• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."

Gündəm / Cəmiyyət

25-01-2025, 14:50

“Biz, Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, Ev 7-15 ünvanında yerləşən və “Pilot Residence” MTK tərəfindən inşa olunmuş yaşayış binasının mənzil mülkiyyətçiləri mülkiyyət hüquqlarımızın müdafiəsi istiqamətində Sizin iştirakınızı xahiş edirik”.

“AzPolitika” xəbər verir ki, bu barədə sakinlərin Prezident İlham Əliyevə və hüquq mühafizə orqanlarının rəhbərlərinə, Ali Məhkəmənin sədri İnam Kərimova, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə və Ombudsmana ünvanladıqları müraciətdə bildirilir.

Sakinlər yazırlar ki, binanın tikintisi Səbail Rayonu İcra Hakimiyyətinin (İH) müvafiq Sərəncamı, həmin qurumun 2 iyun, 2017-ci il tarixli, 3/10-497 saylı təsdiqlənmiş rəsmi layihəsinə uyğun həyata keçirilmiş, 30 Yanvar, 2023 il tarixində isə icra hakimiyyəti tərəfindən dövlət qəbulu aktlaşdırılıb. Qeyd olunur ki, mənzil sahibi olaraq mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən “Çıxarış”-larla təsdiqlənib.

Müəlliflər daha sonra yazırlar:

“2019-cu ildən etibarən, hələ inşaat prosesi davam etməkdə olan müddət ərzində, “Pilot Residence” MTK dövlət əlaqələndirilməsi prosesinə riayət etmədən və müvafiq dövlət orqanlarının təsdiqini almadan Səbail RİH-nin 2017-ci ildə təsdiq etdiyi layihədən əhəmiyyətli dərəcədə kənarlaşmalara yol verərək, binamızın həyətində 850 m2 qanunsuz ticarət obyekti və digər qanunsuz tikililər inşa edib. Layihədənkənar qanunsuz tikililərin mövcudluğu Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi və digər səlahiyyətli dövlət orqanları (FHN-nin Tikinti Təhlükəsizliyi, FHN-nin Yanğına Nəzarəti və s.) tərəfindən təsbit olunmuş, müvafiq rəy və arayışlarla təsdiqlənib. Nəticədə, MTK binada yaşayan bütün sakinlər üçün qarşısıalınmaz maneələr törədib, onların həyat və sağlamlığımızı təhlükə altına atıb.

Şikayətimizin mediada işıqlandırılmasından sonra müvafiq dövlət qurumlarının müdaxilələri nəticəsində 2021-ci ildə qanunsuz tikililərin genişlənməsi dayandırılıb. Mövcud qanunsuz tikililərin ləğv olunması tələbi isə Səbail Rayon Məhkəməsi və Bakı Appelyasiya Məhkəməsi tərəfindən 2023 və 2024-cü illərdəki müvafiq qətnamələrlə tam təsdiqlənib”.

Mükiyyətçilər daha sonra bildirirlər ki, “Pilot Residence” MTK və onun sahibi Babək İsmayılov üçün binanın ərazisində 2019-2021-ci illər ərzində inşa etdiyi bu qanunsuz obyektlər kifayət etmir:

“Belə ki, qonşuluqdakı “Kaspian” MTK ilə birgə binamızın giriş-çıxış yolunda yeraltı tunnel inşa etməklə, qanunsuz tikililəri genişləndirmək səylərindən hələ də çəkinmir. Bu məqsədlə “Pilot Residence” və “Kaspian” MTK-lar dövlət təsdiqli 2017-ci ilin rəsmi layihəsindən və Həyətin Baş Planından əsaslı kənarlaşmaları əsaslandırmaq məqsədilə tamamilə yeni layihələr hazırlayıb. Eyni zamanda güya, FHN-nin “Dövlət Ekspertiza İdarəsindən” 2019 və 2021-ci illərdə dövlət təsdiqi əldə ediblər. Halbuki, nə Şəhərsalma və Tikinti Məcəlləsi, nə də ki FHN-nin daxili qaydalarına görə FHN-nin çoxmərtəbəli yaşayış binaları və ya ərazisində hansısa əsaslı inşaat nəzərdə tutan tikinti layihələrinə dövlət təsdiqi vermək səlahiyyəti mövcud olmayıb və yoxdur. Müraciətimizə cavab olaraq FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Pilot Residence”-in ərazisində hansısa obyekt və ya qazma işlərinin aparılmasına dövlət təsdiqi vermədiyi, əksinə “Pilot Residence” MTK-nın 2019-2021-ci ildəki qanunsuz işlərinə görə FHN tərəfindən ciddi sanksiyalara məruz qaldığı bildirilib. Təəssüflə bildiririk ki, Səbailin icra başçısı Vüqar Zeynalov və onun birinci müavini Vüqar Şixəmmədov həyətimizin yarısını zəbt etmiş mövcud qanunsuz tikililərə bəraət qazandırıb. 2017-ci ilin “Pilot” layihəsi olan “Pilot Residence” yaşayış layihəsinin icraatına məhz yerli icra hakimiyyəti dövlət nəzarəti funksiyasını həyata keçirir. Belə halda təbii sual yaranır, icra başçısı Vüqar Zeynalov və onun aparatı 2017-ci ildə rəsmi təsdiqli layihədən bu qədər kənarlaşmalara necə yol verib?”

Təəssüflə bildiririk ki, yaranmış situasiyanı görməməzliyə vuran, Səbail Rayon İcra Hakimiyyətinin başçısı cənab Vüqar Zeynalov və onun 1-ci müavini Vüqar Şixəmmədov həyətimizin yarısını zəbt etmiş mövcud qanunsuz tikililərə bəraət qazandırıb, onların inşaatına şərait yaratmaqdadır.

2017-ci ilin “Pilot” layihəsi olan “Pilot Residence” yaşayış layihəsi üzrə məhs yerli icra hakimiyyəti icraatına dövlət nəzarəti funksiyasını həyata keçirir. Belə halda təbii sual yaranır: Layihəyə birbaşa nəzarəti həyata keçirən icra başçısı Vüqar Zeynalov və onun aparatı 2019-2021-ci illər ərzində rəsmi təsdiqli layihədən bu qədər kənarlaşmalara necə yol verib?

Diqqətinizə çatdırırıq ki, yaşayış binamız 2023-cü ildə Dövlət Qəbulundan keçdikdən sonra Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə tam uyğun şəkildə “Pilot Residence” yaşayış binasındakı mənzil və digər sahə mülkiyyətçiləri Ümumi İclasını keçirməklə, binamızı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti formatında idarəetməsini həyata keçirməyi qərarlaşdırmışıq. Bu məqsədlə Mənzil Mülkiyyətçiləri sırasından binada daimi yaşayan 5 nəfərdən ibarət İdarə Heyəti və 3 nəfərdən ibarət Təftiş Komissiyası formalaşdırılmış, bina idarəetməsini əhatə edən müvafiq sənədlər hazırlanmışdır”.

Sakinlər onu da vurğulayırlar ki, MTK-nın təsisçisi və faktiki rəhbərliyi həyata keçirən Babək İsmayılov bina təsərrüfatının Sakinlərin Təşəbbüs Qrupuna təhvil verilməsindən müxtəlif bəhanələrlə imtina edir:

“Mənzil Məcəlləsinə tam zidd olaraq MTK qanunsuz inşaatların genişləndirilməsi və əsassız kommunal yığımlarını nəzarətində saxlamaq məqsədilə 2023-2024-cü illər sakinlərin adına Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaratmaq niyyətinə düşüb, “Səbail-23” Cəmiyyətinin qurulması barədə mənzil sahiblərinin imzalarını saxtalaşdırmaqla etibarsız protokolu qeydiyyatdan keçirmək üçün Ədliyyə Nazirliyinə bir neçə dəfə təqdim edilib. Belə ki, imzaların əhəmiyyətli qismi mənzil sahibləri tərəfindən atılmayıb, digər bir qisminin etibarsız olduğuna isə ciddi əsaslar mövcuddur. Bəllidir ki, Babək İsmayılovun niyyəti yeni qanunsuz kommersiya tikililəri və binamızın girişndə yeraltı dayanacaqlar üçün qazma işlərinə şərait yaratmaqdır”.

Mənzil mülkiyyətçiləri Səbailin icra başçısından Babək İsmayılovun qanunsuz fəaliyyətinə verdiyi dəstəyi dayandırmasını, Şəhərsalma və Tikinti Məcəlləsi və Mənzil Məcəlləsinin tələblərinə riayət etməyi tələb edirlər.

“Möhtərəm Prezident, pozulmuş hüquqlarmızın bərpa olunması və yaşadığımız binanda qanunsuz tikilərin sökülməsi tələbi ilə bağlı Səbail Rayon Məhkəməsinə sakinlər olaraq iddiaçı qismində müracət etmiş və iddiamız qismən təmin olunmuşdur. Dövlətimizin qanunlarına, ədalətli və müstəqil məhkəmə sistemimizə inanırıq”, - müəlliflər ölkə rəhbərliyinə müraciətdə bildiriblər.

Qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3511/2024 saylı, 29.08.2024-cü il tarixli qətnaməsindən “Pilot Residence” MTK və MTK-nın təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Babək İsmayılovun atası İsmayılov Əli Museyib oğlu kassasiya şikayətləri veriblər:

“Özbaşınalıq edən MTK-nın rəhbəri Babək İsmayılov qəbul etmək istəmir ki, mənzil sahibləri qanunsuz tikililərin sökülməsini ondan tələb etmək hüququnun sahibdir. Babək İsmayılov hələ də dövlətimizin qanunlarını və ədalət mühakiməsini anlamaq istəmir və başa düşmür ki, biz sakinlərin ümumi istifadəsində olan binanın hər bir sahəsində hüquqlarımıza toxunulan hər hansı bir hərəkətə görə tələb hüququmuz var. Məhkəmə prosesləri ərzində bizim hüquqlamızın pozulması keçirilmiş dövlət ekspertiza rəyləri, dövlət qurumlarının protokolları və rəylərində açıq-aşkar təsdiqlənib.

Son olaraq onu qeyd etmək istərdik ki, Babək İsmayılov bir neçə yerdə bildirib ki, sakinlərin məhkəmədə verdiyi tələbləri Ali Məhkəmədə ləğv elətdirəcək. Çünki Ali Məhkəmənin sədri cənab İnam Kərimov güya onun yaxn qohumudur, onunla yaxın münasibəti var. İnam müəllimin göstərişi ilə bizim iddiamız üzrə çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3511/2024 saylı, 29.08.2024-cü il tarixli qətnaməsi ləğv olunacaq və o yenidən qanunsuz hərəkətlərini davam etdiricək. Biz təbii ki, belə yalan və boş ifadələrə inanmırıq. Dövlətimizin qanunlarına, ədalətli və müstəqil məhkəmə sistemimizə inanırıq. Babək İsmayılovun danışdığı belə şər və yalan ifadələrin düzgün olmadığını bilirik”.

Sakinlər müraciətin yekununda Prezidentə xitab edərək yazırlar:

“Son çıxışınızda vurğulamışdınız ki, “Xalqımla birliyimiz unikaldır. Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır və xalqımız da bilir ki, mən onun arxasında dayanıram”. Biz tam əminik ki, buğunkü yaranmış vəziyyətdə də siz bizim haqlı və qanuni tələblərimizin müdafiəsində bizə kömək edəcəksiniz. Məktubumuzda qeyd etdiklərimizə əsasən Sizdən artıq dərəcədə xahiş edirik:

“Pilot Residence” MTK və MTK-nın təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Babək İsmayılovun qanunsuz hərəkətlərinə son qoyulmasına;

Ali Məhkəmənin icraatında olan 2 (102)-462/2025 saylı mülki işin nəzarətə götürülərək pozulmuş hüquqlarmızın bərpa olunması və qanuni şəkildə həqiqi Müştərək Cəmiyyətimizi yaradıb, binamızı idarə etmək, hüquqlarımızın reallaşması üçün məsul dövlət orqanı olan Səbail Rayonu İH-nin müvafiq şərait yaratmasına göstəriş verəsiniz.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

“AzPolitika.info”

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

22-01-2025, 14:27

“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər

Gündəm / Cəmiyyət

18-12-2024, 11:45

«Gold Residence» sakinləri təhlükə ilə ÜZ-ÜZƏ QOYUB... - NARAZILIQ VAR...

Sosial / Olay

23-10-2023, 10:30

Yeni başçı özünü `Bağdadın KOR XƏLİFƏSİ` ZƏNN EDİR?

Gündəm / Cəmiyyət

26-08-2024, 11:54

MMC Bakı sakinlərini mühasirədə saxlayır - Fotolar

Cəmiyyət

8-10-2024, 18:51

Abşeron sakinlərindən Fərid Əhmədova MÜRACİƏT – “Binamızın idarəetməsini öz üzərimizə götürmək istəyirik...”

Cəmiyyət

23-12-2024, 14:36

Dördmərtəbəli evin beşinci mərtəbəsi – Elşad Həsənov "romantikası"nın səbəbi nə? / FOTOFAKT

Gündəm / Cəmiyyət

27-11-2024, 19:34

Bakının mərkəzində "Pilot Residence” MTK tərəfindən sakinlərin həyatına biganəlik — VİDEO

Hadisə

8-08-2022, 15:53

Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlaklarının siyahısı məlum olub - EKSKLÜZİV

Cəmiyyət

17-06-2023, 18:04

"Qazi Səmədov Elnur Eldar oğlu haqqında"

Cəmiyyət

19-12-2024, 09:16

"Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR

Gündəm / Cəmiyyət

2-01-2025, 11:25

«Gold Residense» 500 nəfəri MÜHASİRƏDƏ SAXLAYIR... - NARAZILIQ VAR...

Gündəm / Hadisə

12-07-2024, 14:06

Ramiz Mehdiyevin qızının müsadirə olunan əmlakı 25 milyona hərraca çıxarılır - TƏFƏRRÜAT

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Dünən, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Bu gün, 16:17
    Dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı mexanizmi ilə bağlı qanunvericilik təkmilləşdirilir
  • Bu gün, 15:57
    Cavid Qurbanovu tənqid edən şair ONUNLA BARIŞDI - "ARA VURANLAR" var imiş...
  • Bu gün, 15:31
    Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini ratifikasiya edib
  • Bu gün, 15:17
    “Lux Residence”-dən növbəti şikayət: "məni məcburi çıxarmağa çalışırlar"
  • Bu gün, 14:43
    İsrail ordusunun Baş Qərargah rəisi yüksək döyüş hazırlığı səbəbilə ABŞ səfərini ləğv edib
  • Bu gün, 14:16
    İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
  • Bu gün, 14:07
    12 milyonluq “Bulvar İdarəsi” İŞİ: “Pulları Fuad müəllimə verirdim” - MƏHKƏMƏ
  • Bu gün, 12:42
    Azərbaycanda sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsi təklif olunur
  • Bu gün, 12:35
    Dələduzluq edən məmur DANIŞDI: "Çoxlu borcum vardı" - TƏFƏRRÜAT
  • Bu gün, 12:06
    Milli Məclisin komitələrinin səlahiyyətlərinin artırılması təklif olunur
  • Bu gün, 11:49
    Leobank müştəriləri aldadır? – Kart qalığı ilə bağlı narazılıq
  • Bu gün, 11:13
    Prezident: Azərbaycanın müdafiə sənayesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub
  • Bu gün, 11:03
    Zakir Həsənov: Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası mövcuddur
  • Bu gün, 10:54
    Yasamalda piyadaların bir yolu var: UÇMAĞI ÖYRƏNMƏK... - DƏLİXANADIR, VALLAH...
  • Bu gün, 10:24
    Azərbaycan neftinin qiyməti 118 dollara düşüb
  • Bu gün, 10:14
    “Şeyx, sənin tormozun tutmur, Əlinin qadasını alırdın, Ruhəngiz, indi...” - Xalq artistinə cavab verdi, digərlərinə söz atdı
  • Bu gün, 09:50
    İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 09:43
    Bakıda qutabı 75 manata satan iş adamı Rusiyaya 1.5 milyard aparıb - İLGİNC
  • Bu gün, 08:54
    Bu gün Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
  • Dünən, 23:32
    Nadir Qocabəyli Tural Sadıqlının iddiasına cavab verdi: “Məsələ təkcə Hikmət Hacıyevlik deyil”
  • Dünən, 19:00
    Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
  • Dünən, 18:23
    İraqı sonuncu İtaliya hərbçisi tərk edib
  • Dünən, 18:18
    Dövlətin güzəştli krediti hesabına tikilən nəhəng anbar müsadirə olunaraq satışa çıxarıldı – Fotolar
  • Dünən, 17:53
    Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
  • Dünən, 17:42
    Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI YAYILDI
  • Dünən, 17:19
    Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, 6 nəfər ölüb
  • Dünən, 17:09
    "Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
  • Dünən, 16:45
    Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olunub
  • Dünən, 16:31
    1700 manat dəyərində kreditlə məhsul alsa da... - GİLEY
  • Dünən, 16:02
    Dövlət Xidməti Xətainin heykəlinin lövhə hissəsindəki yazı ilə bağlı məsələni araşdırır
  • Dünən, 15:46
    "Aldadılaraq "kredit bataqlığı"na salındım, indi də təhdid olunuram" - Kukla Teatrının əməkdaşı Prezidentdən kömək istədi
  • Dünən, 15:17
    Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
  • Dünən, 15:02
    Əmlakçı mənzil kirayələmək istəyən vətəndaşı DOLANDIRDI - ŞİKAYƏT
  • Dünən, 14:45
    Sabah rayonlara yağış yağacaq
  • Dünən, 12:53
    İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə