• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Lənkəranda bələdiyyənin sənəd və torpaq "saxtakarlığı": Təmirlan Rzayev kimə arxalanır?

Gündəm / Cəmiyyət

27-09-2024, 14:09

Vətəndaş bələdiyyə sədrini saxta sənəd verməkdə ittiham edir

Lənkəran Rayon Gərmətük qəsəbə sakini Xalıqlı Farid Möhübbət oğlu yerli bələdiyyədən şikayətçidir.

O, "Arqument.az" deyib ki, bələdiyyə onlara məxsus torpağı başqalarına verib.

"Şikayətim Lənkəran rayon Gərmətük qəsəbə bələdiyəsinin sədri Təmirlan Ağamirzə oğlu Rzayevdəndir. 1993-cü ildə atam Hüseynov Möhübbət Xalıq oğlu Həzi Aslanov adına sovxozdan quşçuluq fermasını alıb. Biz uzun illər ailəmizlə birlikdə orada işçilər üçün nəzərdə tutulmuş 1 otaqlı evdə yaşamışıq. Təsərrüfat işləri heyvandarlıq və quşçuluq işləri ilə məşgul olmuşuq. Biz ora köçəndə mən indiyə kimi xatırlayıram ki, oralar bərbad daşlıq əkinçiliyə yararsız bir vəziyyətdə idi. Ailəmizin dəstəyi ilə biz oraları daşlardan və kolluqlardan təmizləyib hasarladıq", - deyə o qeyd edib.


Farid Xalıqlı deyir ki, uzun illər yaşadıqları evin yerləşdiyi ərazinin bir hissəsini indi başqaları zəbt edib. Buna da şəraiti yaradan isə bələdiyyə sədri Təmirlan Rzayevdir: "Biz həmin ərazidə təkcə elektriki bərpa etmək üçün 7 ədəd beton dirək və 1000 metrdən çox elektrik naqili çəkmişik. Biz ora köçəndə orada heç kəs yaşamırdı. Əzab-əziyyət və böyük çətinliklərə baxmayaraq, biz orada 20 ildən artıq yaşamışıq. Hər dəfə atama deyərdim ki, gəl buranı özəlləşdirək Atam deyirdi ki, bura bir ətək pul vermişəm, burada canımızı qoymuşuq. Valideyinlərim məni o evdən əsgərliyə yola salıblar".

Bələdiyyə sədri Təmirlan Rzayev

"Maddi imkanımız cox pis idi, mən əsgərlikdən qayıdandan sonra ustalıqla məşğul olmağa başladım, atam insult xəstəsi idi və biz təsərrufatı davam etdirə bilmədik və xəstə atamla orada yaşaya bilməzdik. O səbəbdən baba evinə köçməyi qərar verdik. 2022-ci il may ayının 15-də mən oranı bərpa etmək üçün 10 000 manatdan artıq vəsait xərcləyərək yenidən hasarlama, hamarlama işləri apardım, suyu, işığı bərpa etmişəm. Atam rəhmətə getdi, muvəqqəti olaraq iş dayandı və birdə ayıldıq ki, qəsəbəmizin bələdiyyə sədri Təmirlan Rzayev heç kimə demədən həyətimizdə bölgü işləri aparıb və saxtakarlıq etməklə orada 4 nəfərə torpaq ayırıb. Bələdiyyə sədri həmin şəxslərə saxta sənəd də təqdim edib. Mən xəbər tutanda dərhal Təmirlan Rzayev ilə əlaqə saxladım. Bildirdi ki, bir az səbirli ol, onlara digər ərazidə torpaq ayrılıb və mən onları oraya köçürərəm, 6 ay məni ələ salandan sonra bildirdi ki, onlar çıxmırlar", - Lənkəran sakini belə deyir.

Xalıqlı bildirib ki, o, bələdiyyə sədrinin saxta sənədlə torpaq satmasından hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət edəcək.

Onun sözlərinə görə, Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran şöbəsi də həmin şəxslərin torpaqlarını reyestrdən keçirməyib: "Mən anamla həmin şəxslərin evlərinə getdik. Özləri o torpaqların bizim olduqlarını etiraf etdilər. Onlar bildirdilər ki, bizə torpaq ayrılanda biz bələdiyyə sədrindən soruşduq ki, bura sizin torpaqdır? Təmirlan dedi ki, onların (yəni bizim) sənədi yoxdur. Amma özü də həmin şəxslərə qeyri-qanuni sənəd təqdim edib. Qərara aldım ki, Lənkəran Əmlak Xİdmətinə gedim. Oradan bildirdilər ki, çox maraqlıdır bu ərazi bizim balansımızda olmalıdır, amma yoxdur. Təklif etdilər ki, məhkəməyə muraciət edim. Bir çox araşdırmalar edəndən sonra mənə məlum oldu ki, Təmirlan Rzayev öz saxtakarlığı ilə necəsə o ərazini öz xəritəsinə əlavə edib. Qərara gəldik ki, anam İradə Hüseynova Əmlak Komitəsinə muraciət etsin. Həmçinin Gərmətük qəsəbə sakinləri də bu məsələdən narahat oldular. Onlar imza toplayaraq cənab Prezidentə və bir neçə quruma muraciət yollayıblar. Hazırda isə o ərazidə qanunsuz tikili gedir".

"Kənd sakini olaraq ordan başqa heç yerdə torpağımız yoxdur. İstifadəmizdə olduğu üçün o torpaqlar ilk olaraq bizə təklif olunmalıdır. Amma Təmirlan Rzayevin öz bildiyini edib. Onu da deyib ki, bu onun ilk saxtakarlığı deyil", - Fərid Xalıqlı belə deyib.

"Arqument.az" məsələ ilə bağlı Gərmətük qəsəbə bələdiyəsinin sədri Təmirlan Rzayevlə əlaqə saxlayıb.

O deyib ki, ona göstəriş Lənkəran Rayon İcra Hakimiyyətindən verilib.

Bələdiyyə sədri bildirib ki, həmin ərazidə 4 nəfərə yer verilib, onlardan biri şəhid ailəsi, digər 3 nəfər isə qazidir.

"Arqument.az"ın "Sizin balansınızda olmayan ərazini necə sata və ya kiməsə verə bilirsiniz? Bu, qanunaziddir. Həm də saxta sənədlə necə topraq verə bilirsiniz?" sualına bələdiyyə sədri: "Mənə icra hakimiyyətindən dedilər", - deyə cavab verib.

Farid Xalıqlı isə deyir ki, şəhid ailəsi onlar həmin ərazidən topraq istmədiyini bildirib: "Mənim şəhid ailəsi və ya qazilərlə heç bir problemim yoxdur. İcra hakimiyyəti bələdiyyə sədrinə deyib ki, Gərmətük dairəsində, "Mandarin" Uşaq Əyləncə Mərkəzinin arxasındakı ərazidə yer versin. Bələdiyyə sədri isə düşünüb ki, onsuz da şəhid və qazi ailələrindən pul ala bilməyəcək. Həmin əraziləri gələcəkdə başqasına satsın deyə onlara bizim ərazini verib. Bununla da çalışır ki, bizi şəhid və qazi ailələri ilə üz-üzə qoysun. Əslində isə onlara Gərmətük dairəsində torpaq verilməli idi. Şəhid ailəsi özü də bizə dedi ki, mən sizin torpağı yox, oranı istəyirəm. Dedi ki, əgər mənə başqa ərazidə yer verilsə, bu gün sizin torpaqdan çıxaram. Amma Təmirlan Rzayevin əlinə fürsət düşüb deyə bizim torpağı paylamaqla məşğuldur".

Bələdiyyə sədri: "Bəs həmin ərazi hansı sənədlə başqalarına verilir?" sualına isə yenə eyni cavabı verib: "İcra Hakimiyyətinin tapşırığı ilə".

"Bəs icra hakimiyyəti sizi hansısa qanunsuzluğu etməyə sövq etsə, etməlisiniz?" sualına isə bələdiyyə sədri cavab vermək istəməyib.

Aydın görünür ki, ərazi heç kəsə sənədlə verilməyib, Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Şöbəsinin balansından da torpaq saxta yolla çıxarılıb, amma heç bir digər qurumun da balansına salınmayıb.

Qanuna görə isə bələdiyyə yalnız öz balansında olan torpağı sata, icarəyə verə bilər.

Bələdiyyə sədri torpaq alan şəxslərə saxta sənəd vermədiyini desə də, "Arqument.az" həmin sənədi əldə edə bilib.

Həmin saxta sənədin surəti

Lənkəran Rayon İcra Hakimiyyəti isə məsələyə münasibət bildirməyib.


Arqument.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Bölgə

20-06-2023, 10:30

Neftçalada sakinləri üsyana KİM SÖVQ EDİR? - VİDEO

Bölgə

18-07-2023, 13:12

Astara bələdiyyəsinin AYRICA QANUNLARI VAR İMİŞ...

Cəmiyyət

5-10-2023, 10:35

Ölən şəxs barəsində saxta arayış verən bələdiyyə sədri...

Bölgə / Olay

8-08-2023, 20:26

Beyləqan RİH bələdiyyə ilə bağlı ittihamları ÖZÜ CAVABLANDIRDI - VİDEO

Bölgə / Olay

14-09-2023, 10:35

Çayxanada idarə olunan bələdiyyə işi - İcra başçısının “erməni” adlandırdığı Bələdiyyə sədrindən ŞİKAYƏT

Gündəm / Cəmiyyət

29-02-2024, 19:07

Möhübbət Babayev işdən çıxarıldı

Bölgə

8-04-2024, 15:59

Möhübbət Babayevin əvəzinə yeni TƏYİNAT

Bölgə / Olay

2-11-2023, 14:55

Təptəzə başçıya lap yeni problem...

Hadisə

11-09-2024, 15:01

İşdən çıxarılan bələdiyyə sədrinə elektron qolbaq taxıldı

Gündəm / Ölkə

7-08-2024, 17:45

İtkin düşən hərbçilərə görə onlar həbs edildi

Gündəm / Cəmiyyət

7-08-2024, 17:47

Laçında itkin düşmüş hərbçilərə görə iki nəfər həbs edilib

Cəmiyyət

29-07-2024, 17:46

“Əvvəl 5 min aldıqları bəs deyil, indi də 7 min manat tələb edirlər ki, işdən çıxartmasınlar” - Vətəndaş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndən şikayətçidir

Araşdırma
Estetik əməliyyatın kölgəsində qalan məsuliyyət: pasiyent niyə zərər çəkdi? FOTO
Prezidentin ailəsini şantaj edən şəxs barədə yeni detallar məlum oldu - VİDEO
Xaçmazda vakansiya niyə gizlədildi? – 9 nömrəli məktəbdə biologiya dərsi kimə və necə verildi?
Zərgərlik mağazalarından oğurluq edən qadın saxlanıldı - VİDEO
İKZF Xəlil Göyüşovdan 152 milyon manatlıq yaşayış sahəsi alır
“Vüsal 300“ yenə köhnə ampulasında – Yüksək faiz, qanunsuz lizinq
Hadisə
Bu gün, 10:12
Gəncədə avtomobillə moped toqquşub, xəsarət alan var
Dünən, 14:42
Bakının dörd rayonu və Abşeronda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Dünən, 10:49
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
Dünən, 10:42
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb
27-03-2026, 18:48
119 saylı marşrutda təhlükəli anlar: sürücü qaydaları pozdu, sərnişinlər riskə atıldı VİDEOFAKT
26-03-2026, 15:42
Çanaqqalada məktəbliləri daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var
Xəbər lenti
  • Bu gün, 16:00
    “BMT-nin trans-Atlantik qul ticarətinə dair qətnaməsini tam dəstəkləyirik”
  • Bu gün, 15:54
    DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib
  • Bu gün, 15:34
    Bakı-Qazax yolunda ağır qəza - Xəsarət alan var
  • Bu gün, 15:21
    18 ildir tikilən,11 il qabaq verilən texniki şərtdə altından su, kanalizasiya xətti keçməyən obyektin altından 11 il sonra kanalizasiya xətti “aşkarlayan” xidmət FOTO
  • Bu gün, 15:08
    Tural Qurbanov ilk dəfə beynəlxalq oyuna baş hakim kimi təyinat alıb
  • Bu gün, 15:01
    Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri
  • Bu gün, 14:45
    Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb
  • Bu gün, 13:23
    Təhsildə kölgə oyunları: adı hallanan məktəblər, uzadılan müddətlər və maraqlar toqquşması
  • Bu gün, 13:02
    Sabah Bakıda bəzi yerlərdə yağış yağacaq
  • Bu gün, 12:39
    İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər
  • Bu gün, 12:14
    Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir
  • Bu gün, 11:44
    Tələbələri müdafiə edən müəllimə YENİDƏN HƏDƏFDƏ... - SUSDURMAQ İSTƏYİRLƏR...
  • Bu gün, 10:44
    Yol polisi tətildən qayıdan sürücülərə müraciət edib
  • Bu gün, 10:35
    “İlyasın Kafesi” ilə bağlı şikayətlər bitmir – “Menyu yoxdur”
  • Bu gün, 10:12
    Gəncədə avtomobillə moped toqquşub, xəsarət alan var
  • Bu gün, 10:02
    Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -FOTOLAR
  • Bu gün, 09:28
    "FIFA Series – 2026": Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək
  • Bu gün, 09:16
    Deputat Səyyad Aranın nəvəsinin lüks avtomobili - Chevrolet Camaro - Nömrəsi daha bahadır - FOTO
  • Bu gün, 09:00
    Rasim Balayevin cənazəsi Bakıya gətirildi
  • Dünən, 22:00
    Estetik əməliyyatın kölgəsində qalan məsuliyyət: pasiyent niyə zərər çəkdi? FOTO
  • Dünən, 15:42
    TƏBİB-in keçmiş rəhbəri Vüqar Qurbanovun kadr siyasəti sual altındadır – mübahisəli təyinat narazılıq doğurur
  • Dünən, 15:22
    Azərbaycanda "Yer saatı 2026" beynəlxalq kampaniyası qeyd edilib
  • Dünən, 15:15
    Prezident Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib
  • Dünən, 15:05
    Pedro Sançes: Yaxın Şərqdəki vəziyyət ərzaq böhranı təhlükəsi yaradır
  • Dünən, 14:56
    Sibiqa: Ukrayna PURL proqramı çərçivəsində bütün lazımi silahları alacaq
  • Dünən, 14:42
    Bakının dörd rayonu və Abşeronda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
  • Dünən, 14:32
    İshaq Dar İslamabad görüşü barədə Əraqçini məlumatlandırıb
  • Dünən, 14:24
    Britaniya Hörmüz boğazının minalardan təmizlənməsi üçün baza hazırlayıb
  • Dünən, 14:17
    Xalq artisti Rasim Balayev vəfat edib
  • Dünən, 14:02
    Azərbaycanlı hakim-inspektor UEFA-dan növbəti dəfə təyinat alıb
  • Dünən, 13:35
    Qalibaf: ABŞ gizli şəkildə İrana quru hücumu planlaşdırır
  • Dünən, 13:23
    Zelenski: Rusiya yavaşlamır və müharibəni davam etdirməyi hədəfləyir
  • Dünən, 13:11
    "Al Araby" telekanalının Tehrandakı ofisinə raket zərbəsi endirilib
  • Dünən, 12:28
    Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib
  • Dünən, 12:21
    Ceyhun Bayramov: Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə