Hindistanda təyyarə sərnişini öz şübhəsinə görə reysin uçuşunu altı saat gecikdirib.
bakunews.az milli.az-a istinadən bildirir ki, bu barədə "Mint" qəzeti məlumat yayıb.
Hadisə bazar günü, avqustun 14-də Manqalordan Mumbaya gedən "İndiGo" şirkətinin təyyarəsində baş verib. Qadın səyahət yoldaşının sevgilisi ilə yazışmalarına casusluq edib - ona elə gəlib ki, kişi sərnişinlər üçün təhlükə yarada bilər.
Təyyarə sərnişini stüardessaya üz tutaraq reysin təxirə salınmasını tələb edib. Nəticədə pilotlar təyyarəni uçuş-enmə zolağına yerləşdiriblər, bundan sonra bütün sərnişinlər bir neçə saat davam edən baqajın yoxlanılması üçün təyyarədən çıxarılıb.
bakunews.az