Sizin reklam burada 728×90
Son dəqiqə

Rusiyalı hokkeyçi NHL tarixinə düşüb

18.04.2024 15:18 368 1 dəq oxunur
Rusiyalı hokkeyçi NHL tarixinə düşüb
Rusiyalı hokkeyçi NHL tarixinə düşüb


ABŞ-nin "Tampa" klubunun oyunçusu Nikita Kuçerov Milli Hokkey Liqasının (NHL) tarixinə düşüb.

Rusiyalı idmançı buna "Toronto" ilə matçda nail olub.

O, sözügedən qarşılaşmada 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Kuçerov NHL-də cari mövsüm 40 qol və 100 məhsuldar ötürmə ilə yadda qalıb. Hokkeyçi XXI əsrdə ən azı 40 qol vuran və 100 məhsuldar ötürmə edən ilk oyunçudur.

NHL tarixində əvvəllər yalnız iki idmançı müntəzəm mövsümdə minimum 40 qol vurmağı və 100 məhsuldar ötürmə etməyi bacarıb. 1988/1989 mövsümündə Mario Lemye (85 qol 114 assist), 1981-1990-cı illərdə Ueyn Qrettski 11 dəfə bunu gerçəkləşdirib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az