Sizin reklam burada 728×90
Son dəqiqə

Hərbi qulluqçularımız “Tank biatlonu” müsabiqəsində yarımfinala yüksəliblər

19.08.2022 16:40 539 1 dəq oxunur
Hərbi qulluqçularımız “Tank biatlonu” müsabiqəsində yarımfinala yüksəliblər
Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" müsabiqəsində iştirak edən hərbi qulluqçularımız yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Bu barədə bakunews.az milli.az-a istinaden Müdafiə Nazirliyindən bildirilib.

"Fərdi sürmə" mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparan Azərbaycan tankçılarının üçüncü heyəti də müsabiqənin şərtlərinə əsasən hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyən edilmiş məsafəni uğurla qət ediblər.

Ümumi nəticədə Monqolustan komandasını geridə qoyan hərbi qulluqçularımız müsabiqənin yarımfinalına yüksəliblər.

bakunews.az

Məqaləyə dair fotomateriallar:

















Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az