Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Serbiyaya səfər edəcək.
"Report"un Balkan bürosu xəbər verir ki, səfər iyunun 7-11-i üçün planlaşdırılır.
Sədr bu səfər çərçivəsində turizmlə bağlı iyunun 8-də B2B vorkşopda, həmçinin iyunun 10-11-də keçiriləcək Beynəlxalq Xizək və Snoubord Federasiyasının 57-ci konqresində iştirak edəcək.
Bununla yanaşı, Fuad Nağıyevin Serbiya turizm naziri Hüseyn Memiç və digər rəsmi şəxslərlə görüş keçirməsi nəzərdə tutulur.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az