• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Ərdoğan dərsləri: Moskva və Tehran vadar oldular

Dünya

20-07-2022, 16:50

Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü rəsmi Ankaranın zəfəri sayıla bilər, sayılmalıdır da.
Rəcəb Tayyib Ərdoğan Tehranda həmkarlarına sanki geosiyasət, diplomatiya, taktika, strategiya, iqtisadiyyat və siyasət dərsləri keçdi.


Suriyada isə vətəndaş müharibəsi 2011-ci ildən bəri davam edir. Qazaxıstanın paytaxtı Nur-Sultanda ("Astana formatı) danışıqlar 2017-ci ildən aparılır. 2018-ci ildə isə Soçi şəhərində keçirilmiş Suriya Milli Dialoq Konqresində qərara alınmışdı ki, problemləri həll etmək üçün Konstitusiya Komitəsi yaradılmalıdır.



Tehran nəticələri

Sammit bitib. Dünən İran paytaxtında yaşanmış bu olayın nəticələri barədə çox qısa yazsam, onlar belədir:

1. Suriyada ABŞ-ın hərbi movcudluğuna son qoyulmalıdır. Türkiyə, İran və Rusiya Federasiyasının yekdil mövqeyi budur ki, ABŞ Suriyanı tərk etməlidir

2. Separtizmə yox. Suriyanın şimalında "terrorizmlə mübarizə" bəhanəsi ilə kürdlərin "muxtariyyət" illüziyası heç bir halda dəstək almamalıdır.

3. Suriya Prezidenti Bəşər Əsəd devrilməməlidir. Türkiyə artıq Dəməşqdə hakimiyyət dəyişikliyini tələb etmir və Bəhər Əsədin siyasi müzakirələrdə fəal iştirakına qarşı çıxmır.

4. Suriyada vətəndaş savaşına son qoyulmalıdır. Münaqişə tərəfləri arasında bütün mübaşisələr danışıqlar yorlu ilə həll olunmalıdır.



5. Qərb ölkələrinin hərbi kontingentləri Suriyadan çıxarılmalıdır. Böhranı suriyalıların özləri BMT TŞ-nin 2254 saylı qətnaməsi əsasında çözməlidir.

6. İsrailin "özfəaliyət"inə son qoyulmalıdır. Tərəflər İsrailin Suriyadakı bütün hücumlarını pislədilər.

7. Və ən əsası: Suriyanın şimalında Türkiyənin mümkün hərbi əməliyyatına yox deyilmədi.

Ərdoğanın şərtləri

Sammitdə Rəcəb Tayyib Ərdoğanın çıxışı simvolik və məzmunlu oldu.

Ərdoğan dedi: "Suriya böhranından irəli gələn problemlər danışıqları zəruri edir. Astana platforması konkret addımlar ata biləcək yeganə təşəbbüsdür. Gözləntimiz Rusiya və İrandan Türkiyəyə bu mübarizədə dəstək verməkdir".

Türkiyə lideri bildirib ki, PKK, PYD, YPG terroru hamının ortaq problemidir:

"Suriyanın ərazi bütövlüyünə ən böyük maneə terrordur. Fərat çayının şərqində terror aktları davam edir. Qarşıdakı dövrlərdə də qanlı terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcəyik. Xüsusilə ümid edirəm ki, bu gün qəbul edəcəyimiz qərarlar Suriyadakı siyasi keçid prosesinə kömək edəcək. Terror təşkilatlarının xarici dəstəyi ilə Suriyanın bölünməsi prosesinə töhfə verir"

Ərdoğan həmçinin suriyalı qaçqınların geri qayıtmasının vacibliyinə də toxunub:



"Astanalı tərəfdaşlarımızın Suriyada sabitliyə nail olmaq üçün səylərimizi dəstəkləyəcəyini gözləyirik.

Mülki yaşayış məntəqələrini hədəf alan hücumlar siyasi həll səylərimizi sarsıdır. İdlibdəki terror təşkilatlarından doğan narahatlığınızı başa düşürük. Türkiyə 3,7 milyon suriyalı qardaş və bacıya ev sahibliyi edir. Bu böhranı biz yaratmamışıq, yükün yalnız bizim üzərimizə düşəcəyini gözləmək düzgün deyil. Suriyalıların hər zamankindən daha çox köməyə ehtiyacı var. BMT-nin davamlı yardımı böhranın qarşısını almağın yeganə yoludur. Ümid edirəm ki, sammit Suriya üçün sülh və əmin-amanlığa töhfə verəcək".

Eyni zamanda, Suriyanın ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və suverenliyi də Türkiyə üçün şərtdir - Ərdoğan belə dedi.

Yəni rəsmi Ankara bəyan etdi ki, Suriyada separatçılıq, bölücülük və s. kimi fəaliyyətlərin qarşısını almaq gərəkdir.

Suriya ilə yanaşı, Ukraynakı müharibə və tərəflər arasındakı iqtisadi əlaqələr də müzakirə olunub.

Ukrayna məsələsində İbrahim Rəisi birmənalı olaraq Rusiyanı dəstəkləyib, Ərdoğan isə Ukrayna böhranının İstanbulda keçirilə biləcək yekun sülh danışıqları vasitəsilə çözülə biləcəyini vurğulayıb.

Türkiyə və Rusiya, habelə Rusiya və İran öz aralarındakı ikitərəfli iqtisadi təmaslarda ABŞ dollarından imtina barədə razılıq əldə ediblər.

Və ən nəhayət, liderlər Astana formatında növbəti sammiti bu ilin sonunadək Rusiyada keçirməklə bağlı razılaşıblar.

Ayətulla Xameneidən Rusiyaya tam dəstək

Tehranda olarkən V.Putin İranın ali dini Əli Xamenei ilə görüşüb.

Xamenei Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəklədiyini bildirib.

Müharibənin heç də xoş bir hal olmadığını və bundan adi insanların əziyyət çəkdiyini vurğulayan İranın ali rəhbəri eyni zamanda Rusiyanın Ukraynanın suveren ərazilərinə hərbi müdaxiləyə başlamasını dəstəkləyib:

"Ukrayna məsələsində isə siz (Rusiya - red.) təşəbbüs göstərməsəydiniz, qarşı tərəf öz təşəbbüsü ilə müharibəyə başlayacaqdı".

Bundan başqa, Əli Xamenei "qərbpərəstlərin güclü və müstəqil Rusiyaya qarşı olduğunu" qeyd edib: "Onları Ukraynada dayandırmasaydılar, onlar Krım bəhanəsi ilə bu müharibəyə başlayacaqdılar".



Praqmatizm nümayişi

"Astana formatı" sayəsində Suriyada İran, Rusiya, Türkiyə və Dəməşq rejimi arasında silahlı qarşıdurmanın qarşısı alınsa da, 11 ildən bəri davam edən problemin həllində sürətli irəliləyiş gözləmək əbəs idi.

Rusiya Ukrayna savaşı, İran - "nüvə sövdələşməsi", Türkuiyə isə Yunanıstan, Suriyanın şimalında kürd terrorçularına qarşı yeni hərbi əməliyyat və Ukraynadan taxıl ixracı problemi ilə məşğuldur.

Əsas məsələ təbii ki, PKK terror təşkilatının Suriyadakı törmələri olan strukturlara qarşı Ankaranın gerçəkləşdirmək istədiyi əməliyyat idi.

İran aşkar şəkildə etiraz etməyə hazırlaşsa da, bunu etmədi. Məruz qaldığı pressinqin nəticəsində siyasətində və iqtisadiyyatında yaranmış çoxsaylı problemlərin heç olmasa bir qismini nisbətən də olsa, həll etməyə çalışan Tehran üçün Ankara ilə münasibətlərin gərginləşməsi arzuedilən ssenari deyil.

