Sizin reklam burada 728×90
Son dəqiqə

Şotlandiyanın Edinburq şəhərində Ermənistanın mina terrorunu əks etdirən məlumatlandırma aksiyası keçirilib -

25.09.2023 12:07 296 1 dəq oxunur
Şotlandiyanın Edinburq şəhərində Ermənistanın mina terrorunu əks etdirən məlumatlandırma aksiyası keçirilib -
Şotlandiyanın Edinburq şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən işğal illərində Azərbaycanın Qarabağ bölgəsində kütləvi şəkildə basdırılan minaların faciəvi nəticələrini əks etdirən məlumat xarakterli aksiya keçirilib.
Britaniya Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı müxtəlif şüarları, həştəqləri və məlumatları əks etdirən LED ekranlı yük
avtomobilləri Edinburq şəhərinin izdihamlı mərkəzi küçələrində hərəkət edib. 8 saat davam edən aksiya zamanı avtomobil Edinburqun Royal Mile, Princess Street, George Street, Victoria Street, High Street, North Bridge, Castle Street və digər küçələrindən keçməklə yerli sakinlərin diqqətini cəlb edib.
Məlumatlarda Ermənistan silahlı qüvvələri tərəfindən işğal illərində Azərbaycan torpaqlarında 1,5 milyon mina basdırıldığı, 147 988 hektar ərazinin yüksək
səviyyədə, 675 570 hektar ərazinin isə orta və aşağı səviyyədə çirkləndirildiyi, Ermənistanın Azərbaycana qarşı mina terroru törətməsi nəticəsində 1991-ci ildən bu günə qədər arasında qadın və uşaqlar da olmaqla 3393 mina qurbanının olduğu kimi faktlar, #stoparmeniancrimes, #MapsForKarabakhSafety, #KarabakhSafety kimi həştəqlər yer alıb.





Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az