Sizin reklam burada 728×90
Son dəqiqə

Prezident protokolu təsdiqlədi

09.02.2024 16:39 289 1 dəq oxunur
Prezident protokolu təsdiqlədi
"Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı sənədi imzalayıb.

Sənədə əsasən, “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına 2015-ci il oktyabrın 22-də Riqa şəhərində imzalanmış Əlavə Protokol Azərbaycan Respublikasının müvafiq bəyanatları ilə təsdiq edilib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az