Sizin reklam burada 728×90
Son dəqiqə

“Addım atmaq vaxtıdır” - Zelenskidən NATO-ya çağırış

10.07.2024 10:09 328 1 dəq oxunur
“Addım atmaq vaxtıdır” - Zelenskidən NATO-ya çağırış
“Ukraynaya Rusiya ilə münaqişədə qalib gəlməyə yardım etmək üçün NATO ölkələri qətiyyətli addımlara keçməlidirlər”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonda NATO sammitinin açılışı mərasimində deyib.

Onun sözlərinə görə, tərəfdaşlar ABŞ-də prezident seçkilərinin keçiriləcəyi noyabrı gözləmədən, indi yardımların həcmini artırmalıdırlar: “Kölgədən çıxmaq, güclü qərarlar vermək, addım atmaq, noyabrı və yaxud istənilən digər ayı gözləməmək vaxtı çatıb. Bunun üçün biz güclü olmalı və güzəştə getməməliyik. Hamımız birlikdə”
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az