Sizin reklam burada 728×90
Son dəqiqə

Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir

24.05.2025 16:12 201 1 dəq oxunur
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiyanın iki hərbi təyyarəsi Finlandiya hava məkanını pozmaqda şübhəli bilinir.

Bu barədə “Yle Novosti” Finlandiya Müdafiə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Finlandiyanın müdafiə naziri Antti Hakkänen bildirib ki, Finlandiya rəsmiləri insidenti ciddiyə alır. Finlandiya Körfəzi Sərhəd Mühafizəsi “X” sosial şəbəkəsində hadisə ilə bağlı ilkin araşdırmaya başladığını açıqlayıb.

Qeyd edək ki, iddia edilən hadisə mayın 23-də gün ərzində Porvoo ərazisində baş verib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az