Sizin reklam burada 728×90
Son dəqiqə

Honkonqda yanğın - Ölənlərin sayı 146 nəfərə çatdı

30.11.2025 15:00 133 1 dəq oxunur
Honkonqda yanğın - Ölənlərin sayı 146 nəfərə çatdı
Çinin Honkonq xüsusi inzibati ərazisində yaşayış kompleksindəki yanğında ölənlərin sayı 146-ya yüksəlib.

Bu barədə "South China Morning Post" agentliyi şəhərin polis idarəsinə istinadla məlumat yayıb.

Bundan əvvəl 128 nəfərin öldüyü bildirilirdi.

Qeyd olunub ki, son iki gündə hadisə yerində 30 cəsəd tapılıb, lakin onların sayının artacağı gözlənilir. Bundan başqa 12-si yanğınsöndürən olmaqla, 79 nəfər xəsarət alıb.

Xatırladaq ki, noyabrın 26-da günortadan sonra Honkonqun Tay Po rayonundakı 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın başlayıb. Yanğının binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarda başladığı və küləyin təsiri ilə sürətlə yayıldığı bildirilir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az