Sizin reklam burada 728×90
Son dəqiqə

Kursk əməliyyatları: Putinə məruzə edildi

24.08.2024 16:18 233 1 dəq oxunur
Kursk əməliyyatları: Putinə məruzə edildi
Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrin birgə qoşun qruplaşmasının rəhbərliyi ilə görüşüb.

Görüş Müdafiə Nazirliyinin komanda məntəqələrindən birində baş tutub.

Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskinin Kursk vilayəti ərazisini işğal etmiş düşmən qüvvələrinə qarşı mübarizə və onların məhv edilməsi üçün görülən tədbirlər, habelə xüsusi əməliyyatın hazırkı nəticələri haqqında məruzələrini dinləyib.

Prezident hərbi dəstələrin komandirlərinin onlara həvalə edilmiş ərazilərdə əməliyyat şəraiti ilə bağlı telefonla məruzələrini də dinləyib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az