• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Fransanın Olimpiya ayıbı və ya problemlər olimpiadası - ŞƏRH

Gündəm / Siyasət

29-07-2024, 16:44

Tarixən Olimpiya Oyunları təkcə idman tədbiri deyil, həm də xalqlar arasında münasibətlərin yaxşılaşdırılması üçün bir fürsət kimi qəbul edilib. Oyunlar müxtəlif millətlərin və mədəniyyətlərin nümayəndələrini bir araya gətirir, sülh, dostluq və həmrəylik ideallarını təbliğ edir, diplomatiya və beynəlxalq əməkdaşlıq üçün mühüm platformaya çevrilir. Bundan əlavə, sülh, dostluq, həmrəylik və ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə ideallarını təbliğ edir.

İrqçilik, milli, dini və ya cinsi ayrı-seçkiliyin hər hansı forması qadağandır. Beləliklə, Olimpiya Oyunları təkcə idman tədbiri kimi deyil, həm də sülh və tolerantlığın təbliği platforması kimi çıxış edir. “Paris 2024” olimpiadasının məqsədi də bu olmalı idi. Amma Olimpiya Oyunlarının açılış mərasimi göstərdi ki, tədbirin keçirildiyi ölkə bu sülh, dostluq, həmrəylik və ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə prinsiplərindən uzaqdır.

Prezident Emmanuel Makron ənənəsinə sadiq qaldı. Sanki prezident və komandası əlindən gələni edir ki, XXXIII Yay Olimpiya Oyunları dünya tarixinə rəzalət oyunları kimi düşsün. Fransızlar ənənələrinə sadiq qalaraq mötəbər idman yarışına siyasət qatmaqdan çəkinmədilər. İlk rəzaləti isə Olimpiya Oyunlarının açılış mərasimini canlı yayımlayan Fransanın “France 2” ictimai televiziya kanalı nümayiş etdirdi. Aparıcı Ermənistanın və Azərbaycanın komandalarını təqdim edərkən, ayrı-seçkilik xarakteri daşıyan, olimpiya dəyərlərinə və beynəlxalq hüquqa zidd siyasi bəyanatlar səsləndirdi.

Fransanın Olimpiya ayıbı və ya problemlər olimpiadası - ŞƏRH

Fransa hökumətinin sifarişi ilə atılması şübhə doğurmayan bu addımla Azərbaycanın ərazi bütövlüyünə xələl gətirilməyə və bölgədə gərginliyi qızışdırmağa cəhd edilib. Yayımda bütün siyasi hikkə ilə millətlərarası ədavət toxumu səpilir, iğtişaşlar yaratmağa çalışılır.

Rəzalət tək açılış mərasimində deyil, bütövlükdə oyunların təşkilindən tutmuş bütün məsələlərdə yaşanıb və proses davam edir. Yerli mətbuat və əksər xarici media baş verənləri geniş şəkildə işıqlandırıb. Qeyd edilir ki, Olimpiya Oyunlarından xeyli əvvəl təşkilatçılığın olmaması, Paris də daxil olmaqla ətraf şəhərlərdə yaşanan problemlərdən bəhs edilib. Lakin Fransa hakimiyyəti nəinki baş verənlərdən dərs çıxarır, əksinə, digər ölkələrin daxili işlərinə qarışır. Nəticə də göz önündədir.

Sena faciəsi

Media və sosial şəbəkələrdə Makron və komandası sərt tənqid olunur. Onlardan bəzisinə nəzər salaq;

“Təxribat, ərzaq qıtlığı və evsizlərin qovulması” başlıqlı materiallarda vurğulanır ki, açılış mərasimindən bəri ölkə qalmaqallı hadisələrlə yadda qalıb.

AFP xəbər verir ki, 2024-cü il olimpiadasında triatlonçular üçün ilk üzgüçülük məşqi Senada suyun keyfiyyətsizliyinə görə ləğv edilib. Təşkilat komitəsi qeyd edir ki, son bir neçə gündə yağan yağışlar nəticəsində suyun keyfiyyəti daha da pisləşib. Təşkilatçılar triatlon yarışının planlaşdırıldığı kimi iyulun 30 və 31-də keçiriləcəyinə əmindirlər.

Ümumiyyətlə, Sena çayı ilə bağlı yaşananlar medianın bir nömrəli mövzusudur. 1923-cü ildən bu çayda çimmək rəsmən qadağan edilib. İndi, bir əsr sonra Parisdə Olimpiya Oyunlarının açılışına 4 həftə qalmış çay üzgüçülük üçün əlverişli hala gətirilib. Çoxları buna möcüzə kimi qarşılayıb. Yeni kanalizasiya təmizləyici qurğular sayəsində çay təhlükəsiz hala gətirilib. Çayın xilas edilməsi prosesi bir neçə il çəkdi və buna təxminən 1,5 milyard avro xərcləndi.

Lakin oyunlar zamanı bəlli olub ki, çayın çirklilik səviyyəsi ilə bağlı problemlər qalmaqdadır. İctimaiyyəti Sena çayının təhlükəsiz olduğuna inandırmaq üçün Fransanın idman naziri, ardınca isə Paris meri çayda üzgüçülük təşkil edib. Hətta prezident Emmanuel Makron özü də üzməyə söz vermişdi, amma vədinə əməl etmədi. Məlum olub ki, Sena çayının çirklənməsi yüksək olub.

Fransanın "France Info" radiostansiyasının məlumatına görə, həmin gün E.coli və enterokokkların səviyyəsi həddi keçib. Belə suda üzmək faciəvi nəticələrə - qastroenterit və dəri xəstəliklərinə səbəb ola bilər. Bununla belə, Paris prefektinin nümayəndələri, məlumatın ortaya çıxmasından sonra üzgüçülükdə iştirak edən idmançılardan sağlamlıqla bağlı heç bir şikayətin olmadığını bildirdilər.

Digər bir biabırçılıq miqrantlar və evsizlərin şəhərdən qovulmasıdır. Əsasən Afrikadan olan miqrantları kütləvi şəkildə avtobuslara doldurub şəhər kənarına aparıblar. Paris olimpiadasının digər biabırçılığı kondisionerlərlə bağlı olub. Belə ki, təşkilatçılar bu oyunları əvvəlkilərdən "ekoloji cəhətdən təmiz" etmək istəyiblər. Oyunların ekoloji cəhətdən ən təmiz olmasına cəhd edən fransızlar Olimpiya Kəndində kondisioner quraşdırılmasından imtina etmək qərarına gəliblər. Əvəzində soyutma üçün istilik nasoslarından istifadə edilməsi nəzərdə tutulmuşdu. Lakin bu, əks effekt verib.

Temperatur +30 dərəcədən yuxarı qalxanda bir neçə nümayəndə heyəti dərhal etirazlarını bildiriblər. Ekologiya, əlbəttə ki, vacibdir, amma onlar da bura medal qazanmaq üçün gəliblər, istidən əziyyət çəkməyə yox. “Qiyamçılar” arasında Finlandiya, Meksika, ABŞ və İspaniya komandaları da olub. Beynəlxalq Olimpiya Komitəsi (BOK) buna etiraz etməyib.

İdmançılar təkcə kondisionerlər deyil, həm də döşəklər almalı olublar. Ən son narazı olanlar isə İsveçin qadın həndbol komandasının oyunçuları olub. Belə ki, "ekoloji təmizlik" şüarı ilə Olimpiya Kəndində bütün çarpayılar təkrar emal olunmuş balıq torlarından hazırlanmış döşəklərlə təchiz edilib.

Ərzaq qıtlığı, təxribatlar

İdmançılar həm də şikayətlənirlər ki, az qidalanırlar. Böyük Britaniya nümayəndə heyətinin bəzi idmançıları Olimpiya Kəndində ərzaq qıtlığı ilə üzləşdiklərini bildiriblər. Fransanın “L'Equipe” qəzetinin məlumatına görə, səhər yeməyi zamanı idmançıların çoxluğu səbəbindən restoranda məhdud sayda ərzaq, o cümlədən toyuq yumurtası olub.

Almaniyanın otüstü xokkey komandasının üzvləri hesab edirlər ki, Parisdəki Olimpiya Kəndində idmançılar üçün şərait çox arzuolunmazdır. Bu barədə DPA agentliyinə millinin futbolçusu Kristofer Rur məlumat verib: "Yemək ən azı bir fəlakətdir. İnanılmaz dərəcədə uzun müddət növbə gözləyirsiniz, inanılmaz dərəcədə az sayda stansiya var. Yeməklərin keyfiyyəti o qədər də yaxşı deyil”.

Təxribatlara gəldikdə, Olimpiya Oyunlarının açılış mərasiminə bir neçə saat qalmış vandallar Fransanın yüksək sürətli dəmir yolu şəbəkəsinə hücum ediblər. Nəticədə yüz minlərlə yerli sakin və Parisə gələn qonaqlar çətin vəziyyətdə qalıblar. Fransanın baş naziri səlahiyyətlərini icra edən Qabriel Attal bildirib ki, ölkənin kəşfiyyat xidmətləri siyasətçinin “hazırlanmış və koordinasiya edilmiş” adlandırdığı “təxribat aktlarının” günahkarlarını tapmaq üçün səfərbər edilib.

İyulun 26-da səhər saat 4-də ən azı üç yerdə dəmir yolu kabelləri yandırılıb, Parisi Lill, Bordo və Strasburq şəhərləri ilə birləşdirən magistral xətlər iflic olub. Paris-Marsel xəttində dördüncü hücumun qarşısı gecə növbəsində işləyən işçilər tərəfindən alınıb.

Biabırçılıqlar isə bitib-tükənmir. Açılış mərasiminin sonunda təntənəli şəkildə qaldırılan oyunların əsas rəmzi hesab edilən Olimpiya bayrağı başıaşağı formada asılıb.

Kuriozlar sırasında Cənubi Koreya idmançılarının səhvən Şimali Koreya kimi təqdim edilməsi də olub. Cənubi Koreyanın İdman Nazirliyi bununla bağlı “hökumət səviyyəsində Fransaya ciddi şikayət” verməyə hazırlaşır.

Açılış mərasimində Əlcəzair nümayəndə heyəti 1961-ci il oktyabrın 17-də Parisdə müstəqillik tələbi ilə keçirilən aksiya zamanı həlak olanların xatirəsinə Sena çayına qızılgüllər atıb. Xatırladaq ki, o vaxt Əlcəzair Fransanın müstəmləkəsi idi. 17 oktyabr nümayişi faciə ilə bitib, polis 200-ə yaxın nümayişçini qətlə yetirib və onların bir çoxunun cəsədini Sena çayına atıb. 17 oktyabr hadisələri indi “Paris qırğını” kimi xatırlanır.

Qonaqların əsas problemindən birinin də nəqliyyatla bağlı olduğu bildirilir. Hava limanlarından xüsusi transferlər yoxdur, metronun bir çox stansiyalarında eskalatorlar işləmir. Olimpiada zamanı 15 milyon turisti qəbul edən Parisdə sürücü çatışmazlığı, metro və qatarlarda gecikmələr səbəbindən ictimai nəqliyyatda ciddi sıxlıq yaranıb.

İsveçin stolüstü tennis yığması nəqliyyatda havasızlıqdan gileyləniblər. “Aftonbladet” nəşrinin məlumatına görə, milli komanda gediş-gəliş üçün 1 saat 20 dəqiqə vaxt sərf edərək məşqə çıxmalı olur. Məşqçi Yorqen Persson bildirib ki, avtobuslarda kondisioner tez-tez işləmir və hava çatışmazlığı səbəbindən nəqliyyatda qalmaq mümkünsüz olur.

Bütün bu qalmaqalların fonunda ən biabırçı hal qalmaqallı "Son şam yeməyi" rəsminin uğursuz parodiyası olub. ABŞ-nin texnologiya şirkəti “C Spire” bu qalmaqallı parodiyadan sonra Paris olimpiadasından öz reklamını geri götürmək qərarına gəlib. Bəzi katoliklər açılış mərasiminin bu hissəsini təhqiramiz hesab ediblər.

"Reuters" xəbər verir ki, Fransa Katolik Kilsəsi “xristianlığın istehza və istehza səhnələrini ehtiva edən” mərasimi pisləyib.

Bir sözlə,Leonardo da Vinçinin "Son şam yeməyi" rəsminin təqlidi müşahidəçilər arasında ən çox sual doğuran məsələ olub.

Hələ olimpiada başlamazdan əvvəl ekspertlər Fransa hakimiyyətinin bu irimiqyaslı tədbirə hazırlığına şübhə ilə yanaşırdılar. Ümumiyyətlə, Paris Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazır deyildi və tədbirin açılış mərasimi bunu açıq şəkildə göstərdi. Fransanın olimpiya biabırçılığı özünü bütün şöhrəti ilə büruzə verdi və Ermənistana məhəbbət belə Parisi qazandığı şöhrətdən xilas edə bilməyəcək.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / İdman

24-07-2024, 10:14

Paris Olimpiadası bu gün başlayır

İdman

4-07-2024, 09:23

IOC Paris-2024-ün mümkün ləğvi ilə bağlı bəyanat yayıb

İdman

15-04-2024, 18:36

Paris Olimpiadasında terror TƏHLÜKƏSİ

Gündəm / Dünya

16-04-2024, 18:37

Rusiya Ukrayna ilə barışığı müzakirə edə bilər

İdman

24-07-2024, 17:32

Qış Olimpiya Oyunlarının ev sahibləri müəyyənləşdi

İdman

27-07-2024, 16:28

“Paris-2024”də canlı yayımda Azərbaycana qarşı təxribat

Siyasət

22-08-2022, 13:28

İlham Əliyev: "Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edəcəyik"

Gündəm / İdman

16-04-2024, 16:26

Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb

İdman

29-07-2024, 09:25

Beynəlxalq Olimpiya Komitəsi Parisdəki açılış mərasiminə görə ÜZR İSTƏDİ - FOTO

İdman

26-07-2024, 08:52

Parisdə Olimpiya kəndində qida çatışmazlığı

İdman

12-04-2024, 10:46

“Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər”

İdman

20-07-2023, 21:11

Bayrağımız Beynəlxalq Olimpiya Komitəsinin binası qarşısında

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
Bu gün, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
19-10-2026, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
19-10-2026, 12:27
Xəzər dənizində zəlzələ olub
19-10-2026, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
Xəbər lenti
  • Bu gün, 15:09
    Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • Bu gün, 14:59
    Rüstəm Xəlilov Salyanda nə iş görür? - İnsanlar palçıq içində yaşayır - ŞİKAYƏT
  • Bu gün, 14:40
    Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb
  • Bu gün, 14:29
    Nəsimi rayonunda gecə yarısı tikinti özbaşınalığı sakinlər bezdirib - Qanun nə deyir? - VİDEO
  • Bu gün, 13:42
    U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub
  • Bu gün, 13:25
    Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
  • Bu gün, 13:08
    Sabah Bakıda yağış yağacaq
  • Bu gün, 12:45
    “Ceyhun Sabunçu”nun qətli - Saxlananlardan biri deputatın oğludur
  • Bu gün, 12:02
    BDYPİ sürücülərə xəbərdarlıq edib
  • Bu gün, 11:49
    Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
  • Bu gün, 09:37
    Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək
  • Bu gün, 09:29
    "Azərlotereya"da idarəetmə dəyişir?
  • Bu gün, 09:06
    Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
  • Dünən, 19:00
    “Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
  • Dünən, 18:37
    Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib
  • Dünən, 18:30
    BU NƏDİ BELƏ: Mərkəzi Bank nəyi təbliğ edir? - “Heç kəsə yazığınız gəlməsin” –
  • Dünən, 18:11
    Ölkə üzrə bu ayın bütün sosial ödənişləri başa çatdırılıb
  • Dünən, 17:51
    Müştərinin pulunu al, vaxtını al, sonra da günahkar çıxar! - Aplus Marketdə “endirim oyunu”
  • Dünən, 17:18
    Estoniya azərbaycanlıların olduğu ticarət gəmisinə Rusiyanın zərbəsini pisləyib
  • Dünən, 17:02
    BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
  • Dünən, 16:48
    Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
  • Dünən, 16:26
    Mikayıl Cabbarov sevimli kadrı haqqında nə düşünür? - Xankəndidə “yanan” Elçin Yusubovun yeni ünvanı hara olacaq?
  • Dünən, 16:01
    Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda bunu alacağımı heç fikirləşməzdim
  • Dünən, 15:44
    Binaların arası zəbt olunur, pəncərələr divara dirənir! - "Qurtuluş 93" yaşayış kompleksində biabırçılıq...
  • Dünən, 15:15
    Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi PUA zərbəsindən sonra batıb
  • Dünən, 14:30
    Yaşayış binasında ZİRZƏMİ ALVERİ - BU NƏDİ BELƏ?
  • Dünən, 14:15
    Sabah bəzi yerlərdə yağış yağacaq
  • Dünən, 13:53
    FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR! - FOTO
  • Dünən, 13:13
    İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib
  • Dünən, 12:57
    Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib
  • Dünən, 12:38
    Terrorla mübarizə ilə bağlı iki məcəlləyə dəyişikliklər qəbul edilib
  • Dünən, 12:11
    ŞOK! ŞOK! ŞOK! Dələduzluq yolu ilə 68 min manatı əlindən alınan ana fəryad edir - FOTOLAR
  • Dünən, 11:44
    İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
  • Dünən, 11:32
    Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA
  • Dünən, 10:34
    DYP piyadaları azyaşlılarla hərəkət zamanı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə