Braziliyada bloqqer və iş adamı nəhəng döymə etdirərkən dünyasını dəyişib.
Bakunews.az xarici KİV-ə istinadla bildirir ki, yanvarın 20-də Rikardo Qodoy, kürəyinə böyük döymə etdirmək məqsədilə ümumi anesteziya üçün İtapemadakı Dia Revitalite xəstəxanasına gəlib.
Hadisə baş verən gün 46 yaşlı Rikardo izləyicilərinə tibbi prosedurdan keçəcəyini və saat 16:00-a qədər fəaliyyətini bərpa etməyi planlaşdırdığını söyləyib. Lakin ümumi anesteziya ilə bağlı fəsadlar ortaya çıxıb və günorta saatlarında iş adamı ölüb.