Sizin reklam burada 728×90
Son dəqiqə

Bu ərazilərdə qaz olmayacaq

11.03.2024 18:53 453 1 dəq oxunur
Bu ərazilərdə qaz olmayacaq
Quba rayonu, 2-ci Nügədi kəndi istiqamətində istismarda olan orta təzyiqli daşıyıcı qaz kəmərinin yeraltı hissəsində, Ağdaş və Göygöl rayonları ərazisində aşkar edilmiş qaz sızmalarının ləğvi, həmçinin Qusar şəhəri, S.Vurğun küçəsi istiqamətində yeni çəkilmiş polietilen qaz xəttinin daşıyıcı kəmərə qoşulması ilə əlaqədar 12.03.2024-cü il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə  “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Quba (18 kənd), Qusar (rayon mərkəzinin bir hissəsi), Göygöl (bir hissəsi) və Ağdaş (bir hissəsi) rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az