Redaksiyamıza müraciət edən vətəndaşlar bildirir ki, Qazax- Tovuz Regional Təhsil idarəsinin tabeliyində olan Gədəbəy Təhsil Sektorunda görünməmiş oyunlar aparılır. Belə ki, Gədəbəy Təhsil Sektorunda baş məsləhətçi postu Dövlət İmtahan Mərkəzinin rəsmi portalında VAKANT olaraq göstərilməməkdədir. Hər bir vəzifə Vakant verilməsi zərurəti olduğu halda Gədəbəy Təhsil Sektor müdir göründüyü qədər "burda mənəm bağdatda kor xəlifə" məsəlinin aparıcı fiqurudur. Qeyd edək ki, adı çəkilən qurumda çox saylı "Təhsilverənlərin etik davranış Qaydaları"nın pozulması əsas tutularaq bir çox müəllimlərin işlərinə son qoyulması halı kimi məktəblərdədə anarxiyanın baş qaldırması kimi siqnallar səngimək bilmir. Qeyd edilən təhsil sektorunun rəhbərliyi göründüyü qədər öz vasalına rəhmət oxutmaqda qəti qərarlıdır. Əvəlla bu azmış kimi keçmiş rəhbərin qəbulunda əməkdar müəllimin hirslənərək vəfat etməsi kimi hallarda baş vermişdir. Belə misallar çox çəkmək olar...
Qayıdaq əsas məsələyə Vakansiya verilmədən vəsifəyə təyin edilənlər hansı yollarla kimlərin himayəsi ilə bu vəzifəyə gətirildikləri heç kimə sirr deyil. Lakin bu kimi halın qabarıq biruzə verməsi təyin edilən şəxsin yarıtmaz idarəçilik əməllərindən irəli gəlməsi də məhs verilən məlumatlarda yer almaqdadır. Vətəndaş F.Nağıyev bildir ki, baş məsləhətçi müəsisənin əsas aparıcı beynidir. Lakin bu kimi bir çox vəzifələrin sertifikasiyadan keçməyən şəxslərə həvalə edilməsi təhsil keyfiyyətinin aşağı olmasına dəlalət edir.
Onsuzda Gədəbəy təhsili çökmə mərhələsini yaşayır. Bu durumdan qurtuluş yolunun isə işini mükəmməl bilən və mütəxəsislərin vəzifələrə gətirilməsi ilə mümkündür. Amma Məsləhətçi vəzifəsinə keçmiş idarə müdiri Arslan Hacıyev tərəfindən həvalə edilmiş vəzifəsini layiqincə idarə edə bilməyən hətta DİM seltifikatı olmayan Jalə adlı xanımı gətirmək nə dərəcədə düzgündür?
30 oktyabr 2024-cü il tarixində Elm və Təhsil Naziri Emin Əmrullayevin əmri ilə Qarabağ Regional Təhsil İdarəsinin müdürü vəzifəsini icra edən Məcidov Anar Rafik oğlu Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini təyin edilib. İdarənin müdiri vəzifəsinin icrası ona həvalə olunub. Lakin ona təhkim edilmiş idarənin idarəçiliyindən vaxt aşırı cırıltılar gəlir. Bu görüntüyü qədərdə önəmsiz cırıltılar deyil Anar müəllim. Bir müddət əvvəl rəhbərlik edən Arslan Hacıyevin sonun gətirən şəxslərin özbaşınalığı başına buyruqluğu zaman gələr sizədə böyük zərbə olar. Odur ki vaxtında vətəndaşların verdiyi məlumatları dəyərləndirin. Hər nə olur olsun gələcəyimiz olan övladlarımız səriştəsiz olan şəxslərə həvalə etmək cəmiyyət əleyhinə qarşı ən ağır cinayət hesab edilir. Ümid edirik ki Qazax - Tovuz Regonal İdarəsinin yeni təyin olunmuş hörmətli Anar müəllim bu məsələyə hüquqi qiymət verər . Həmin postun Vakansiyaya çıxarılaraq qanuni haqq sahibinin sahiblənməsinə rəvac verəcəkdir.
Qeyd edilənlərlə bağlı qarşı tərəfi dinləməyə hazırıq. Araşdırmalarımız davam edir.
Təhsil Sektorlarında baş məsləhətçi vəzifəsinə yiyələnməyin əsas şərtləri: