• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

MTN generalının məhkəməsi niyə 1 ay təxirə salındı?

Gündəm

29-06-2022, 12:00

Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Məhkəmədən zərərçəkmişlərə bildirilib ki, proses bir ay təxirə salınır. Səbəb də budur ki, məhkəmə prosesinə sədrlik edən hakim Elbəy Allahverdiyev məzuniyyətə gedir.

Zərərçəkmişlərdən Zaur Əliyev, Əfsəl Həsənəliyev, Sərdar İsmayılov, Hüseyn Səfərov və Qulam Bağırov isə Elbəy Allahverdiyevin bu məhkəmə prosesindən kənarlaşdırılması üçün yazılı şəkildə etiraz veriblər. Onlar etirazlarını Bakı Hərbi Məhkəməsinin dəftərxanasına təqdim ediblər. Zərərçəkmişlər etirazlarında yazıblar ki, Elbəy Allahverdiyev bu işdə obyektiv, ədalətli hökm çıxarmayacaq. Bəri başdan bununla bağlı əsaslı şübhələr var.

Hakimin qərəzli davrandığını və hər məhkəmə iclasında bunu nümayiş etdirdiyini vurğulayan zərərçəkmişlərin sözlərinə görə, şübhələrə əsas verən məsələlərdən biri Elbəy Allahverdiyevlə Mövlam Şıxəliyevin 2003-2004-cü illərdə MTN-də birlikdə işləməsidir.

Zərərçəkmişlər bildirir ki, indiki hakim Elbəy Allahverdiyev o zaman Respublika Hərbi Prokurorluğunda mühüm işlər üzrə müstəntiq idi. O, 2003-2004-cü illərdə MTN-in İstintaq İdarəsinə ezam olunmuşdu. Həmin dövrdə Mövlam Şıxəliyev MTN-in İstintaq İdarəsində şöbə rəisi vəzifəsində xidmət edib: “Elbəy Allahverdiyev Mövlam Şıxəliyevin bilavasitə rəhbərliyi altında fəaliyyət göstərib, onunla daimi təmasda olub. Bu da onu deməyə əsas verir ki, Mövlam Şıxəliyev bu günə qədər Elbəy Allahverdiyevin gözündə rəhbər olaraq qalmaqdadır. Bununla sübuta yetirilir ki, hakim Elbəy Allahverdiyevin Mövlam Şıxəliyevlə sıx münasibətləri var. Hakim Elbəy Allahverdiyev proses iştirakcıların qarşısında etiraf etdi ki, 2003-2004-cü ildə MTN-ə istintaq qrupuna ezam olunub. Məhkəmə iclası zamanı Mövlama dəqiqləşdirici sual verib ki, hansı vaxtdan MTN-də xidmətə başlayıb? O da cavabında bildirdi ki, 2004-cü ildən şöbə rəisi vəzifəsində, polkovnik rütbəsində fəaliyyət göstərib”.

Zərərçəkmişlər etirazda qeyd edib ki, onların qaldırdıqları və iş üçün əhəmiyyətli olan vəsatətlərin heç birini Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası təmin eləmir. İyunun 21-də keçirilən məhkəmədə təqsirləndirilən Sahib Ələkbərov keçmiş baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubovun məhkəməyə dəvət olunub şahid qismində dindirilməsini istəmişdi. Bu vəsatət müzakirə olunanda zərərçəkmişlərdən 5 nəfər, onların müdafiəçiləri, digər təqsirləndirilən şəxslər də onu dəstəkləmişdi: “Baxmayaraq ki, proses iştirakçılarının bir çoxu vəsatəti dəstəkləyib, əsaslı dəlillər ortaya qoyublar, hakim heç bir əsaslandırma olmadan vəsatəti təmin etmədi. Halbuki bütün zərərçəkənlərin girov götürülməsi və qanunsuz həbsdə saxlanılması Zakir Qaralov və Rüstəm Usubovun imzaları və qərarları əsasında həyata keçirilib. Bunu ona görə etmədi ki, bu proses məhkəmə deyil, tamaşadır. Elbəy Allahverdiyev də onu tələsik kecirməyə calışır”.

Zərərçəkmişlər Cinayət Prosessual Məcəllənin 109.1.7 maddəsində yazılanları xatırladaraq, Elbəy Allahverdiyevin bu işə baxmasının mümkünsüz olduğunu bildiriblər. Həmin maddədə yazılıb ki, hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda ona etiraz edilə bilər.

Məhkəmənin dəftərxanasında zərərçəkmişlərdən etirazı qəbul ediblər.

Məhkəmə prosesi isə hakimin məzuniyyətə getməsi ilə əlaqədar iyulun 26-na qədər təxirə salınıb.

Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Keçmiş MTN vəzifəliləri ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdə ittiham olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə ittiham irəli sürülüb.

Təqsirləndirilən Vüsal Ələkbərov bundan əvvəl 2015-ci ildə hədə-qorxu ilə tələb etmə, rüşvət alma və başqa əməllərdə təqsirli bilinərək, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsi onun cəzasını 5 ilə endirdi.

Təqsirləndirilən Yasin Məmmədov MSK-nın keçmiş sədr müavini Natiq Məmmədovun qardaşıdır.

Sabiq MTN-çilər iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb etməkdə təqsirləndirilir. Lakin onların heç biri ittihamları qəbul etmir.
(“Yeni Müsavat”)

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

26-08-2022, 16:09

General və ailəsinin əmlakı müsadirə olunacaqmı? - Zərərçəkənlər şübhə edir

Cəmiyyət

24-01-2023, 00:53

Generalla polkovnikin dalaşdığı təsdiqləndi (DETALLAR)

Siyasət

21-06-2022, 02:56

Sabiq şöbə rəisi ETİRAF ETDİ: “Xidmət etdiyim müddətdə cinayət işləmişəm”

Cəmiyyət

15-08-2022, 16:40

Rüstəm Usubovun ölkədən çıxmaq istəyi baş tutmadı: Səbəb nədir? (İDDİA)

Cəmiyyət

23-06-2022, 17:55

Sabiq MTN zabitlərinin ifşa ifadələri - həqiqət, yoxsa Mahmudovu qoruma cəhdi?

Cəmiyyət

1-08-2022, 14:14

Səlim Müslümovun məhkəməsi təxirə salındı

Siyasət

18-07-2022, 15:08

Dövlət Gömrük Komitəsinə sədrlik müvəqqəti olaraq Şahin Bağırova həvalə olunub

Cəmiyyət

24-08-2022, 19:29

Şahin Bağırov Bakı Gömrüyün rəisini işdən çıxardı (FOTO)

Cəmiyyət

13-07-2022, 19:42

İlkin Süleymanovun məhkəməsi təxirə salınıb

Cəmiyyət

2-08-2022, 12:50

Kürdəmirin sabiq icra başçısı və digər vəzifəli şəxslərin cəzası azaldılıb

Cəmiyyət

29-07-2022, 22:18

Gömrükçülər məhkəmə zalında həbs edildi, məhkəmə sədrinin kürəkəni azadlıqda qaldı

Ölkə

12-04-2023, 23:47

Daxili işlər orqanlarında yeni təyinat olub

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 17:20
Ceyranbatanda 10 şagird zəhərlənib
Dünən, 11:24
Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
28-10-2026, 14:50
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
28-10-2026, 10:35
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
Xəbər lenti
  • Dünən, 19:00
    İranın sabiq Ali Rəhbərinin oğlu Meysəm Xameneinin sağ olduğu açıqlanıb
  • Dünən, 18:40
    Berlində fəallar daha bir ali məktəbin girişini bağlayıblar
  • Dünən, 18:22
    İsraildə səslərin 97,3%-i sayılıb: heç bir blok çoxluq əldə etməyib
  • Dünən, 18:14
    Gəldilər... Baxdılar... Getdilər: 300-500 MANAT ÖDƏMƏLİSƏN! - GİLEY
  • Dünən, 17:56
    İlham Əliyev İspaniya Kralına başsağlığı verib
  • Dünən, 17:45
    Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
  • Dünən, 17:20
    Ceyranbatanda 10 şagird zəhərlənib
  • Dünən, 16:55
    Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
  • Dünən, 16:47
    "VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi
  • Dünən, 16:29
    Zakir Həsənov Slovakiyanın Baş Qərargah rəisini qəbul edib
  • Dünən, 16:16
    Əli Əsədov Gürcüstanda işgüzar səfərdədir
  • Dünən, 15:42
    KİV: İrəvan–Mineralnıye Vodı reysi havada olarkən qəza siqnalı verib
  • Dünən, 15:30
    ADNSU-dan çıxdı, AzTU-ya şöbə müdiri keçdi - BUNDAN SONRA...
  • Dünən, 15:12
    Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb
  • Dünən, 15:00
    Neftçala yenə suyun içində – 5 milyona qurulan kanalizasiya sistemi niyə işləmir? – VİDEO
  • Dünən, 14:42
    Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü keçirilib
  • Dünən, 13:19
    Sabah Bakıda hava yağmursuz olacaq
  • Dünən, 13:10
    Şərur təhsilində ŞOK OLAY: Direktor yığdığı rüşvəti yuxarılarla BÖLÜŞMƏDİ... - BU NƏDİ BELƏ?
  • Dünən, 12:39
    XİN rəhbəri: Azərbaycan TDT-nin daha səmərəli fəaliyyət göstərməsi istiqamətində səylərini davam etdirəcək
  • Dünən, 12:31
    Məhkəmə Ramil Məmmədli və rəhbərlik etdiyi “Grand-Mart”ı CƏZALANDIRDI - TƏFƏRRÜAT
  • Dünən, 12:14
    Kamran Əliyev Rusiyanın baş prokurorunu yubiley medalı ilə təltif edib
  • Dünən, 11:55
    600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! - Dubaydan Bakıya uzanan müəmmalı hadisə
  • Dünən, 11:24
    Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
  • Dünən, 11:06
    Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI... - BU NƏDİ BELƏ?
  • Dünən, 10:42
    Azərbaycanda yeni ombudsman seçiləcək
  • Dünən, 10:34
    ""Bolmart"dan kimsə soruşmalıdır ki..." - "...niyə köhəlmiş çörəyi satırsan?"
  • Dünən, 10:01
    Azərbaycan neftinin qiyməti 125 dolları keçib
  • Dünən, 09:48
    Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir? - Keçmiş təlim-tərbiyə işləri üzrə direktor müavini...
  • Dünən, 09:35
    Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib
  • Dünən, 09:27
    “Nə maaşımı verdilər, nə də təzminatımı...” - şirkətdənsə deyirlər ki...
  • Dünən, 09:00
    Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
  • 28-10-2026, 19:00
    Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
  • 28-10-2026, 18:30
    Azərbaycanda nağdsız ödənişlər 1 % artıb
  • 28-10-2026, 18:18
    Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
  • 28-10-2026, 18:13
    “Azəriqaz” sahibkarın mülkiyyətini qanunsuz olaraq girov saxlayır - NARAZILIQ VAR...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə