydın şəkildə yazılıb.
Ali Məhkəməyə yazdığım şikayətin nəticəsindən narahat olduğum üçün sizə müraciət edirə.

Xahiş edirəm ki, mənə qarşı olan bu haqsızlıqlara son qoyulmasına və hüquqlarımın bərpa olunmasına köməklik göstərəsiniz..."(Dia-az)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Cəmiyyət

7-11-2025, 16:39

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif edilib

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Gündəm / Siyasət

13-05-2024, 14:01

Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Cəmiyyət

25-12-2025, 18:26

Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SİYAHI

Gündəm / Olay

13-09-2023, 16:46

Hakimlər Aidə Hüseyn və Raquf Qurbanov Bank of Bakunun vəkili rolunda – İnam Kərimova sensasion müraciət

Gündəm / Olay

11-09-2023, 16:31

Zaur Hümmətov hakimdir, yoxsa “YeloBank”ın vəkili? – İş adamından Tovuz Rayon Məhkəməsinin hakimi ilə bağlı sensaison müraciət

Cəmiyyət

26-11-2024, 11:08

İcra başçısı məhkəmə sədrinin toxunulmazlıq hüququna necə “şərik çıxıb”?

Araşdırma
Xaçmazda vakansiya niyə gizlədildi? – 9 nömrəli məktəbdə biologiya dərsi kimə və necə verildi?
Zərgərlik mağazalarından oğurluq edən qadın saxlanıldı - VİDEO
İKZF Xəlil Göyüşovdan 152 milyon manatlıq yaşayış sahəsi alır
“Vüsal 300“ yenə köhnə ampulasında – Yüksək faiz, qanunsuz lizinq
Fuad Qəhrəmanlı axtarışa verildi
Şəhid anası imtahandan kəsildi, imtiyazsız namizəd imtahansız işə götürüldü – Quba-Xaçmaz RTİ-də qəribə kadr seçimi
Hadisə
25-02-2026, 18:35
Özünü televiziya əməkdaşı kimi qələmə verib pul tələb edən şəxs saxlanılıb
24-02-2026, 15:25
Cəlilabadda itkin düşən 26 yaşlı qadın axtarılır
22-02-2026, 15:00
Gəncədə 3 yaşlı uşaq xəstəxanada öldü
21-02-2026, 16:14
Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb
19-02-2026, 20:16
Gəncədə külək işıq dirəyini aşırıb, iki avtomobilə zərər dəyib - FOTO/VİDEO
19-02-2026, 18:06
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Bu gün, 10:48
    Vətəndaşların “Nizami City” adlı KABUSU... - ÖZBAŞINA QALIBLAR...
  • Bu gün, 10:37
    UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılır
  • Bu gün, 10:26
    Efiopiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub
  • Bu gün, 10:13
    BİZİM TƏQVİM:27 fevralda baş vermiş tarixi hadisələr
  • Bu gün, 10:01
    Sabirabad sakini məhkəmə qapılarında qalıb... - Prezidentə MÜRACİƏT
  • Bu gün, 09:42
    Efiopiyannın Baş naziri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib
  • Bu gün, 09:32
    Gömrük Komitəsi “Temu” ilə GİZLİ SÖVDƏLƏŞDİ: Özəl karqo şirkətlərini batırma əməliyyatı başlayır
  • Bu gün, 09:15
    Sosial şəbəkələrə uşaqlarla bağlı məhdudlaşdırıcı addımların tətbiqi təklif olunur
  • Bu gün, 09:06
    “L.A Dent” klinikasında diplomsuz həkimlər ifşa olunub-Video
  • Bu gün, 08:51
    Bakıda 15 istiqamətdə tıxac müşahidə olunur
  • Dünən, 21:20
    Üç milyon manatlıq tenderin qalibi olan şirkət "qara siyahı"da: Saxta sənəd təqdim edib
  • Dünən, 21:13
    Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində “yaşıl biznes” qurulub
  • Dünən, 21:00
    Marketlərə müştəri kimi daxil olub oğurluq edən şəxslər saxlanılıblar
  • Dünən, 19:12
    Leyla Əliyeva qızı ilə Rəvan Əzizovun evində - Fotolar
  • Dünən, 19:00
    “Bravo”da antinatitar vəziyyət: Ətlərin dadına birinci pişik baxır-Video
  • Dünən, 18:29
    Putin və Lukaşenko İttifaq Dövləti çərçivəsində yeni qərarlar qəbul ediblər
  • Dünən, 18:19
    DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar
  • Dünən, 18:11
    Xəzər rayonu başçının DƏDƏ MALIDIR? - Görünəni budur: BUNA TÖHMƏT DƏ AZDIR...
  • Dünən, 17:57
    “Heç kimin ağlına bizə qarşı təxribat törətmək gəlməsin”
  • Dünən, 17:33
    Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
  • Dünən, 17:19
    İlham Əliyev: Xocalı soyqırımını törədən cinayətkarlar məhkəmə qarşısında cavab verdilər
  • Dünən, 17:12
    Fuad Nəcəfli və Vüqar Qurbanov həbs edilir? – Yeni şok iddialar yayıldı
  • Dünən, 16:28
    Azərbaycan və Türkiyə Preferensial Ticarət Sazişinin əhatə dairəsini genişləndirir
  • Dünən, 16:21
    3100 manata görə məhkəməyə verilən qazi anası “Bank of Baku”ya QALİB GƏLDİ - "İndiyədək 6 dəfə məhkəmə olub"
  • Dünən, 15:53
    Paşinyanın 7 iyun sınağı - İtkisiz il kartı və Ermənistanın xilas kəməri - ŞƏRH
  • Dünən, 15:44
    “Al Market” işçiləri ixtisar edib pulunu kəsir — 1657 manat…
  • Dünən, 15:23
    Türkiyə MN: Qəzaya uğrayan F-16-nın pilotu katapult sistemini son anda işə salıb
  • Dünən, 15:12
    İcra hakimiyyətlərinin milyonluq tenderlərini udan şirkət sənədləri saxtalaşdırırmış - TƏFƏRRÜAT
  • Dünən, 13:05
    Medianın İnkişafı Agentliyinin kollektivi "Ana harayı" abidəsini ziyarət edib
  • Dünən, 12:56
    Saleh Məmmədovun fəaliyyəti araşdırılır - Ciddi pozuntular aşkarlanıb
  • Dünən, 12:31
    Kaxetidə Azərbaycan–Gürcüstan–Türkiyə Biznes Forumu keçirilir
  • Dünən, 12:20
    Sumqayıtda “Cars 041” avtosalonunda nasaz avtomobillər satılır? -Video
  • Dünən, 12:00
    Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər
  • Dünən, 11:36
    Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
  • Dünən, 11:25
    “Saxta “kupça” atırlar” – Qalmaqal-Video
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə