• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

"Hakimin və prokurorun necə işlədiyini bilən vəkil öz peşəsi ilə tam şəkildə məşğul ola bilər"

Cəmiyyət

11-02-2023, 01:52

Qanunun aliliyinin hökmran olduğu cəmiyyətlərdə vəkilin xüsusi rolu vardır. Vəkilin peşəkar fəaliyyətinə hörmətlə yanaşılması istənilən cəmiyyətdə qanunçuluğun və demokratiyanın əsas şərtidir.

Bildiyimiz kimi, Azərbaycan Respublikasının hüquq sistemi roman-german hüquq ailəsi əsasında təşəkkül tapmışdır. Azərbaycan Respublikasının hüquq sistemində təşəkkül tapan prinsip və normaların 70 faizi məzmunca Almaniya hüququ əsasında təşkil olunmuşdur.

Dünya dövlətləri arasında özünəməxsus və nümunəvi hüquq sistemi ilə seçilən Almaniyada vəkillik fəaliyyəti və bu fəaliyyətin özəllikləri, düşünürəm ki, bütün hüquqşünaslar üçün maraq doğuran mövzulardandır. Məqalədə Almaniya Federasiyasında vəkillik fəaliyyətinin prinsipləri, əhəmiyyəti, vəkillərin səlahiyyətləri və təminatları, o cümlədən, bu peşəyə sahib olmaq üçün müəyyən edilmiş tələblər haqqında ətraflı bəhs edilmişdir.

“Almaniya Federal Hüquqşünaslar Aktı”nın ilk maddəsinə əsasən, vəkil ədalət mühakiməsinin həyata keçirilməsində müstəqil təmsilçidir. Təmsil olunan şəxsin maraqlarını müdafiə etmək digər şəxslərin, xüsusilə də məhkəmənin müdaxiləsi olduqda vəkil üçün daha qəliz xarakter alır. Buna görə də vəkil tərəfindən qərəzsiz məsləhətin verilməsi və nümayəndəliyin həyata keçirilməsi üçün onun müstəqilliyinin təmin edilməsi zəruridir. Bununla yanaşı, məhkəməyə, digər hüquqşünaslara və ümumilikdə ictimaiyyətə münasibətdə dürüstlük və ədalətlilik kimi mənəvi tələblər də gözlənilməlidir.

Habelə, yuxarıda qeyd olunan aktda göstərilmişdir ki, hüquqşünasın peşəkar fəaliyyətində obyektivlik nümayiş etdirilməlidir.

Vəkilin peşəkar fəaliyyəti zamanı müttəhim haqqında əldə etdiyi bütün məlumatlar məxfidir (Federal Hüquqşünaslar Aktı və Peşəkar Təcrübə Qaydaları). Məxfiliyin pozulması cinayətdir və cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər (Almaniya Cinayət Məcəlləsinin 203-cü maddəsi).

Almaniyada hər bir müttəhimin müdafiəçi ilə təmin edilmək hüququ var. Vəkil öz müvəkkilinin maraqlarını və qanuni mənafelərini təmsil etməyə borcludur. Məsələn, məhkəmə qarşısında müdafiə işində bu, mümkün olan ən yumşaq hökmün və ya ən yaxşı halda bəraət hökmünün əldə edilməsi deməkdir, hətta vəkil müvəkkilinin təqsirini bilsə belə. Lakin vəkilə buna nail olmaq üçün yalan danışmağa icazə verilmir.
Hüquq sahəsində mütəxəssis biliyi və təcrübəsi olan hüquqşünasa “Fachanwalt” və ya “Fachanwältin” peşə adlarından istifadə etmək icazəsi verilə bilər.

Hüquqşünas inzibati hüquq, vergi hüququ, əmək hüququ və sosial hüquq, habelə müəyyən edilmiş digər hüquq sahələrində ixtisaslaşa bilər. İcazə maksimum üç hüquq sahəsi üçün verilə bilər.

Almaniyada vəkillik fəaliyyəti ilə məşğul olan hüquqşünasların bir sıra özünəməxsus hüquqları da vardır. Bir federasiya ştatında vəkil olmaq hüququ qazanmış şəxs istənilən başqa federasiya ştatında vəkil ola bilmək hüququna malikdir. Etibarnaməni notariuslar deyil, vəkillər özləri verir. Hüquqşünasların məhdud və səhmdar cəmiyyətləri yaratması mümkündür. Habelə, 5 min avrodan yuxarı işlərdə vəkil tutmaq məcburidir. Təqsirləndirilən şəxsin vəkillə təmsil olunmaq hüququ Almaniya qanunları ilə diqqətlə qorunur. Bəzi hallarda təqsirləndirilən şəxs bir il və ya daha çox müddətə cəzalandırılması nəzərdə tutulan cinayətdə ittiham olunarsa, Almaniya qanunlarına əsasən, təqsirləndirilən şəxs istəməsə belə, vəkil təyin edilir.

Vəkil haqqı işin uzunluğundan və işin mürəkkəbliyindən asılıdır. Cinayət işlərində təqsirləndirilən şəxs bəraət qazanarsa, adətən vəkil haqqını məhkəmə ödəyir.
Təqsirləndirilən şəxsləri ən yaxşı şəkildə qorumaq vəzifələrinə baxmayaraq, alman vəkilləri məhkəmədə Amerika və ya Britaniya vəkilləri qədər fəal deyillər. Almaniyada məhkəmə prosesində vəkil və ya prokuror deyil, məhz hakim şahidlərin ifadələrini alır. Prokuror və ya vəkil yalnız hakim ifadə aldıqdan sonra şahidləri dindirə bilər. Məqsəd şahidlərdən sorğu və çarpaz dindirmə yolu ilə deyil, birbaşa sorğu-sual yolu ilə dəqiq məlumat almaqdır.

Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün Almaniya vətəndaşı olmaq tələbi yoxdur.

Almaniyada vəkil olmaq üçün ilk növbədə dövlət imtahanları uğurla verilməlidir. Bu mərhələdən sonra vəkil adından istifadə etmək və bu peşə ilə məşğul olmaq üçün vəkil fəaliyyət göstərəcəyi ərazinin Vəkillər Kollegiyasında qeydiyyatdan keçməlidir.

Almaniyada məhdud sayda Vəkillər Kollegiyası var. Vəkillər kollegiyaları Almaniyanın ştatlarında yerləşən Oberlandesgericht adlanan və əyalətin ən yüksək səviyyəli Dövlət Ali Məhkəməsinə uyğun olaraq yaradılmışdır. Hazırda Almaniyada ümumilikdə 24 Oberlandesgerichts var. Bütün bunların bağlı olduğu Federal Vəkillər Kollegiyası mövcuddur və Berlində yerləşir.

Hər bir vəkilin üzvlüyünün məcburi olduğu vəkillik kollegiyalarından əlavə, yerli səviyyədə Alman Hüquqşünaslar Assosiasiyası da mövcuddur. Bununla belə, bu birliyə qeydiyyat məcburi deyil, lakin xeyli sayda üzvü var.

Vəkil ancaq vəkillik peşəsinə və prinsiplərinə uyğun olaraq, yalnız keyfiyyətli hüquq təhsili almaqla öz ictimai rolunu və vəzifələrini yerinə yetirə bilər və yalnız bu halda hüququn nüfuzu artar. Deyərdim ki, Almaniyada hüquqşünas olmaq bizim ölkədə hüquqşünas olmaqdan daha çətindir. Almaniyada vəkil kimi işləməyin bir neçə yolu var: fərdi ofisdə müstəqil hüquqşünas kimi yaxud bir neçə partnyorla əməkdaşlıqda, habelə hüquq firmasında əməkdaş kimi. Akademik təlim hakim və ya dövlət ittihamçısı kimi dövlət qulluğuna hazırlaşmaqla eyni vaxt tələb edir: doqquz semestrlik standart təhsil müddətindən sonra Birinci Dövlət İmtahanı, daha sonra praktiki peşə təcrübəsi əldə etmək üçün iki illik təcrübə (Referendarlıq) və nəhayət, İkinci Dövlət İmtahanı. İkinci Dövlət İmtahanını (Zweites Juristisches Staatsexamen) verərək məzun olan təcrübəçilərin ortalama 75%-i vəkillik peşəsini seçir. İkinci Dövlət İmtahanını vermək üçün şəxslərə iki dəfə şans verilir. Şəxs 2-ci Dövlət İmtahanından ona verilmiş həm birinci şansda, həm də ikinci şansda keçə bilməsə, bir daha hüquqşünas ola bilmir.

Almaniyada vəkillik fəaliyyəti ilə bağlı ən təqdirəlayiq nüanslardan biri də ümumi təcrübə proqramıdır. Təcrübə təhsili cəmi 24 ay çəkir. 1-5-ci aylar birinci instansiya və ya magistratura məhkəmələrində hakimlik təcrübəsi, 6-8-ci aylar prokurorluq təcrübəsi, 9-11-ci aylar inzibati agentlik təcrübəsi, 12-21-ci aylar vəkillik təcrübəsi, 22-24-ci aylar seçmə təcrübə (xaricdə də ola bilər) kimi nəzərdə tutulmuşdur.

Bütün hüquq peşələri üçün ümumi təcrübə proqramının həyata keçirilməsi peşələrin şəffaflığı üçün çox vacibdir. Yəni vəkil o zaman öz peşəsi ilə tam şəkildə məşğul ola bilər ki, hakimin və prokurorun necə işlədiyini bilsin. Eynilə, hakim və prokuror vəkillik peşəsinin tələblərini və çətinliklərini bilməlidirlər, çünki yalnız bundan sonra məhkəmədə hüquq təcrübəsinin tələb etdiyi ünsiyyəti qura bilərlər. Axı vəkil, hakim, prokuror hüquq sisteminin düzgün və qanunauyğun fəaliyyət göstərməsində mühüm rol oynayan şəxslərdir. Və yalnız çox yönlü və interaktiv təcrübə təlimi bütün hüquq peşələri arasında lazımi ünsiyyət, empatiya və hörmət yarada və hüquq sisteminin yaxşı işləməsini təmin edə bilər. //e-huquq.az/

Yusif Allahverdiyev
"Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun müdiri

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

27-03-2023, 21:23

Fidan Hüseynova: "Əlaqələrin tarixi daha qədimdir"

Dünya

21-08-2022, 11:25

Almaniya Ukraynaya yenə hərbi yardım göndərəcək

İqtisadiyyat

28-09-2022, 17:54

İqtisadiyyat Nazirliyində Almaniya səfiri ilə görüş

Dünya

21-08-2022, 02:12

Almaniya Ukraynaya əlavə silah-sursat göndərəcək

Dünya

15-08-2022, 12:30

Trampın evindən götürülən məxfi sənədlərə görə FTB və DHS ciddi təhdid edilir

Cəmiyyət

29-07-2022, 16:20

Baş redaktor: “Reket və şantaj ictimai bəlaya çevrilib, ictimai müqavimətə ehtiyac var”

İqtisadiyyat

20-08-2022, 21:36

Almaniya tənəzzülə uğraya bilər

Siyasət

13-07-2022, 13:40

Almaniya Bundestaqının vitse-prezidenti Azərbaycana səfər edəcək

Cəmiyyət

23-06-2022, 11:26

Çingiz Qənizadə: “İnsanlara xidmət və qayğı dövlət qulluqçusunun əsas vəzifəsidir”

Gündəm

23-06-2022, 09:59

Dövlət qulluqçularının peşə bayramı günüdür

Hadisə

23-07-2022, 20:50

Almaniyada qətldə şübhəli bilinən azərbaycanlı saxlanılıb - FOTO

Dünya

29-08-2022, 16:46

Şolts Aİ üzvlərinin veto hüququna son qoyulmasını tələb etdi

Araşdırma
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Hadisə
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Dünən, 19:16
    MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
  • Dünən, 19:00
    İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
  • Dünən, 18:39
    Oktyabrın ilk günlərində bəzi rayonlara dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ
  • Dünən, 18:26
    Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
  • Dünən, 18:22
    Adil Vəliyev Sabunçuda rəsmən BAZAR AÇIB... - ÖZBAŞINALIQ...
  • Dünən, 18:03
    Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH
  • Dünən, 17:46
    Elman Rüstəmov məşhur restoranını 22 milyon manata satdı
  • Dünən, 17:27
    Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edilib
  • Dünən, 17:18
    Azərbaycan yeni mərmiatan dron istehsal edib
  • Dünən, 17:02
    Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb
  • Dünən, 16:47
    "Bu dəyişiklik nə vaxt baş verəcək?" - HƏQİQƏTƏN DƏ...
  • Dünən, 16:17
    Dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı mexanizmi ilə bağlı qanunvericilik təkmilləşdirilir
  • Dünən, 15:57
    Cavid Qurbanovu tənqid edən şair ONUNLA BARIŞDI - "ARA VURANLAR" var imiş...
  • Dünən, 15:31
    Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini ratifikasiya edib
  • Dünən, 15:17
    “Lux Residence”-dən növbəti şikayət: "məni məcburi çıxarmağa çalışırlar"
  • Dünən, 14:43
    İsrail ordusunun Baş Qərargah rəisi yüksək döyüş hazırlığı səbəbilə ABŞ səfərini ləğv edib
  • Dünən, 14:16
    İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
  • Dünən, 14:07
    12 milyonluq “Bulvar İdarəsi” İŞİ: “Pulları Fuad müəllimə verirdim” - MƏHKƏMƏ
  • Dünən, 12:42
    Azərbaycanda sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsi təklif olunur
  • Dünən, 12:35
    Dələduzluq edən məmur DANIŞDI: "Çoxlu borcum vardı" - TƏFƏRRÜAT
  • Dünən, 12:06
    Milli Məclisin komitələrinin səlahiyyətlərinin artırılması təklif olunur
  • Dünən, 11:49
    Leobank müştəriləri aldadır? – Kart qalığı ilə bağlı narazılıq
  • Dünən, 11:13
    Prezident: Azərbaycanın müdafiə sənayesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub
  • Dünən, 11:03
    Zakir Həsənov: Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası mövcuddur
  • Dünən, 10:54
    Yasamalda piyadaların bir yolu var: UÇMAĞI ÖYRƏNMƏK... - DƏLİXANADIR, VALLAH...
  • Dünən, 10:24
    Azərbaycan neftinin qiyməti 118 dollara düşüb
  • Dünən, 10:14
    “Şeyx, sənin tormozun tutmur, Əlinin qadasını alırdın, Ruhəngiz, indi...” - Xalq artistinə cavab verdi, digərlərinə söz atdı
  • Dünən, 09:50
    İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb
  • Dünən, 09:43
    Bakıda qutabı 75 manata satan iş adamı Rusiyaya 1.5 milyard aparıb - İLGİNC
  • Dünən, 08:54
    Bu gün Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
  • 29-09-2026, 23:32
    Nadir Qocabəyli Tural Sadıqlının iddiasına cavab verdi: “Məsələ təkcə Hikmət Hacıyevlik deyil”
  • 29-09-2026, 19:00
    Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
  • 29-09-2026, 18:23
    İraqı sonuncu İtaliya hərbçisi tərk edib
  • 29-09-2026, 18:18
    Dövlətin güzəştli krediti hesabına tikilən nəhəng anbar müsadirə olunaraq satışa çıxarıldı – Fotolar
  • 29-09-2026, 17:53
    Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə