Sizin reklam burada 728×90
Son dəqiqə

Ağ ev: ABŞ Rusiyanı rəqib və əleyhdar hesab edir

13.02.2025 07:11 267 1 dəq oxunur
Ağ ev: ABŞ Rusiyanı rəqib və əleyhdar hesab edir
ABŞ Rusiyanı rəqib və bəzən əleyhdar kimi qəbul edir, lakin müxtəlif ikitərəfli əməkdaşlığı istisna etmir.

Bunu Ağ evin mətbuat katibi Karolayn Livitt brifinqdə bildirib.

Ondan ABŞ-nin hazırkı başçısı Donald Trampın Rusiyaya və onun Prezidenti Vladimir Putinə münasibətini “müttəfiq, tərəfdaş, rəqib, yoxsa əleyhdar” kimi qəbul etdiyini dəqiqləşdirməyi istənilib.

“Hesab edirəm ki, bu ölkə Putini və Rusiyanı regionda böyük rəqib, bəzən isə əleyhdar kimi görür. Lakin, Prezident Trampın da qeyd etdiyi kimi, o, dünya liderləri ilə yaxşı diplomatik əlaqələrinin olmasından və ortaq məxrəc axtarışından məmnundur”, – Ağ evin rəsmi nümayəndəsi cavab verib.

Xatırladaq ki, daha əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov tərəflər arasında telefon danışığının baş tutduğunu açıqlamışdı. Tramp isə Putinlə “məhsuldar” telefon danışığı barədə məlumat vermiş və “dərhal danışıqlara başlamaq” niyyətini vurğulamışdı.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az