• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Fidan Hüseynova: Səbrimiz tükənməz deyil

Cəmiyyət

26-04-2023, 01:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala və Salyan rayonlarına səfəri ediblər.

Səfər zamanı Neftçala Olimpiya İdman Kompleksinin, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra, Heydər Əliyev Fondu tərəfindən Neftçala rayonunda inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin, “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin, Salyanda “ASAN xidmət” mərkəzinin açılışında iştrak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçalanın Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında, Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.

Cənab Prezident səfər çərçivəsində Azərbaycan Televiziyasına ölkəmizin iqtisadi cəhətdən dayanıqlı inkişafından,Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında ölkəmizin tutduğu mövqe barədə müsahibə verib.

Müsahibədə 4-cü Dövlət Proqramının icra olunduğunu vurğulayan cənab Prezident bildirib: “Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bölgələrdə bizim bəyan etdiyimiz bütün hədəflər təmin edilsin, ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir”.
Ölkə başçısı müsahibədə İrəvanda ağır atletika üzrə Avropa çempionatında qızıl və gümüş medal qazanan türk idmançıları Cansu Bektaşın və Qəmzə Altunun öz qələbələrini Azərbaycana həsr etməsindən də söz açıb: “Mehriban xanım və mən əziz qızlarımız Cansu və Qəmzəni təbrik etdik. Birinci, ona görə ki, onlar Ermənistanda – düşmən dövlətdə, həm Azərbaycana, həm də Türkiyəyə əzəli düşmən olan dövlətdə bu böyük qələbəni əldə etdilər, Türk bayrağını yüksəklərə qaldırdılar. Ermənilər bizim bayrağımızı yandırıblar, amma Türk bayrağı orada dalğalanıb. Türkiyənin Dövlət Himnini səsləndirdilər. Türkiyənin Dövlət Himni elə səsləndi ki, orada oturan bütün düşmənlərin yəqin ki, qulağı batmışdı. Bu qələbəni onlar Azərbaycana, Azərbaycan xalqına həsr etdilər. Nə qədər gözəl bir hərəkətdir. Ona görə onlar bütün Azərbaycan xalqının sevgisini qazandılar. Mən onları bir daha təbrik etmək istəyirəm”
Dövlətimizin başçısı vurğulayıbki, Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan Bayrağı dalğalanır. Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır, onu unutmasınlar. O bayrağa onlar yaxınlaşa bilər? O insanabənzər məxluq və onun kimiləri o bayraqlara yaxınlaşa bilər? O bayrağa uzaqdan baxmağa da qorxarlar”.
Prezident həmçinin separatçılara sonuncu xəbərdarlığını edərək artıq seçim vaxtı olduğunu bəyan etdi. “Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Biz separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan iti qovan kimi qovmuşuq, onları diz çökdürmüşük. Onlar İkinci Qarabağ müharibəsi zamanı Qarabağa gəlmişdilər, guya bizimlə vuruşmağa gəlmişdilər. Üçü də bizim torpağımızdan dovşan kimi qaçdı, indi heç biri heç burnunu da soxa bilmir nə Xankəndiyə, nə başqa bir yerə. Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, - biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri nə bilim nə parlament sədri adlandırır, - bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz. Mən əminəm ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, bu zəlilər, bu yırtıcı heyvanlar, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar.

Cənab Prezident bir daha mövqeyini bəyan edərək qeyd edib ki, “Bunu hər kəs eşitsin, həm Ermənistan rəhbərliyi, həm bu gün onların arxasında dayanan qüvvələr, bizim iradəmizə heç kim təsir edə bilməz. Biz bunu sübut etmişik, müharibə zamanı və müharibədən sonra. Lazım olarsa, bir də sübut edərik istənilən formada”. Onlar ya Azərbaycanın qanunları və bayrağı altında yaşayacaq, əks halda Qarabağı tərk edib istədikləri yerdə gedib yaşaya bilərlər. Əminəm ki, separatçılar Prezident İlham Əliyevin bu xəbərdarlığından nəticə çıxaracaqlar. Ölkə başçımızın vurğuladığı kimi "bizim səbrimizlə oynamaq olmaz".

Ölkə başçımız eyni zamanda müsahibəsində bir daha Azərbaycanın regionda sülhün bərqərar olması üçün Ermənistanla sülh müqaviləsi bağlamağa hazır olduğunu vurğuladı.Cənab Przridentin bu mesajı onu göstərir ki, Ermənistan tərəfi ya beş prinsipi qəbul edib sülh sazişi imzalamalı,ya da “dəmir yumruq”revanşistlərin başını əzməlidir.Təbii ki,44 günə diz çökən Ermənistan bir daha ağır zərbə almaq istəməz. Odur ki,Ermənistan rəhbərliyi Azərbaycanın bütün tələblərini yerinə yetirməklə sülh sazişinə imzalamağa məcburdur.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

20-04-2023, 01:16

Malik Həsənov: Azərbaycanın iqtisadi tərəqqisi regionların dayanıqlı inkişafında özünün aydın ifadəsini tapır

Siyasət

26-08-2022, 17:45

Mehriban Əliyeva məktəb və körpələr evi-uşaq bağçasının açılışlarında iştirak etdi

Siyasət

13-08-2022, 21:25

Şəhər və rayonlar dövlət başçısının diqqət mərkəzindədir

Siyasət

13-08-2022, 13:38

İlham Əliyevin bölgələrə səfərləri xalqa qayğının, dövlətin inkişafına önəmin göstəricidir

Siyasət

12-08-2022, 11:12

Prezident və xanımı Qobustanda...

Siyasət

15-11-2022, 23:00

Ulu Öndər Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizdir.

Siyasət

12-08-2022, 10:45

İlham Əliyev və Mehriban Əliyeva “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar

Siyasət

12-08-2022, 10:52

Mehriban Əliyeva “Diri Baba” türbəsinə ziyarətlə bağlı paylaşım edib

Siyasət

12-08-2022, 12:28

Prezident və birinci xanım Mehriban Əliyeva İsmayıllıda “Basqal Resort & Spa” otelinin açılışında iştirak ediblər

Siyasət

12-08-2022, 13:50

Prezidenti və birinci xanım Mehriban Əliyeva “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan tikinti-bərpa işləri ilə tanış olublar

Siyasət

29-07-2022, 15:30

İlham Əliyev və birinci xanım Bakıxanovda 2 nömrəli doğum evində yaradılan şəraitlə tanış olublar - FOTO

Cəmiyyət

1-03-2023, 00:22

Fərid Şərifov Od Çərşənbəsi münasibətilə Azərbaycanı, Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı Təbrik etdi

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
Dünən, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
Dünən, 12:27
Xəzər dənizində zəlzələ olub
Dünən, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
17-10-2026, 18:30
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
17-10-2026, 14:42
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
16-10-2026, 18:30
Bakı-Quba yolunda qəza olub, ölən var
Xəbər lenti
  • Dünən, 20:59
    Zaqatalada təhsil nəzarətsiz qalıb? – Məktəbi məlum sexdə keçirilir...
  • Dünən, 19:00
    Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
  • Dünən, 18:40
    Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib
  • Dünən, 18:20
    Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
  • Dünən, 18:15
    Leyla Əliyeva Türkmənistanda səfərdədir
  • Dünən, 18:09
    Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
  • Dünən, 17:56
    NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib
  • Dünən, 17:32
    Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb
  • Dünən, 17:20
    Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
  • Dünən, 16:21
    Suriya internet infrastrukturunu yeniləmək üçün Cənubi Koreya ilə əməkdaşlığa hazırlaşır
  • Dünən, 16:18
    Şövkət Ələkbərova sənətinin Nəcat Əs-Sağirə və Vərdə Əl-Cəzairiyyə ilə paralelləri
  • Dünən, 16:14
    Masam layihəsi Yəməndə yarım milyon kvadratmetrdən çox ərazini təhlükəsizləşdirib
  • Dünən, 16:05
    Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub
  • Dünən, 15:57
    Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR - AXI NİYƏ?
  • Dünən, 15:46
    GÖMRÜKDƏ YENİ QİYMƏT QALMAQALI: ABŞ-DAN ALINAN AVTOMOBİLİN SƏNƏDLƏRİ NİYƏ ŞÜBHƏ ALTINA ALINIR? – ŞAHİN BAĞIROVA CİDDİ ŞİKAYƏT
  • Dünən, 15:37
    Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
  • Dünən, 15:25
    Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
  • Dünən, 15:03
    Azərbaycanın Malayziyadakı səfiri etimadnaməsini Krala təqdim edib
  • Dünən, 14:55
    “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ - ÖZBAŞINA QALIBLAR
  • Dünən, 14:35
    Bir qrup energetik təltif edilib - Sərəncam
  • Dünən, 13:23
    Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
  • Dünən, 13:07
    Sabah rayonlara yağış yağacaq
  • Dünən, 13:00
    Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –ŞOK İDDİALAR
  • Dünən, 12:27
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 12:00
    Anar Bayramov səhiyyə naziri təyin edilib
  • Dünən, 11:40
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, baş nazirin müavini təyin olunub
  • Dünən, 11:31
    Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olunaraq 5,6 milyona satışa çıxarıldı
  • Dünən, 10:55
    Bakı-Qəbələ-Bakı dəmir yolu marşrutu üzrə əlavə reyslər təşkil olunacaq
  • Dünən, 10:40
    "EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:sorğusuz, sualsız, aram-aram...
  • Dünən, 09:45
    Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
  • Dünən, 09:30
    Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
  • Dünən, 09:14
    İranın XİN başçısı yeni hücum olacağı təqdirdə ABŞ-ni cavab tədbiri ilə hədələyib
  • Dünən, 09:10
    “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
  • Dünən, 08:53
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • Dünən, 01:38
    “Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə