Sizin reklam burada 728×90
Son dəqiqə

Həmkarından COP29-un təşkilinə görə İlham Əliyevə təbrik

14.11.2024 17:28 339 1 dəq oxunur
Həmkarından COP29-un təşkilinə görə İlham Əliyevə təbrik
“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) mükəmməl təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edir və qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm”.

Bu barədə Şimali Makedoniya Prezidenti xanım Qordana Silyanovska-Davkova rəsmi sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

“Hər iki ölkə dostluq münasibətləri saxlayır. Enerji sahəsində əməkdaşlıqda və bir sıra sahələrdə əlaqələrin dərinləşməsində qarşılıqlı maraq var. Sammitin mükəmməl təşkilinə görə sizi təbrik edir və qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm”, - deyə Şimali Makedoniya Prezidenti vurğulayıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az