Sizin reklam burada 728×90
Son dəqiqə

Almaniyada pilotlar tətilə çıxacaq

31.07.2022 19:30 524 1 dəq oxunur
Almaniyada pilotlar tətilə çıxacaq
Almaniyanın “Lufthansa” aviaşirkətinin pilotlarının əksəriyyəti maaşla əlaqədar tətilə çıxılmasını dəstəkləyiblər.

bakunews.az-nun apa-ya istinadən xəbərinə görə, bu barədə bu gün pilotların həmkarlar ittifaqı olan “Vereinigung Cockpit” (VC) məlumat yayıb.

Səsvermədə iştirak edən pilotların 97,6 faizi tətil qərarını dəstəkləyib. Tətilə çıxılmaması üçün “Vereinigung Cockpit” pilotların maaşının bu il 5,5 faiz artırılmasını, gələn ilin əvvəlindən isə inflyasiyaya uyğun avtomatik indeksasiyasını tələb edir. “Lufthansa” aviaşirkətinin rəhbərliyi ilə 6 raund danışıqlar olsa da, aviaşirkətin rəhbərliyi müzakirə predmeti olacaq təkliflə çıxış etməyib.

Qeyd edək ki, bundan əvvəl iyulun 27-də “Lufthansa”-da sərnişinlərə xidmət, yüklərin daşınması, təyyarələrinin texniki yoxlanması sahəsində çalışan əməkdaşları 1 günlük tətil elan ediblər. Nəticədə 1000 reys ləğv olunub ki, bu da 134 min sərnişini əhatə edib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az