Abşeron rayonu, Xırdalan şəhəri, 2 saylı tam orta məktəbdə təmir adı ilə pul yığılır. Anaxeber.info-ya verilən məlumata görə, məktəbin təmir olunması üçün hər valideydən 3,50 manat tələb olunub. Bu da valideynlər arasında narazılığa səbəb olub.
Onların sözlərinə görə, məktəblərin təmiri dövlət vəsaiti hesabına həyata keçirilir. Hazırda 2 saylı məktəbdə 6 min şagird təhsil alır. Bu da o deməkdir ki, hər valideynin verdiyi pulla ortaya ciddi bir məbləğ çıxır.
Təbii ki, məktəb direktorunun valideynlərdən təmir adı ilə pul yığması özfəaliyyət deyil. Əgər belə olsaydı, dərhal Abşeron-Xızı Regional Təhsil İdarəsi araşdırma aparardı. Ancaq tam əksinə olduğu görünməkdədir.
Belə ki, regional təhsil idarəsinin rəhbəri İlhamə Abdullayevanın təlimatı və göstərişi əsasında bu pulun yığılması şübhə doğurmur. Ümumiyyətlə, İlhamə Abdullayeva bu vəzifəyə gəldiyi gündən Abşeron məktəbləri daha da bazara dönüb.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az