• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Fərid Şərifov: Uşaqlara qayğı göstərməliyik, onları qorumalıyıq

Cəmiyyət

31-01-2023, 22:16

Azərbaycanda həyata keçirilən strategiyanın əsas prioritetlərindən biri də uşaqların sağlam, firavan böyüməsi, gələcəklərinin tam təmin olunmasına xüsusi diqqət və qayğı göstərilməsidir. Son illər həyata keçirilən tədbirlər içərisində böyüməkdə olan nəslə – körpə və kimsəsiz uşaqlara göstərilən yüksək səviyyəli qayğı böyük rəğbətlə qarşılanır. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin respublikamızda “Uşaq ili” elan edilməsi bu baxımdan böyük təqdirəlayiq bir addım idi. Həmin sərəncama əsasən, ölkəmizdə dövlət səviyyəsində proqramlar, layihələr hazırlanaraq həyata keçirilmişdir.

Uşaqlara, xüsusilə, xəstə və kimsəsizlərə diqqət və qayğıdan söhbət açanda Heydər Əliyev Fondunun və fondun prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki yorulmaz fəaliyyəti xüsusi vurğulanmalıdır. Xəstə uşaqlarla bağlı Heydər Əliyev Fondu tərəfindən təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlər əsl mərhəmət və humanistlik nümunəsidir. Təhsil və uşaq müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, uşaq evlərində böyüyən uşaqların gələcəyi, sağlamlıq imkanları məhdud və köməksiz uşaqların sağlamlıqlarının qorunması ilə bağlı fond tərəfindən həyata keçirilən tədbirlərin müstəsna əhəmiyyəti vardır.

Heydər Əliyev Fondunun prezidenti “Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” – devizini rəhbər tutaraq, çox sadə bir mərama söykənib: Azərbaycan uşaqlarını bəxtəvər görmək. Təsadüfi deyil ki, fond yarandıqdan sonra ilk ən böyük tədbir uşaqlarla bağlı oldu. 2004-cü ilin sentyabrında 30-a yaxın uşaq evi və internat məktəbində tərbiyə alan kimsəsiz və istedadlı uşaqlar fond tərəfindən sevindirildi – Səttar Bəhlulzadə adına sərgi salonunda onların “Mən Azərbaycanı sevirəm” adlı sərgisi təşkil edildi. Elə həmin tədbirlə də uşaq evi və internat məktəblərinə qayğının təməli qoyuldu. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində aparılan əsaslı təmir və yenidənqurma işləri cəmiyyətdə böyük rezonans doğurdu. Uşaq müəssisələri əsaslı təmir edildi, əlavə yardımçı binalar inşa olundu, paytaxtın bütün rayonlarındakı uşaq evləri və internatların hər birində yaşayış üçün rahat şərait yarandı. “Ən gözəl təmir olunan uşaq evi, ən müasir internat məktəbi heç vaxt ailəni, ailə mühitini əvəz edə bilməz” – deyən Mehriban Əliyevanın təşəbbüsü ilə uşaq evləri və internat məktəblərində yaşayan uşaqların dövlət müəssisələrindən kənar edilməsi və onlara alternativ qayğı proqramı hazırlandı, 2005-ci il iyunun 1-də fondda həmin layihənin - “Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların kənar edilməsi və alternativ qayğı” layihəsinin müzakirəsi keçirildi.

Bütün uşaqlara qayğı ölkəmizin dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Yeni nəslin sağlam böyüməsi dövlətin mühüm vəzifəsi kimi daim diqqətdə saxlanılır, uşaqlara xüsusi məhəbbət, diqqət və qayğı göstərilir, onların layiqli vətəndaş kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün hər cür şərait yaradılır.
Azərbaycanda uşaq siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə uşaqlara xüsusi qayğı və diqqətlə yanaşıb. Ulu Öndər hər zaman uşaqların iştirakı ilə keçirilən bayram tədbirlərində iştirak edir, çıxışlarına maraqla tamaşa edir, alqışlayır, onlarla şirin-şirin söhbət edirdi. Ulu Öndərin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir.
Prezident İlham Əliyev uşaq hüquqlarının müdafiəsinə, sağlamlığına, təhsilinə, layiqli vətəndaş kimi hərtərəfli inkişafına yönələn siyasət yürüdür, bu istiqamətdə uğurlu islahatlar aparır.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uşaqların təlim-tərbiyəsinin təşkili, onların sağlamlığının qorunması istiqamətində həyata keçirilən layihə və proqramlar müstəsna əhəmiyyət daşıyır.
Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək”, "Diabetli uşaqlara ən yüksək qayğı”, "Talassemiyasız həyat naminə” və bu kimi xeyli sayda layihələri uşaqlara təhsil, səhiyyə və digər sahələrdə dəstək və köməkdir.
"Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” və "Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması” layihəsi çərçivəsində yüzlərlə körpələr evi, bağça və internat məktəbləri əsaslı təmir olunub.
Həmçinin talassemiya, Daun, Psixonevroloji Uşaq mərkəzləri və bu qəbildən olan digər əhəmiyyətli obyektlər tikilərək istifadəyə verilib. 3 il əvvəl fondun təşəbbüsü ilə Bakıda yeni "Ümid yeri” uşaq sığınacağı və Uşaq Psixonevroloji Mərkəzinin korpusu açılıb. Bu müəssisələr ən müasir tibbi avadanlıqlarla təchiz olunub.

Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində uşaqlara qayğı daim həlledici yer tutub. Onun uşaqlara sevgisi çox böyükdür.

İndi bütün uşaqlar bu sevgini və qayğını hiss edirlər. Təsadüfi deyil ki, Heydər Əliyev Fondunun əksər layihələri, istər təhsil sahəsində, istər səhiyyə sahəsində məhz uşaqlara yönəlmişdir. Bu layihələrə o, xüsusi can yandırır, ürəklə yanaşır. Uşaqlar da onu fərqli məhəbbətlə sevirlər. Fonda göndərilən çoxsaylı məktublar, üzərində Mehriban xanımın adı həkk olunmuş müxtəlif əl işləri, onun məharətlə çəkilmiş portretləri – bütün bunların vasitəsi ilə uşaqlar ona öz sevgisini nümayiş etdirirlər.

Mehriban xanım Əliyeva bütün uşaqları xoşbəxt görmək istəyir. İnsanları uşaqlara daim qayğı göstərməyə, onları qorumağa, müdafiə etməyə, cəmiyyətin fəal iştirakçısı, fəal üzvü etməyə çağırır. Bütün çıxışlarında bunu dilə gətirir. İstəyir ki, heç bir uşaq valideyn qayğısından məhrum olmasın, ağır xəstəliklərdən əziyyət çəkməsin, hər bir uşaq doğmalarının əhatəsində sağlam böyüsün və onun yaddaşında dərin iz qoyacaq problemlərlə üzləşməsin. Onların əsl vətənpərvər, Vətənini və onun ənənələrini sevən və hörmət edən layiqli vətəndaş kimi böyüməsini istəyir: “Mənim arzum odur ki, Azərbaycanda hər bir uşaq xoşbəxt olsun. Ona görə də biz sizləri-bizim uşaqlarımızı, balalarımızı məhəbbətlə, hörmətlə, mərhəmətlə, diqqətlə böyütməliyik. Aydındır ki, siz hələ həyatınızın başlanğıcındasınız. Hər birinizin qarşınızda böyük yol, böyük həyat var. Bu həyatda, bu yolda sevinclə, xoş anlarla, qələbələrlə yanaşı, sizi çətinliklər də, problemlər də gözləyir. Ona görə də bu gün biz böyüklər sizi elə böyütmək istəyirik ki, sizə elə tərbiyə vermək istəyirik ki, sabah əsl insan, əsl vətəndaş, əsl şəxsiyyət olasınız”.

Uşaqların ən yaxın dostuna və böyük himayədarına çevirilən Mehriban Əliyeva bildirir ki, bizim ən böyük arzumuz, əlbəttə, uşaqlarımızı, gənclərimizi savadlı, təhsilli və sağlam görməkdir. Çünki hər bir gəncin, hər bir uşağın gələcəyi onun təhsilindən, savadından, biliyindən asılıdır: “Ölkəmizin gələcəyini, sabahını siz – bugünkü gənclər, bugünkü uşaqlar təmin edəcəksiniz. Ona görə də bu gün sizin ən vacib borcunuz yaxşı təhsil almaqdır.

Mehriban xanımın uşaqlara olan məhəbbəti o qədər böyükdür ki, O həyatının ən əziz günlərində də uşaqların yanında olur. Öz doğum gününü uşaqlarla birlikdə qeyd etməsi Onun üçün ən böyük sevinc, ən dəyərli hədiyyədir.
Mehriban Əliyeva hər il 1 iyun – Uşaqların Beynəlxalq müdafiəsi günündə gələcəyimiz olan balacaları unutmur, onlarla bir yerdə olur, balacaların ən ülvi arzularını gerçəkləşdirir, sevinclərinə sevinc payı qatır, Ana nəvazişi göstərir. O, bütün uşaqları xoşbəxt görmək istəyir.

2004-cü ildə Azərbaycanda və Türkiyədə keçirilmiş rəy sorğularına görə Mehriban Əliyevanın “İlin xanımı”adına layiq görülməsində onun uşaq dünyasına göstərdiyi diqqət və qayğının əsas götürülüməsi də əbəs deyil. O, bütün uşaqların şirin və xoş dünyasıdır.

Dövlətimizin həyata keçirdiyi layihələr arasında məktəbli və azyaşlı körpələrin, fiziki cəhətdən qüsurlu olan uşaqların sağlamlığı, cəmiyyətə inteqrasiyası üçün həyata keçirilən tədbirlər də üstünlük təşkil edir.

Mən hesab edirəm ki, Azərbaycan uşaqları bu gün dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunur. Həmçinin deyə bilərəm ki, Azərbaycanda bu gün uşaqlara göstərilən dövlət qayğısı daimi və yüksələn xəttlə davam etdirilir.

Mən Fərid Şərifov qeyd etmək istəyirəm ki, Uşaqlara qayğı göstərməliyik və onları qorumalıyıq.

Birinci xanım Mehriban Əliyeva uşaqlarla bağlı çıxışlarında demişdir: Uşaqlar bizim gələcəyimizdir, uşaqlar Azərbaycanın sabahıdır.

Bizim ən böyük arzumuz, əlbəttə, uşaqlarımızı, gənclərimizi savadlı, təhsilli və sağlam görməkdir. Əlbəttə, bunun üçün bizim uşaqlar bu gün gərək çox yaxşı oxusunlar. Çünki hər bir gəncin, hər bir uşağın gələcəyi onun təhsilindən, savadından, biliyindən asılıdır. Ölkəmizin gələcəyini, sabahını siz – bugünkü gənclər, bugünkü uşaqlar təmin edəcəksiniz. Ona görə bu gün sizin ən vacib borcunuz yaxşı təhsil almaqdır. Müasir dünyanın çağırışlarına cavab vermək üçün siz gərək hərtərəfli savada və biliyə malik olasınız. Siz gərək öz Vətəninizi sevəsiniz, vətənpərvərlik ruhunda tərbiyə olunasınız, eyni zamanda, bütün dünyaya açıq olasınız.

Hörmətlə Fərid Şərifov

Ulutv.İnfo

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm

18-02-2023, 23:36

Jurnalist Fərid Şərifov Birinci vitse prezident Mehriban xanım Əliyevaya AÇIQ MƏKTUB YAZDI

Təhsil

24-01-2023, 22:01

Fərid Şərifov: Birinci xanım Mehriban Əliyeva Azərbaycan təhsilinə yüksək diqqət və qayğı nümunəsidir.

Gündəm

1-02-2023, 23:14

Fərid Şərifov: Prezident İlham Əliyevin rəhbərliyi altında bugünkü Azərbaycan gəncliyi vətənə bağlı gənclikdir.

Cəmiyyət

22-05-2023, 01:53

O Xalqımızın, Bizim Mehribandır.

Gündəm

23-02-2023, 21:28

Fərid Şərifov: Birinci xanım Mehriban Əliyeva Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirir

Gündəm / Ölkə

20-12-2022, 22:43

Leyla Əliyevanın böyük ictimai məzmun daşıyan çoxşaxəli fəaliyyəti cəmiyyət həyatının bir çox istiqamətlərini əhatə edir

Siyasət

27-08-2022, 18:44

BƏƏ, Misir və Omanın 60-a yaxın nəşrində Mehriban Əliyevanın fəaliyyətinə məqalələr həsr olunub

Siyasət

8-08-2022, 19:31

Hər bir azərbaycanlı müasir Azərbaycanın simvolu, xeyirxahlıq və ümid mücəssəməsi olan öz birinci xanımı, Mehriban Əliyeva Xanım ilə fəxr edir.

Gündəm

19-12-2022, 22:20

Fərid Şərifov: Birinci vitse prezident Mehriban xanım Əliyeva Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb

Cəmiyyət

28-03-2023, 20:18

Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi

Siyasət / Araşdırma

5-08-2022, 16:20

Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb

İdman

7-01-2023, 22:18

Fərid Şərifov: Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Gimnastika Federasiyası ən parlaq uğurlar əldə edir

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Dünən, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
Xəbər lenti
  • Dünən, 16:38
    ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
  • Dünən, 16:18
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib FOTOLAR
  • Dünən, 15:00
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • Dünən, 14:00
    Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
  • Dünən, 13:30
    Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
  • Dünən, 13:00
    Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
  • Dünən, 12:00
    Günün qoroskopu: ​Sevgi həyatınız stabil görünmür
  • Dünən, 11:21
    2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib FOTOLAR
  • Dünən, 11:00
    İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
  • Dünən, 10:30
    Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
  • Dünən, 08:42
    Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
  • Dünən, 01:37
    İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
  • Dünən, 01:21
    Azərbaycanda Anım Günüdür
  • 26-09-2026, 19:00
    Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb
  • 26-09-2026, 18:30
    Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
  • 26-09-2026, 18:00
    Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb
  • 26-09-2026, 17:30
    Mahir Emreli: "Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik"
  • 26-09-2026, 17:00
    İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
  • 26-09-2026, 16:12
    Ukrayna ordusu Rostov vilayətində optik-mexanika zavodunu vurub
  • 26-09-2026, 16:08
    “Hər dialoqdan sonra sanksiya və zərbələr artır” - Pezeşkian
  • 26-09-2026, 15:54
    Pakistanda partlayış nəticəsində 11 nəfər ölüb
  • 26-09-2026, 15:40
    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
  • 26-09-2026, 15:26
    Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
  • 26-09-2026, 15:04
    Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
  • 26-09-2026, 14:59
    “Liv Bona Dea” və Mərkəzi Klinikanın həkimləri Dambrauskası ələ saldı - Fotolar
  • 26-09-2026, 14:46
    "Formula 1" üzrə Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
  • 26-09-2026, 13:41
    Milli Məclisin komissiyası: Türkiyədə Azərbaycana qarşı kampaniya münasibətləri hədəf almaq məqsədi daşıyır
  • 26-09-2026, 13:35
    Bakıda direktora etiraz edən şagirdlər dərsə getmədi - TƏFƏRRÜAT
  • 26-09-2026, 13:27
    Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
  • 26-09-2026, 13:14
    “Mənə iş verin, 5 ildir eyni sözü eşidirəm” - Qazi KÖMƏK İSTƏYİR
  • 26-09-2026, 12:10
    Laçında traktor minaya düşüb
  • 26-09-2026, 12:05
    Maşının çəninə dizel əvəzinə benzin tökdülər və... - MÜRACİƏT
  • 26-09-2026, 11:40
    II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib
  • 26-09-2026, 11:28
    “Robert Əyyubov şirkətimizi əlimizdən aldı” - Mahirə Əsədova Prezidentə müraciət etdi
  • 26-09-2026, 11:09
    Forumda iştirak edən qurumların aktivləri 30 trilyon dollara çatır
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə