• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Özünüməşğulluq üçün verilən heyvanlar niyə xəstə çıxır? - HƏQİQƏTƏN DƏ...

Gündəm / Cəmiyyət

13-09-2024, 10:28

Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən aktivlərdən ən çox şikayətlər heyvandarlıqla bağlıdır. Sosial şəbəkələrdə yayılmış məlumatlara görə, Dövlət Məşğulluq Agentliyinin Bərdə rayon sakini Ağayev İmamqulu Eldar oğluna özünüməşğulluq proqramı çərçivəsində verdiyi 21 baş qoyun xəstə çıxıb.
Qeyd edək ki, dəfələrlə özünüməşğulluq proqramı çərçivəsində verilən heyvanların arıq, xəstə olması, ölməsi barədə görüntülər, məlumatlar yayılıb. Sputnik Azərbaycan özünüməşğulluq proqramına müraciət edən vətəndaşlara heyvandarlıqla bağlı verilən aktivlərin vətəndaşların məşğulluğuna hansı fayda verdiyini araşdırıb.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, narazılıqların bütövlükdə özünüməşğulluq proqramı üzrə bütün aktivləri və zərfləri əhatə etdiyini söyləmək düzgün deyil. Çünki, un məmulatları istehsalı, avtoelektrik xidmətləri, dərzi sexi və sair sahələrlə bağlı vətəndaşlara verilən aktivlər səmərə verir. Hətta elə sahələr var ki, vətəndaşlar özlərinin məşğulluğunu təmin etməklə yanaşı, gələcəkdə kiçik sahibkara çevrilərək işçi götürürlər.
Bununla belə Sahib Məmmədov özünüməşğulluq proqramı çərçivəsində verilmiş bəzi aktivlərlə bağlı təhlilinin aparılmalı olduğunu söyləyib. Bildirib ki, şikayətlər əsasən heyvandarlıq sahəsinə verilmiş aktivlərlə bağlıdır:
"Amma bütün şikayətlər haqlı deyil. Bəzən vətəndaşlar burada da sui-istifadə hallarına yol verirlər. Ona görə də artıq Dövlət Məşğulluq Agentliyi vətəndaşlara özünüməşğulluq üçün verdikləri heyvanların videosunu çəkərək sayta yerləşdirir. Odur ki, bu şikayətlər araşdırılmalıdır. Ölən, xəstə heyvanların bu proqram çərçivəsində verilib-verilmədiyi dəqiqləşdirilməlidir".

O ki qaldı heyvandarlıqla bağlı aktivlərin səmərə verməməsinə, işsiz vətəndaşın məşğulluğunu təmin etməməsinə, Sahib Məmmədov deyir ki, aktivlər hər bir vətəndaşın istəyi əsasında verilir. Əgər vətəndaşın tövləsi varsa, heyvan saxlayırsa, ona əlavə 20 baş heyvan da verilir ki, təsərrüfatını böyütsün, qazanc əldə etsin.
Deputat Fazil Mustafa da bildirib ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən aktivlərdən şikayətlərə çox rast gəlinir, bu, birinci hal deyil:
"Mən bu formada məşğulluğun effektli olacağı düşüncəsində deyiləm. İş yerlərinin açılması daha yaxşı olardı. Biz işsizliyin həlli yollarını tapmalıyıq. Özəl sektora güvənməliyik ki, yeni iş yerləri açsınlar. Özünüməşğulluq proqramına xələl gətirən, dövlət siyasətinə etinasızlıq yaradan məmurlarla bağlı isə ölçü götürülməlidir".

Qeyd edək ki, sosial şəbəkələrdə Bərdə rayon sakini Ağayev İmamqulu Eldar oğluna Agentlik tərəfindən verilən 21 baş qoyunun xəstə olması, artıq bir neçəsinin isə tələf olması ilə bağlı səsləndirdiyi iddialara münasibət bildirib.
Agentlikdən bildirilib ki, sözügedən şəxs bir ay öncə "Qoyunçuluq təsərrüfatı" zərfi üzrə aktivlər verilərkən heyvanların sayından və keyfiyyətindən narazı olmadığını yazılı şəkildə bildirib:
"Özünüməşğulluq proqramı üzrə mal və materiallar təqdim edilərkən vətəndaşların aktivlərdən məmnun olub-olmaması nəzərə alınır. Bərdə rayon sakini Ağayev İmamqulu avqustun 5-də Qarabağ DOST Mərkəzinə yaxınlaşaraq heyvanlardan birinin öldüyünü bildirib və fotolar təqdim edib. Vətəndaşla maarifləndirici söhbət aparılıb və tələfolma ilə bağlı zəruri sənədləri, ölüm aktı, yarma protokolu, laboratoriya analizinin cavabı və fotoşəkilləri toplamaq tövsiyə olunub".
Avqustun 23-də isə vətəndaş təkrar müraciət edərək Qida Təhlükəsizliyi Agentliyinin baytarının tərtib etdiyi aktı təqdim edib:
"Aktda qeyd olunub ki, heyvanlar 10 gündən çoxdur tələf olub. Buna görə də ölüm səbəbini araşdırmaq üçün yarma və hər hansı analiz götürmək mümkün olmayıb. Eyni zamanda, sənəddə tələf olmuş heyvanın qulağında "birka" olmadığı bildirilir ki, bu səbəbdən onun özünüməşğulluq proqramı üzrə verilmiş aktivlərə aid olmasının müəyyən edilməsi də mümkün deyil. Beləliklə, vətəndaşın təqdim etdiyi sənədlər natamam olduğu üçün ölən heyvanın əvəzinə yenisinin təqdim edilməsi mümkün olmayıb".
Xatırladaq ki, Bərdə rayon sakini Ağayev İmamquluya iyulun 25-də Dövlət Məşğulluq Agentliyi tərəfindən 21 baş qoyun verilib. Onun iddialarına görə, heyvanların bir neçəsi xəstələnərək tələf olub.
Qeyd edək ki, özünəməşğulluğun təşkili Dövlət Məşğulluq Agentliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) "Məşğulluq" altsistemində işsiz və işaxtaran kimi qeydə alınmış şəxsin müraciəti əsasında həyata keçirilir. Məlumat üçün bildirək ki, proqramın icrasına başlanıldığı 2017-ci ildə 1172, 2018-ci ildə 6326, 2019-cu ildə 9554, 2020-ci ildə 11 917, 2021-ci ildə 16 232, 2022-ci ildə 16 097, 2023-cü ildə 17 362 nəfər özünüməşğulluğa cəlb olunub.
2024-cü ilin altı ayında Azərbaycada 203,1 min şəxs aktiv məşğulluq tədbirlərinə cəlb olunub. Bu barədə Dövlət Məşğulluq Agentliyindən bilidirilib. Hesabat dövründə 84,4 min nəfərin münasib işlərlə təminatı həyata keçirilib. 1,9 min şəxs isə özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə təmin olunub. Altı ayda Agentlik tərəfindən 8,5 min nəfər işsiz və işaxtaran şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 108,3 min şəxsə peşəyönümü xidmətlər göstərilib.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

4-08-2022, 14:43

Ağalı kəndinin 30 sakini özünüməşğulluq proqramına cəlb edilib

Cəmiyyət / Sosial

9-09-2022, 15:45

Qazinin yaydığı video ilə bağlı - Açıqlama

Sosial

3-06-2024, 10:18

Ünvanlı sosial yardıma müraciət sadələşdirilir

Siyasət

21-10-2023, 16:30

Özbəkistanla əmək və məşğulluq sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO

İqtisadiyyat

30-03-2023, 02:06

İqtisadiyyat Nazirliyində BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Cəmiyyət

1-07-2024, 11:46

DİM sədri: İbtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür

Təhsil

25-06-2023, 22:45

Braziliyada 2023-2024-cü tədris ili üçün təqaüd proqramı - RƏSMİ MƏLUMAT

Cəmiyyət

1-08-2022, 13:09

Məcburi köçkünlərin kvalifikasiyasına başlanılıb

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 08:25
    Azərbaycana payız fəsli daxil olub
  • Bu gün, 00:27
    Dünya çempionatının bürünc medalçısı Coşqun Abdullayev: “Bu qələbəmi şəhidlərimizə həsr edirəm” VİDEO
  • Dünən, 19:00
    AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
  • Dünən, 18:30
    "Birliyin gücü"nü nümayiş etdirən təlim - hədəfə doğru addım - ŞƏRH
  • Dünən, 18:00
    Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
  • Dünən, 17:22
    Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
  • Dünən, 17:05
    Səxavət Kəlbəcərlidən Prezedentə MÜRACİƏT – Cavid Qurbanovun BƏƏ-dəki mülkləri və Ramiz Mehdiyev işi!
  • Dünən, 16:25
    "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
  • Dünən, 16:01
    Satıcı aldatdı, telefon bloklandı... – “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
  • Dünən, 15:37
    Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib
  • Dünən, 15:25
    “Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi - Kosmetoloq qanunsuz işləyib
  • Dünən, 15:03
    Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir"
  • Dünən, 13:50
    Ukrayna ordusu Rusiyada iki neft emalı zavodunu vurub
  • Dünən, 13:22
    “İyundan yanan transformator hələ də düzəlməyib” - Məktəbdə nə işıq var, nə su...
  • Dünən, 12:58
    İlham Əliyev: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
  • Dünən, 12:40
    “İdeal Kredit” və vəzifəli şəxsi ümumilikdə 56 min manat cərimələnib - TƏFƏRRÜAT
  • Dünən, 12:31
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dünən, 12:26
    Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi -İTTİHAM VAR...
  • Dünən, 12:00
    Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək
  • Dünən, 11:04
    Ceyhun Cəlilovdan ƏCAİB TƏDARÜK... - BU NƏDİ BELƏ?
  • Dünən, 10:58
    Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib
  • Dünən, 10:52
    “Bakı 4 №-li Yol İstismarı” MMC-dən şikayət - “Pulumuzu verməyən adama Vüsal Nəsirli tərəfindən yüksək vəzifə verildi”
  • Dünən, 10:41
    Azərbaycan XİN Malini təbrik edib
  • Dünən, 10:34
    “Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı: Gözlənilməz hökm - TƏFƏRRÜAT
  • Dünən, 10:15
    Azərbaycan neftinin qiyməti 117 dollardan aşağı düşüb
  • Dünən, 09:36
    Tehrandan Vaşinqtona sərt mesaj
  • Dünən, 08:47
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • 21-09-2026, 22:09
    Sumqayıtlı məktəbli Rza Həmidov SASMO 2026-da qızıl medal qazandı
  • 21-09-2026, 21:57
    Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
  • 21-09-2026, 19:40
    Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
  • 21-09-2026, 19:24
    Xəzər dənizində zəlzələ olub
  • 21-09-2026, 19:15
    Ağstafada 490 minlik “abadlıq”: söküntü və qazıntı var, konkret ünvan isə göstərilmir
  • 21-09-2026, 18:42
    Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
  • 21-09-2026, 17:43
    Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH
  • 21-09-2026, 14:57
    Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə