• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı.”

Gündəm / Siyasət / İqtisadiyyat / Cəmiyyət

15-06-2025, 10:47

15 iyun- Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir. Bu şanlı tarix səhifəsini yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Ulu Öndərimiz Heydər Əliyevdir. Azərbaycanın müasir tarixini Milli Qurtuluş Günündən və bu günə səbəb olan Ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm qayıdışından ayrı təsəvvür etmək mümkün deyil.

1991-ci ilin oktyabr ayında Azərbaycan yenidən öz müstəqilliyini əldə etdikdən sonra Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirirdi. Ölkədə ictimai həyatın bütün sahələrində hökm sürən xaos, hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı və anarxiya respublikanı bürüdü. Orduda vəziyyət ağırlaşdı, fərarilik halları artdı. Erməni təcavüzü get-gedə daha geniş miqyas alırdı. Respublikada hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. Ölkəni bürüyən hərc-mərclik, özbaşınalıq vətəndaş müharibəsi həddinə çataraq dövlət müstəqilliyimizi təhlükə altına aldı. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin ağır sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğu zərurəti yaratmışdı. Bu xilaskar isə kifayət qədər idarəçilik təcrübəsi olan, milli maraqları hər şeydən üstün tutan böyük dövlət xadimi Heydər Əliyev idi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Vətənin belə ağır günündə Azərbaycan xalqının təkidli dəvəti ilə Ulu Öndər Naxçıvandan Bakıya gəldi və 15 iyun 1993-cü ildə Ali Sovetin Sədri seçildi. Bu, ölkə tarixində yeni bir mərhələnin, əslində isə Azərbaycanın siyasi və milli qurtuluşunun başlanğıcı oldu. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə əvvəlcə siyasi sabitlik yaradıldı, dövlət aparatında nizam-intizam bərpa olundu. Qısa müddət ərzində vətəndaş müharibəsinin qarşısı alındı, Azərbaycanın parçalanmaq təhlükəsi dəf edildi. Onun uzaqgörən siyasəti nəticəsində Konstitusiya hazırlandı və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edildi. Hüquqi baza formalaşdı, qanunvericilik və məhkəmə sistemləri quruldu, ordu gücləndirildi.

Eyni zamanda Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin iqtisadi inkişafının əsası oldu. “Əsrin müqaviləsi” adlandırılan beynəlxalq neft sazişi 1994-cü ildə imzalandı və Azərbaycan iqtisadiyyatına milyardlarla xarici sərmayənin cəlb olunmasına zəmin yaratdı. Bu, yalnız iqtisadi inkişafı deyil, həm də Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsini təmin etdi və ölkədə yeni eranın başlanğıcı qoyuldu.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi. Ulu öndər bütün maneələrə baxmayaraq ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi, respublikanın müstəqilliyini qorudu, ölkədə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Ümummilli lider dağılmaqda olan, parçalanan, yox olmaq təhlükəsinin bir addımlığında dayanan Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin edərək, Vətənimizi dünyada söz və nüfuz sahibi, dinamik inkişaf edən ölkəyə çevirdi.
Milli Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür və bu önəmli tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi yazıldı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi, bu tarix Ulu öndər sayəsində həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi. Azərbaycanın indiki reallıqlarını göz önünə gətirib müqayisə apararkən Heydər Əliyevin möhtəşəm qayıdışının Azərbaycanın müasir tarixində və hər bir vətəndaşın həyatında nə qədər önəmli bir hadisə olduğunu dəyərləndirmək çətin olmaz.

Bütün həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş müdrik siyasi və dövlət xadimi Ulu öndər tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir.

Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanın hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olub. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderimizin siyasi kursuna sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Bu yol ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Ümummilli lider Heydər Əliyev vaxtilə müdrikcəsinə demişdir: "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz". Bu inam, bu qətiyyət Qurtuluş Gününün mənası və verdiyi ibrət dərsləridir. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla, irəliyə aparacaqdır.

Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etdi, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrildi. Müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu oldu.
Bu gün qazanılan nailiyyətlərin əsasında Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi Azərbaycan dünyanın dinamik inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Bu gün ölkə Prezidenti İlham Əliyev Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli siyasəti ən müxtəlif sahələrdə layiqincə davam etdirir.