Təbii ki, belədə sual yaranır:

Bundan sonra nə olacaq?

Türkiyənin sadəcə Suriyada yox, bütün Yaxın Şərqdə və Cənubi Qafqazda artan nüfuzunu Rusiya ilə İran geosiyasi, həmçinin geostrateji maraqlarına birmənalı təhlükə hesab edirlər.

İranın yaxın perspektiə hesablanan arzusu Türkiyənin ümumiyyətlə, Suriyanı tərk etməsidir.

Rusiyanın istəyi isə Suriyanın İdlib vilayətinin cənubundakı strateji baxımdan çox önəmli M4 avtomobil magistralına nəzarəti tam ələ alınması, bunun da Ankara tərəfdən etiraf edilməsidir.



Vladimir Putinlə İbrahim Rəisi əslində, Tehran sammitində Ərdoğana təzyiq göstərərək onu Suriyanın şimalında plandaşdırdığı əməliyyatdan vaz keçməyə sövq etməkdi.

Aparılan danışıqlarda və keçirilən müzakirələrdə Türkiyə Prezidenti tərəf-müqabillərinə azacıq şans versəydi, mövqelərində yumşalsaydı, Tehranla Moskva birmənalı olaraq sözügedən əməliyyata qarşı çıxacaqdılar.

Məhz buna görə Tehrandakı sammit Ərdoğanın Rəisi-Putin duetinə qarşı ustalıqla, qrossmeystercəsinə oynadığı şahmat partiyasına çevrildi. Partiyanın da qalibi Ərdoğan oldu.

Sammitin yekun bəyannaməsində ABŞ və İsrailə qarşı yönəlmiş qəzəbli filippikaların məzmununu Türkiyə Prezidenti təbii ki, bölüşmür.

O, əla bilir ki, V.Putin və İ.Rəisinin hədələri adi verbalistikadır, söz yığınıdır. Nə Rusiya, nə də İran Suriyada ABŞ mövcudluğuna son qoymaq, ya da İsrailin antiterror zərbələrini dayandırmaq iqtidarında deyillər.

Amma Tehranda belə bəyanatı imzalamaqla Ərdoğan həm Qərbdəki tərəfdaşlarına və İsrailə messic yollayaraq onları Suriyanın şimalında planlaşdırılan əməliyyata mane olmamağa çağırdı, həm də Rusiya və İranı "məmnun etdi".

Kuluar razılaşmalarına görə, Türkiyə kürdlərin YPG və PKK terror təşkilatlarına qarşı Suriyanın şimalında antiterror əməliyyatı keçirir, 32 kilometr enində təhlükəsizlik zolağını təmin edir. Bunun müqabilində İdlib vilayətindəki Zaviyə və Ərbeyn şəhərləri üzərində Rusiya nəzarəti ələ alır, Ayn əl Ərəbdəki Nubul və Zəhra şəhərlərinin kontrolu isə İranın əlinə keçir.

Son günədək "mümkün deyil, Suriyada vəziyyət daha da ağırlaşa bilər" deyən Moskva-Tehran dueti indi Ankaraya əməliyyatı dəqiq, səliqəli keçirmək təvəqqesi ünvanlayıblar.

Tehran sammitinin əsas nəticəsi bəlkə də elə budur.\\milli.az\

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

13-07-2022, 13:27

Ərdoğan-Putin-Rəisi görüşündə hansı mövzular müzakirə olunacaq?

Dünya

19-07-2022, 10:53

İran və Türkiyə prezidentləri Tehranda görüşüb

Dünya

18-07-2022, 20:58

Putin İranda Astana formatında keçiriləcək iclasda iştirak edəcək

Dünya

27-07-2022, 21:19

Ərdoğan və Putin görüşü: Tərəflər hansı məsələləri müzakirə edəcəklər? (ŞƏRH)

Dünya

19-07-2022, 17:11

Putinin İrana səfəri başlayıb

Dünya

5-08-2022, 21:40

Putin Ərdoğan təşəkkür etdi: "Avropa Türkiyəyə minnətdar olmalıdır" (YENİLƏNİB)

Dünya

5-08-2022, 20:10

Putin - Ərdoğan görüşünün ilk və isti açıqlamaları!

Dünya

23-08-2022, 19:59

50 minlik türk ordusu döyüş mövqeyində - Lavrov hərəkətə keçdi

Siyasət

5-08-2022, 17:38

Putin-Ərdoğan görüşündə Qarabağ da müzakirə olunur - YENİLƏNİB

Dünya

5-08-2022, 15:25

Ərdoğan Rusiyaya yola düşdü

Dünya

16-07-2022, 19:49

Ərdoğan İrana gedir

Dünya

5-08-2022, 17:52

Ərdoğan: Nöqtəsini qoyacağımız mövzular Türkiyə-Rusiya əlaqələrində yeni səhifə açacaq

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
Bu gün, 12:27
Xəzər dənizində zəlzələ olub
Bu gün, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
17-10-2026, 18:30
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
17-10-2026, 14:42
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
16-10-2026, 18:30
Bakı-Quba yolunda qəza olub, ölən var
14-10-2026, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
Xəbər lenti
  • Bu gün, 12:27
    Xəzər dənizində zəlzələ olub
  • Bu gün, 12:00
    Anar Bayramov səhiyyə naziri təyin edilib
  • Bu gün, 11:40
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, baş nazirin müavini təyin olunub
  • Bu gün, 11:31
    Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olunaraq 5,6 milyona satışa çıxarıldı
  • Bu gün, 10:55
    Bakı-Qəbələ-Bakı dəmir yolu marşrutu üzrə əlavə reyslər təşkil olunacaq
  • Bu gün, 10:40
    "EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:sorğusuz, sualsız, aram-aram...
  • Bu gün, 09:45
    Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
  • Bu gün, 09:30
    Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
  • Bu gün, 09:14
    İranın XİN başçısı yeni hücum olacağı təqdirdə ABŞ-ni cavab tədbiri ilə hədələyib
  • Bu gün, 09:10
    “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
  • Bu gün, 08:53
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • Bu gün, 01:38
    “Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
  • Bu gün, 01:18
    Sabiq hüquq-mühafizə orqanı əməkdaşı Faiq Məmmədovun cinayət işinin qalmaqallı tərəfləri – Ailəsi ədalətli məhkəmə araşdırması tələb edir
  • Dünən, 13:00
    Türkiyə XİN Azərbaycanı təbrik edib
  • Dünən, 12:30
    Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
  • Dünən, 12:00
    Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
  • Dünən, 11:00
    Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
  • Dünən, 10:30
    Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
  • Dünən, 10:14
    Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
  • 17-10-2026, 19:00
    Fransada etiraz aksiyaları davam edir
  • 17-10-2026, 18:30
    Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
  • 17-10-2026, 18:00
    Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar
  • 17-10-2026, 17:30
    Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir
  • 17-10-2026, 17:00
    İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır
  • 17-10-2026, 16:36
    Zelenski: Təəssüf ki, ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvini davam etdirəcək
  • 17-10-2026, 16:12
    Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
  • 17-10-2026, 16:00
    Mark Markes: 68 dərəcədə fizikaya meydan oxuyaraq
  • 17-10-2026, 14:42
    Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
  • 17-10-2026, 14:26
    “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
  • 17-10-2026, 14:17
    Yəmənin hökumət qüvvələri Təizdə husilərin səkkiz saatlıq hücumlarını dəf ediblər
  • 17-10-2026, 13:23
    İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq
  • 17-10-2026, 13:19
    Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
  • 17-10-2026, 13:08
    Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
  • 17-10-2026, 12:59
    Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
  • 17-10-2026, 12:39
    Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə