• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Sabiq MTN zabitlərinin ifşa ifadələri - həqiqət, yoxsa Mahmudovu qoruma cəhdi?

Cəmiyyət

23-06-2022, 17:55

Milli Təhlükəsizlik Nazirliyi (2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyev, polkovniklər Sahib Ələkbərov, Vüsal Ələkbərov və Yasin Məmmədovun cinayət işi üzrə məhkəmə davam edir. Bakı Hərbi Məhkəməsində ötən ilin sentyabrından başlanan proses yekunlaşmaq üzrədir. Hər 4 müttəhimə qarşı irəli sürülmüş ittihamlar üzrə 36 zərərçəkənin əksəriyyəti məhkmədə sərbəst ifadə veriblər. Zərərçəkənlər təqsirləndirilən şəxslərin onlara qarşı cinayətlərini detallı şəkildə, məhkəmə zalında üzlərinə qarşı deməklə onları ifşa ediblər.


Təqsirləndirilən şəxslərin real cəzaya məhkum olunmaları üçün bu ifadələrin olduqca böyük çəkisi, əhəmiyyəti var. Müttəhimlər də bunun fərqindədirlər və başqa vaxt dilə gətirməyəcəkləri ifadələri açıq şəkildə məhkəmədə söyləməkdən çəkinmirlər. Mövlam Şıxəliyev, Sahib Ələkbərov, Vüsal Ələkbərov verilən tapşırıqlar çərçivəsində hərəkət etdiklərini, əmrləri yerinə yetirdiklərini çəkinmədən deməyə başlayıblar. İttihamda göstərilən hər bir epizod üzrə cinayət işlərinin başlanması, rədd edilməsi, ibtidai istintaq dövründə həbs və ya həbsdən azad edilmə qərarlarının sabiq baş prokuror Zakir Qaralov və onun 1-cü müavini Rüstəm Usubovun tapşırıqları əsasında verildiyini ifadələrində dönə-dönə vurğulayırlar.

Təqsirləndirilən Sahib Ələkbərov məhkəmədə vəsatətlə çıxış edərək Zakir Qaralovla Rüstəm Usubovun əlavə şahid qismində dindirilmələrini tələb edib.

Təqsirləndirilən vəsatətini belə əsaslandırır ki, Baş Prokurorluğun razılığı olmadan onlar heç kimi tuta, buraxa bilməzdilər. Hətta son prosesdə Sahib Ələkbərov Rüstəm Usubovu Hacı Məmmədovun bandasının cinayətlərini gizlətməkdə, onları himayə etməkdə, “Knauf” şirkətinin rəhbərlərindən olan Rəna Nəsibovanın qətlinə baiskar olmaqda ittiham edib. Bu iddiaları generallar, polkovniklər və məlumatlı adamlar səsləndirir, sıradan bir vətəndaş yox.

Maraqlıdır ki, prosesdə Eldar Mahmudovun adı demək olar ki, çəkilmir.

Belə olan vəziyyətdə sual yaranır: MTN zabitləri həqiqətləri söyləyir, yoxsa Zakir Qaralovla Rüstəm Usubovu önə çıxarmaqla Eldar Mahmudovu diqqətdən kənar saxlayırlar? Bəlkə onlara belə təlimatı Eldar Mahmudov verir? Dia.az-ın məlumatına görə, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, hazırda Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi dayandırılmalı, iş geri - ibtidai istintaqa qaytarılmalıdır:

“Mövlam Şıxəliyev, Sahib Ələkbərov, Yasin Məmmədov və Vüsal Ələkbərovun cinayət işi üzrə 36 zərərçəkən var. Həmin zərərçəkənləri vaxtilə vəzifədə olarkən hazırda təqsirləndirilən statusunda olanlar həbs ediblər. Bəli, həbs qərarları Baş Prokurorluqdan verilən göstərişlə, özəlliklə Zakir Qaralov və Rüstəm Usubovun tapşırıqları əsasında baş tutub. Məhkəmə qarşısına çıxarılan 4 təqsirləndirilən şəxs həmin göstəriş və əmrləri icra ediblər. İttihamın mahiyyəti də budur ki, bu adamlar qanunsuz əmrləri, göstərişləri yerinə yetiriblər. Yəni bilə-bilə ki, qarşılarındakı Azərbaycan vətəndaşı günahsızdır, Azərbaycan qanunlarını pozmaqla, ayaqlar altına atmaqla şərlənərək həbsində, vəzifələrindən sui-istifadə etməklə qanunsuz olaraq azadlıqdan məhrum olunmasında birbaşa iştirak ediblər. Əlbəttə ki, burada tamah rol oynayıb. Mövlam Şıxəliyev istintaq idarəsində rəis olub. İttiham aktında onun 8 milyon qiymətləndirilən əmlaklarının siyahısı yer alır. Bu hələ rəsmi olaraq müəyyən edilən əmlaklardır. Adamın təkcə ”Sahil" metrosunun üstündə 1 evi, 4 mağazası var. “Tarqovı”da 10 mənzili var. Mövlam Şıxəliyevin cah-calalı aydındır ki, rəsmi maaşından gələn gəlirlər hesabına deyil. Zərərçəkənlərə vurulan ziyan 20 milyondan artıqdır. Söhbət rəsmən istintaqa şikayət edən zərərçəkənlərdən gedir. Şikayət etməyənlər dəfələrlə artıqdır. Bu işlər, əlbəttə ki, təkcə Mövlam Şıxəliyevin üzərindən baş verməyib. Onun rəhbəri olan Eldar Mahmudov 10 il müddətində MTN-də baş verən cinayətlərdən xəbərsiz qala bilməzdi. Bu gün onun adını çəkməsələr də, hələlik məhkəmədə “bu tapşırıqları bizə Eldar Mahmudov verib” şəklində ifadələr dilə gətirilməsə də, aydındır ki, bu məsələlər onun tapşırıqları əsasında baş verib.

Bu gün 4 təqsirləndirilən şəxsi qabağa verib onların başında dayanan şəxsləri dindirməkdən belə yayınmaqla ədaləti bərpa etmək mümkün olmayacaq. Zakir Qaralov da, Rüstəm Usubov da, Eldar Mahmudov da istintaqa cəlb edilməlidirlər".

Hüquqşünas deyib ki, işin ibtidai istintaqa qaytarılması üçün çox ciddi əsaslar var: “Bu gün iş üzrə zərərçəkənlər barəsində Azərbaycan Respublikası adından çıxarılan hökmlər qüvvədədir. Yəni Mövlam Şıxəliyev və digərlərinə ittiham verilir ki, iş üzrə zərərçəkən şəxsləri vəzifələrindən sui-istifadə etməklə qanunsuz olaraq həbsə alıblar. Bu halda həmin zərərçəkənlər barəsindəki hökmlər üzrə şikayət vermə müddəti bərpa olunmalı və onlara bəraət verilməli idi. Bundan sonra həmin hökmlər də işə əlavə olunmaqla, Zakir Qaralov, Rüstəm Usubov, Eldar Mahmudov və bu cinayətlərin baş tutmasında rolu olan digər vəzifə daşıyıcıları Mövlam Şıxəliyevgillə yanaşı istintaqa cəlb edilməli idilər. Bu məsələlər həll edilmədən aparılan istintaq da, bu gün aparılan məhkəmə də ”xala-xala oyunu"nundan başqa bir şey deyil. Məhkəmənin bu şəkildə aparılması obyektiv nəticəyə gəlməyə imkan vermir".

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

26-08-2022, 16:09

General və ailəsinin əmlakı müsadirə olunacaqmı? - Zərərçəkənlər şübhə edir

Cəmiyyət

24-01-2023, 00:53

Generalla polkovnikin dalaşdığı təsdiqləndi (DETALLAR)

Gündəm

29-06-2022, 12:00

MTN generalının məhkəməsi niyə 1 ay təxirə salındı?

Cəmiyyət

15-08-2022, 16:40

Rüstəm Usubovun ölkədən çıxmaq istəyi baş tutmadı: Səbəb nədir? (İDDİA)

Siyasət

21-06-2022, 02:56

Sabiq şöbə rəisi ETİRAF ETDİ: “Xidmət etdiyim müddətdə cinayət işləmişəm”

Bölgə / Ölkə

4-09-2022, 13:14

Hüquq-müdafiə təşkilatları Gəncə sakini Vüsal Süleymanovun əsassız həbsi ilə bağlı Prezidentə müraciət ünvanlayıb

İqtisadiyyat

30-08-2022, 10:43

Nazirin şirkəti vergi borcuna görə məhkəməyə verildi

Gündəm

1-07-2022, 13:57

Mövlam Şıxəliyevin “sağ əli”ndən Rüstəm Usubova ifşaedici suallar

Cəmiyyət

1-08-2022, 14:01

Azərbaycanda nazirin oğlu, keçmiş baş nazirin isə qardaşı oğlu həbs edildi.

Cəmiyyət

5-09-2022, 16:30

Mən nazir kimi səhlənkarlıq etmişəm - Səlim Müslümov

Hadisə

25-07-2022, 10:30

2 il əvvəl törədilən cinayətin üstü açıldı

Dünya

4-08-2022, 16:24

Ukrayna məhkəməsi azərbaycanlı qazini həbsdə saxladı

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 16:15
Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı
Dünən, 12:53
“Rent a car” rəhbəri TUTULDU
Dünən, 10:37
Restoranda qısqanclıq zəəminində sevgilisini döyən evli kişiyə hökm oxundu
3-09-2026, 18:18
Qusarda təcili yardım maşını qəzaya düşdü - Foto
3-09-2026, 10:29
FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib
3-09-2026, 09:20
Salyanda zəncirvari qəza zamanı 5 nəfər xəsarət alıb - YENİLƏNİB
Xəbər lenti
  • Dünən, 19:00
    Hər daşa yazılan tarixə yazılmır: daşları yazıb, tarixi silməyək - ŞƏRH
  • Dünən, 18:34
    Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
  • Dünən, 18:27
    Vüsal Aslanov Bakı metrosunu niyə obyektə çevirir? - 3 min manatlıq bəla...
  • Dünən, 18:07
    Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
  • Dünən, 17:59
    "Direktor şəxsən mənə dedi ki, 500 manat ver, yerdəyişməni həll edək" - NARAZILIQ VAR...
  • Dünən, 17:35
    Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb
  • Dünən, 17:18
    Şuşada qayalara yazı yazmaq: ehtiram, yoxsa vandalizm? - ŞƏRH
  • Dünən, 16:59
    Marko Rubio Latın Amerikasının üç ölkəsinə səfər edəcək
  • Dünən, 16:48
    Əli Vəliyev təhqirə görə cəzalandırıldı: 9 ay...
  • Dünən, 16:28
    Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
  • Dünən, 16:15
    Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı
  • Dünən, 16:03
    Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
  • Dünən, 15:46
    İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
  • Dünən, 15:35
    “Bantik” Kosmetika işə satıcı götürür, yoxsa hambal? - İşçidən şikayət
  • Dünən, 15:02
    Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edilib
  • Dünən, 14:53
    Binəqədidə TİKİNTİ XAOUSU... DAVAM EDİR...
  • Dünən, 14:36
    Naxçıvanda külli miqdarda qızılı Türkiyəyə keçirməyə cəhd edən qrup üzvlərinə hökm oxunub
  • Dünən, 14:21
    Ağsuda sahibkara işıq da “qadağan” edildi? – 3-4 metrlik məsafə bəhanəsi ilə sayğac məsələsi gündəmdə
  • Dünən, 14:14
    Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
  • Dünən, 13:14
    Həmin toya hücumu araşdırırlar
  • Dünən, 13:02
    Şənbə günü 35 dərəcə isti olacaq
  • Dünən, 12:53
    “Rent a car” rəhbəri TUTULDU
  • Dünən, 12:15
    DİM: 107 dövlət orqanında 391 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
  • Dünən, 12:00
    QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir....
  • Dünən, 11:36
    DİM-in imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər
  • Dünən, 11:27
    “Kayu” bağçasında 2 yaşlı uşağa şiddət iddiası – Foto
  • Dünən, 10:48
    Rusiya Ukraynanın bir neçə logistika və liman infrastruktur obyektinə zərbə endirib
  • Dünən, 10:37
    Restoranda qısqanclıq zəəminində sevgilisini döyən evli kişiyə hökm oxundu
  • Dünən, 10:18
    Türkiyə, Gürcüstan və İraq din xadimləri Azərbaycana səfər edəcəklər
  • Dünən, 10:03
    İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
  • Dünən, 09:51
    “İxtisar” adı ilə işdən azad edildi və... - bu gün yaşamaq uğrunda mübarizə aparır...
  • Dünən, 09:21
    Azərbaycan Premyer Liqası: IV tura bu gün start verilir
  • Dünən, 09:06
    Kitabxana əməkdaşlarının attestasiyası narazılıq yaratdı... - İKT sualları niyə verilib?
  • Dünən, 08:50
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • 3-09-2026, 19:00
    Petr Pavel: Çexiya Ermənistanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə