Paytaxtın Nəsimi rayonunda “Əcəmi Mal” ticarət mərkəzinin qanunsuz tikinti başa çatdırılıb.
Nəsimi rayonu Hüseynbal Əliyev 24 ünvanında yerləşən “Əcəmi Mall” Ticarət Mərkəzinin 3-cü mərtəbəsi dəmir və taxta konstruksiya vasitəsilə artırlıb.
Qeyd edək ki, artırılan üçüncü mərtəbənin qanunvericiliyə uyğun müvafiq tikinti icazəsi olmayıb. Artırılma icazəsinin olmamasına baxmayaraq “Əcəmi Mall” ticarət mərkəzinin sahibi Ataş adlı şəxs aidiyyatı qurumlarla “anlaşaraq”, paytaxta tikintilərə nəzarət edən orqanların gözü qarşısında üçüncü mərtəbəni tikərək başa çatdırıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə “Əcəmi Mall”da üçüncü mərtəbənin qanunsuz artırılmasına nəzarəti Nəsimi Rayon İcra Hakimiyyətinin memarı kimi tanınan Ələsgər Rüstəmov şəxsən rəhbərlik edirmiş.