Sizin reklam burada 728×90
Son dəqiqə

Rusiyanın zərbələri nəticəsində Zaporojye vilayətində 8 nəfər yaralanıb

09.07.2026 10:32 188 1 dəq oxunur
Rusiyanın zərbələri nəticəsində Zaporojye vilayətində 8 nəfər yaralanıb
Ötən sutka ərzində Ukraynanın Zaporojye şəhərinə və Zaporojye rayonuna Rusiyanın hücumları nəticəsində 8 nəfər xəsarət alıb.

Bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, bir sutka ərzində Rusiya qoşunları Zaporojye vilayətinin 52 yaşayış məntəqəsinə 934 zərbə endirib. Xüsusilə, 30 aviazərbə, 661 pilotsuz uçuş aparatının hücumu, reaktiv yaylım atəşi sistemlərindən 2 atəş və 241 artilleriya zərbəsi qeydə alınıb.

Bundan başqa, infrastruktur obyektlərinin, yaşayış evlərinin və avtomobillərin zədələndiyinə dair 101 məlumat daxil olub.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az