• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Generalla polkovnikin dalaşdığı təsdiqləndi (DETALLAR)

Cəmiyyət

24-01-2023, 00:53

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik edən general-mayor Mövlam Şıxəliyev və digərilərinin apelyasiya şikayəti üzrə yanvarın 23-nə təyin olunan məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.


Qaynarinfo xəbər verir ki, səbəb müttəhim Sahib Ələkbərovun vəkilinin prosesə qatılmaması olub. Vəkilin prosesə gəlməməsini zərərçəkənlər kəskin etirazla qarşılayıb və hakimdən süründürməçiliyə son qoyulmasını istəyıblər.

Hakim İlqar Murquzov zərərçəkənləri sakitləşdirərək tərəflərdən prosesin Sahib Ələkbərovun vəkili olmadan keçirilməsinə münasibətlərini soruşub. Sahib Ələkbərov da prosesin müdafiəçisi olmadan keçirilməsinə etirazının olmadığını deyib:

"Mən hər hansı bir mütəşəkkil cinayətkar dəstəyə daxil olmamışam. Burada oturanların (Mövlam Şıxəliyev və digər iki müttəhimi nəzərdə tutur) da nə mənə aidiyyatları var, nə də ki, mənim onlara aidiyyatım var. Mən öz ifadəmi verəcəyəm, ancaq vəkilimin iştirakı ilə. Hazırda prosesin keçirilməsinə etiraz etmirəm”.

Zərərçəkənlər və onların vəkilləri Sahib Ələkbərovun vəkili olmadan prosesin keçirilməsinə etiraz etmədiklərini bildiriblər.

Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov isə bildirib ki, Sahib Ələkbərovun vəkili olmadan prosesin keçirilməsi prosessual pozuntudur, amma vəkil olmadan prosesin keçirilməsinə etiraz etmirlər.

Yerindəcə müşavirə keçirən hakimlər prosesin yanvarın 30-na qədər təxirə salınması barədə qərar qəbul ediblər. Qərar zərərçəkənləri narazı salıb.

Bu prosesdə maraqlı məqamlardan biri də nəzarətçilərin sayının artırılması olub. Yada salaq ki, ötən prosesin təxirə salınmasına Mövlam Şıxəliyevlə digər müttəhim Yasin Məmmədov arasında əlbəyaxa davanın olmasının səbəb olduğu iddia edilirdi. Rəsmi məlumata görə, prosesin təxirə salınması Bakıya qar yağması ilə bağlı olub. Lakin zərərçəkənlər iddia edirdi ki, səbəb müttəhimlər arasındakı davadır.

Bu gün keçirilən prosesdə zərərçəkənlər bu barədə Yasin Məmmədova sual ünvanlayıb. O, iddiaları təsdiqləyib. Beləliklə, aydın olub ki, nəzarətçilərin sayının artırılması da bununla bağlıdır.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən Mövlam Şıxəliyev 12 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mövlam Şıxəliyevin general-mayor rütbəsi alınıb, üzərinə həbs qoyulan əmlaklarının bir hissəsi xüsusi müsadirəyə götürülüb. Vaxtilə MTN-də onun tabeliyində işləmiş daha üç polkovnikə də uzunmüddətli həbs cəzaları kəsilib. Keçmiş şöbə rəislərindən Yasin Məmmədov 10 il 6 ay, Vüsal Ələkbərov 11 il 2 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib.

Onlar istintaq və məhkəmə dövründə azadlıqda idi. Bu üzdən hökm elan olunanda məhkəmə zalından həbs olunublar. Mövlam Şıxəliyev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər. İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə verilərək, barəsində həbs qətimkan tədbiri, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov isə Cinayət Məcəlləsinin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

26-08-2022, 16:09

General və ailəsinin əmlakı müsadirə olunacaqmı? - Zərərçəkənlər şübhə edir

Cəmiyyət

15-08-2022, 16:40

Rüstəm Usubovun ölkədən çıxmaq istəyi baş tutmadı: Səbəb nədir? (İDDİA)

Gündəm

29-06-2022, 12:00

MTN generalının məhkəməsi niyə 1 ay təxirə salındı?

Cəmiyyət

23-06-2022, 17:55

Sabiq MTN zabitlərinin ifşa ifadələri - həqiqət, yoxsa Mahmudovu qoruma cəhdi?

Siyasət

21-06-2022, 02:56

Sabiq şöbə rəisi ETİRAF ETDİ: “Xidmət etdiyim müddətdə cinayət işləmişəm”

Hadisə

20-07-2022, 19:35

İlkin Süleymanovun məhkəməsi növbəti dəfə təxirə salınıb

Cəmiyyət

1-08-2022, 14:14

Səlim Müslümovun məhkəməsi təxirə salındı

Cəmiyyət

13-07-2022, 19:42

İlkin Süleymanovun məhkəməsi təxirə salınıb

Gündəm

1-07-2022, 13:57

Mövlam Şıxəliyevin “sağ əli”ndən Rüstəm Usubova ifşaedici suallar

Dünya

4-08-2022, 16:24

Ukrayna məhkəməsi azərbaycanlı qazini həbsdə saxladı

Siyasət

15-07-2022, 16:37

Yüksək vəzifəyə təyin olunan DTX generalı kimdir? – DOSYE

Dünya

2-09-2022, 13:20

"Lufthansa"nın yüzlərlə reysi təxirə salınıb

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
14-10-2026, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
13-10-2026, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
Xəbər lenti
  • Dünən, 19:00
    Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib
  • Dünən, 19:00
    Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib
  • Dünən, 18:36
    Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
  • Dünən, 18:24
    Başçının əməlinin cəzasını bina sakinləri çəkir: “Peraşki və şaurma qoxusundan nəfəs ala bilmirik” – VİDEO
  • Dünən, 18:08
    Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
  • Dünən, 17:57
    Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
  • Dünən, 17:33
    Zelenski Aİ Şurasının iclasında iştirak etmək üçün Brüsselə gəlib
  • Dünən, 17:24
    ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
  • Dünən, 16:29
    İlham Əliyev: Trans-Xəzər Fiber-Optik Kabel Xətti Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlığı gücləndirir
  • Dünən, 16:01
    Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
  • Dünən, 15:46
    Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb
  • Dünən, 15:15
    Moskva və Ankara beynəlxalq arenada koordinasiyanı gücləndirmək barədə razılığa gəlib
  • Dünən, 15:08
    Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
  • Dünən, 14:46
    Hakan Fidan: Süni intellekt inhisarçılıq vasitəsi deyil, inklüziv əməkdaşlığın əsası olmalıdır
  • Dünən, 14:40
    “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
  • Dünən, 13:23
    Sabah Bakıda hava çiskinli olacaq
  • Dünən, 13:14
    Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
  • Dünən, 12:44
    İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar
  • Dünən, 12:30
    "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
  • Dünən, 12:22
    Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
  • Dünən, 12:04
    Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib
  • Dünən, 11:54
    Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
  • Dünən, 11:20
    Zelenski Rusiyanın neft emalı zavodlarına hücumların bərpa olunacağını bildirib
  • Dünən, 11:14
    Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
  • Dünən, 10:54
    AGMA: Məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət olunması vacibdir
  • Dünən, 10:43
    “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
  • Dünən, 10:23
    İtaliya hərbçiləri Azərbaycana səfər edib
  • Dünən, 10:10
    Xalq artisti xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır
  • Dünən, 09:51
    Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşüb - YENİLƏNİB
  • Dünən, 09:28
    Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
  • Dünən, 09:06
    Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
  • 14-10-2026, 19:00
    Paşinyanın partiyasından olan deputatı Rusiyaya buraxmayıblar
  • 14-10-2026, 18:31
    Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
  • 14-10-2026, 18:25
    "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
  • 14-10-2026, 17:41
    Qazaxıstan Prezidenti Azərbaycana gəlib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə