Sizin reklam burada 728×90
Son dəqiqə

Sabah Babəkin bir neçə kəndində elektrik enerjisinin verilişi dayandırılacaq

27.12.2024 18:35 324 1 dəq oxunur
Sabah Babəkin bir neçə kəndində elektrik enerjisinin verilişi dayandırılacaq
Sabah Babəkin bir neçə kəndində elektrik enerjisinin verilişi dayandırılacaq

Sabah Babək rayonunun bir neçə kəndində elektrik enerjisinin verilişi dayandırılacaq.

"Report"un yerli bürosunun məlumatına görə, 35/10 kilovoltluq "Nəzərabad" yarımstansiyasında cari təmir işləri aparılacaq.

Bununla əlaqədar, rayonun Nəzərabad, Didivar, Şıxmahmud, Aşağı və Yuxarı Uzunoba, Xəlilli, Vayxır, Xalxal və Məzrə kəndlərində elektrik enerjisinin verilişində 28.12.2024-cü il tarixində saat 11:30-dan 13:00-dək fasilə yaranacaq.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az