• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 12 il ötür

Gündəm / Cəmiyyət

13-02-2024, 13:48


Hərbi sahədə aparılan islahatların nəticəsi olaraq Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 13 fevral 2012-ci il tarixli fərmanı ilə Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Dövlət Xidməti Müzəffər Ali
Baş Komandanın müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri layiqincə yerinə
yetirməyə çalışıb.
Xidmət yaradıldığı gündən fəaliyyət istiqamətinə uyğun olaraq səfərbərlik hazırlığı
və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli
həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi
vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda vətəndaşların qəbulu və
müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunvericilik
bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, Xidmətin daha bacarıqlı
və savadlı kadrlarla komplektləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və
digər sahələrdə nailiyyətlər qazanıb. Ordu quruculuğu prosesinin tərkib hissəsi kimi
ölkəmizdə çağırış və səfərbərlik işini tənzimləyən modern mexanizmin
formalaşdırılması uğurla həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı cənab İlham Əliyevin ölkəyə rəhbərliyi müstəqil Azərbaycanın iqtisadi
inkişafı, ordu quruculuğu, islahatların miqyasının genişləndirilməsi və digər strateji
önəm daşıyan istiqamətlərdə uğurların qazanılması ilə xarakterizə olunur.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin
uğurla davam etdirdiyi müdrik siyasətin, həyata keçirdiyi islahatların nəticəsi olaraq
Azərbaycan Silahlı Qüvvələri gündən günə daha da möhkəmlənib, döyüş
qabiliyyətini artırıb.
Azərbaycan Respublikası Prezidentinin vətəndaşların müddətli həqiqi hərbi
xidmətə çağırılması haqqında müvafiq Sərəncamlarının icrasının təmin edilməsi
məqsədilə çağırış yaşlı vətəndaşların qanuna müvafiq qaydada çağırışa cəlb
edilməsi və xidmət keçmək üçün təyin olunduqları hərbi hissələrə təhvil verilməsi
Xidmət tərəfindən uğurla həyata keçirilir.
44 günlük Vətən müharibəsi zamanı təsdiq edilmiş plana uyğun olaraq ehtiyatda
olan hərbi vəzifəlilərin Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb
olunması, Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hərbi-nəqliyyat
vasitələri ilə təmin olunması müvəffəqiyyətlə icra edildi.
Ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ciddi addımların atılması
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən bu istiqamətdə
təxirəsalınmaz tədbirlər görülməsi zərurətini ortaya qoymuşdur. Korrupsiyaya qarşı
mübarizə sahəsində hüquqi təbliğatın gücləndirilməsi və bu kimi halların minimuma
endirilməsi məqsədi ilə Xidmət tərəfindən müvafiq tədbirlər həyata keçirilib, aşkar
olunmuş nöqsanlarla bağlı qəti addımlar atılıb və bu istiqamətdə işlər hazırda da
davam etdirilir.
Ölkəmizdə bu gün yürüdülən siyasətin mərkəzində insan amili mühüm rol oynayır
ki, burada da əsas məqsəd vətəndaşlara xidmət, vətəndaş məmnunluğunun təmin
edilməsidir. Xidmət rəisi tərəfindən respublikanın müxtəlif regionlarında keçirilən
qəbullar zamanı vətəndaşların bir sıra müraciətləri yerində həllini tapır,
araşdırılması tələb olunanlar qeydiyyata alınaraq icrası ilə əlaqədar müvafiq
tədbirlər görülür.
Gənc nəslin Vətənə sədaqət, milli adət və ənənələrə hörmət, hər an Azərbaycan
Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olmaq
ruhunda tərbiyə edilməsi işi onların yeniyetməlik dövründən başlayır. Xidmətin
fəaliyyət istiqamətlərinə uyğun olaraq gənclərin hərbi vətənpərvərlik ruhunda
tərbiyə olunması məqsədilə respublikanın müxtəlif bölgələrində aidiyyəti dövlət
qurumları və ictimaiyyət nümayəndələrinin, şəhid ailələri üzvlərinin, müharibə
veteranlarının, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə
mütəmadi olaraq maarifləndirici görüşlər təşkil edilir.
Dövlət Xidməti hər zaman şəhid ailələrinə, müharibə veteranlarına, onların
müraciətlərinə həssaslıqla yanaşır. Belə ki, xidmətin şəxsi heyətinin
komplektləşdirilməsi zamanı bilik və fiziki hazırlığın yoxlanılması prosesini uğurla
keçən 21 nəfər Vətən müharibəsi iştirakçısı işə qəbul edilərək Xidmət rəisi
tərəfindən onlara xidməti vəsiqələri təqdim olunub.
Bu gün Xidmətin hər bir əməkdaşının amalı Vətənə sədaqət, insana qayğı, ən
başlıcası isə milli-mənəvi dəyərlərə hörmətdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin şəxsi heyəti bundan sonra da ümummilli liderimiz Heydər
Əliyev ideyalarına sadiq qalacaq, Prezident, Ali Baş Komandan cənab İlham
Əliyevin etimadını doğruldacaq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə hə-
yata keçirilməsi üçün var qüvvələri ilə çalışacaqlar.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

1-07-2022, 13:10

Azərbaycanda hərbi xidmətə növbəti çağırış BAŞLADI

Hərbi

26-04-2023, 17:43

Vətəndaşların aprel çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmasının icrası ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib

Cəmiyyət

28-07-2023, 14:52

Mərkəzi Çağırış Komissiyasının növbəti iclası keçirilib - FOTO

Hərbi

22-05-2023, 19:31

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinə yeni müavin təyin edilib

Hərbi

12-07-2023, 16:19

Gənclər böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola düşürlər - FOTO

Cəmiyyət / Hərbi

22-09-2022, 19:26

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Tərtərdə vətəndaşları qəbul edib

Cəmiyyət / Hərbi

28-09-2022, 17:53

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Ağdaşda vətəndaşları qəbul edəcək

Hərbi

27-04-2023, 12:39

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Şəkidə vətəndaşları qəbul edəcək

Hərbi

28-12-2022, 12:22

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Salyanda vətəndaşları qəbul edəcək

Siyasət

15-07-2022, 17:34

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Şəkidə vətəndaşları qəbul edib

Hərbi

15-07-2023, 20:02

Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib FOTO

Hərbi

13-04-2023, 17:50

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Lənkəranda vətəndaşları qəbul edib - FOTO

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 12:25
Xanımının doğum günündə vəfat edibmiş...
Bu gün, 12:01
Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
Bu gün, 11:49
Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
Bu gün, 10:59
Xocavənddə traktor minaya düşüb
Dünən, 18:30
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
Dünən, 09:32
Beyləqanda bir nəfər suda boğulub
Xəbər lenti
  • Bu gün, 18:30
    Əraqçi: İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutu üzrə razılaşmaya yaxındır
  • Bu gün, 18:00
    Macarıstan Ali Məhkəməsinin keçmiş sədrinin prezidentliyə namizədliyi irəli sürülüb
  • Bu gün, 17:30
    Azərbaycanda auditorlara fırıldaqçılığın aşkarlanması üsulları öyrədilib
  • Bu gün, 17:00
    Zelenski: ABŞ hər ay Ukraynaya "Patriot" üçün raket əleyhinə vasitələr göndərəcək
  • Bu gün, 16:06
    Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi
  • Bu gün, 15:56
    Taksidən pul və bank kartları oğurladı - Saxlanıldı
  • Bu gün, 15:42
    Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var
  • Bu gün, 15:31
    Sumqayıtda yol çökdü: Yaşayış binasına doğru irəliləyir
  • Bu gün, 15:11
    Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
  • Bu gün, 14:59
    AYNA şefi öz ampulasında - Kartdan pul çıxır, aparat isə “balansınızda pul yoxdur” deyir
  • Bu gün, 14:21
    Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb
  • Bu gün, 14:08
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • Bu gün, 14:04
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • Bu gün, 13:55
    "İmişli" klubu Quba Olimpiya İdman Kompleksi ilə vidalaşıb
  • Bu gün, 13:39
    Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq
  • Bu gün, 12:25
    Xanımının doğum günündə vəfat edibmiş...
  • Bu gün, 12:01
    Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
  • Bu gün, 11:49
    Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
  • Bu gün, 11:29
    Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb
  • Bu gün, 11:16
    "Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var
  • Bu gün, 10:59
    Xocavənddə traktor minaya düşüb
  • Bu gün, 10:46
    "Alison Hotel" MMC BAĞLANDI: Paytaxt mehmanxanasının dövlətə vergi borcu qaldı
  • Bu gün, 10:03
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • Bu gün, 09:54
    Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
  • Bu gün, 09:26
    “Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq
  • Bu gün, 09:16
    Avropaya çatmaq arzusu faciə ilə bitdi
  • Bu gün, 09:01
    Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib
  • Dünən, 19:00
    Ərdoğan: Məkkə sazişi sülhün təmin olunmasını hədəfləyən bütün ölkələr üçün açıqdır
  • Dünən, 18:30
    Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
  • Dünən, 18:20
    Gəncə şəhərində 20 Yanvar abidəsi zibillik içində - Əbədi məşəl sönüb (VİDEO)
  • Dünən, 18:13
    Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL
  • Dünən, 18:03
    Bu rayonlarda icra başçısı yoxdur -SİYAHI
  • Dünən, 17:39
    Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır
  • Dünən, 17:32
    Ukrayna ordusundakı əcnəbilərin sayını açıqladı
  • Dünən, 17:23
    Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə