Rusiyada Çelyabinsk vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları əvvəllər məhkum olunmuş 39 yaşlı yerli sakini iki adamı öldürməyə cəhdə görə saxlayıblar.
bakunews.az milli.az-a istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin rəsmi nümayəndəsi Vladimir Şişkov məlumat verib.
Məlumata görə, avqustun 13-də axşam saatlarında Korkino şəhərindəki fərdi yaşayış evlərindən birində sərxoş müttəhim valideynləri və qardaşı ilə mübahisə edərək evi tərk edib. Səhəri gün isə o qayıdıb, qapını bayırdan bağlayıb, evin divarlarına benzin töküb yandırıb. Daha sonra kişi, cinayət yerindən qaçıb.
Qohumları evdə idi, onlar çıxıb qaça biliblər.
bakunews.az