Manaf Manafov
Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

15-06-2024, 06:27

Azərbaycanda Milli Qurtuluş Günüdür

Cəmiyyət

15-06-2025, 10:25

Azərbaycanda Milli Qurtuluş Günüdür

Cəmiyyət

15-06-2023, 01:44

Fidan Hüseynova: Həyatını canından artıq sevdiyi xalqına həsr etmiş Ulu Öndər Heydər Əliyev

Ölkə

26-04-2023, 01:56

Heydər Əliyevin sayəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, daimi və dönməz oldu

Gündəm

21-08-2023, 14:04

Azərbaycan var olduqca Ümummilli Lider Heydər Əliyev də yaşayacaqdır - FOTO

Ölkə

11-12-2023, 22:52

Xalqa həsr edilmiş ömür

Siyasət

8-04-2023, 01:49

Fidan Hüseynova: Xalqa Zəfər bəxş edən ordu

Cəmiyyət / Video

15-06-2023, 03:07

Jurnalist Qurtuluş günü ilə bağlı VİDEOÇIXIŞ ETDİ - VİDEO

Siyasət

23-03-2023, 00:34

Fərid Şərifov: Azərbaycan var olduqca Heydər Əliyev də yaşayacaqdır

Cəmiyyət

29-09-2022, 16:36

Ulu Öndər Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizin təminatçısıdır.

Dünya

16-06-2023, 23:45

Aktau şəhərində Azərbaycanın Milli Qurtuluş Günü qeyd edilib FOTO

Cəmiyyət

1-04-2023, 21:54

BDU-nin 1-ci kurs tələbəsi Aysel Quliyeva Ulu Öndər Heydər Əliyevlə bağlı yazdı - FOTO

Araşdırma
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Hadisə
Dünən, 12:00
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
Dünən, 11:00
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
10-06-2026, 17:21
Hacıqabulda açıq ərazidə yanğın başlayıb
10-06-2026, 08:57
Araz çayında batan 17 yaşlı gəncin meyiti tapılıb
9-06-2026, 12:25
Sankt-Peterburqda yanğında dörd nəfər ölüb
9-06-2026, 11:06
DİN: Qanunsuz saxlanılan silah insan həyatı üçün ciddi təhlükələrə səbəb ola bilər
Xəbər lenti
  • Bu gün, 11:11
    KİV: ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail Livanda hərbi əməliyyatları davam etdirəcək
  • Bu gün, 10:26
    Prezident: Azərbaycan regionda davamlı sülhün yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir
  • Bu gün, 10:02
    Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
  • Bu gün, 09:30
    Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub
  • Bu gün, 08:58
    Azərbaycanda Milli Qurtuluş Günüdür
  • Dünən, 15:00
    Rusiyada dron hücumundan sonra yanacaq anbarları yanıb
  • Dünən, 14:00
    Daşkəsəndə seldən sonra yol çöküb
  • Dünən, 13:00
    Starmer: Britaniya ordusu Rusiyanın tankerini ələ keçirib
  • Dünən, 12:30
    Mədəniyyət Nazirliyi Hidayət Orucovun ailəsinə başsağlığı verib
  • Dünən, 12:00
    Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
  • Dünən, 11:00
    Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
  • Dünən, 10:30
    Trampın ad günüdür - 80 yaşı oldu
  • Dünən, 10:00
    Bu gün imtahan var
  • 13-06-2026, 18:38
    Türkiyədə qohumların mübahisəsi silahlı davaya çevrilib
  • 13-06-2026, 18:21
    İcra başçısı "Ana-bala" parkını SATDI: sakinlər narazıdır... - FOTOLAR
  • 13-06-2026, 17:37
    İsrail Livanın cənubunda "Hizbullah"ın 70-dən çox obyektinə zərbələr endirib
  • 13-06-2026, 15:38
    Niderlandda polis iğtişaşların 7 iştirakçısını saxlayıb
  • 13-06-2026, 15:09
    “Barama” niyə uşağı bağçada saxlamaq istəmir? - İki filialdan şikayət var
  • 13-06-2026, 14:55
    Bakıda Şimali Kiprin Mədəniyyət Günü keçirilir
  • 13-06-2026, 13:36
    Sabahın hava proqnozu açıqlanıb
  • 13-06-2026, 13:12
    Gəncədə “Su-Kanal” idarəsi NARAZILIQ YARADIR - Başçı isə...
  • 13-06-2026, 12:16
    İranda edama məhkum edilmiş 139 nəfər əfv edilib
  • 13-06-2026, 11:44
    İmişli təhsilində SAXTA DİPLOM QALMAQALI... - İTTİHAM VAR...
  • 13-06-2026, 11:08
    Bu il 23 mindən çox müəllim sertifikatlaşdırmadan keçəcək
  • 13-06-2026, 10:45
    Budaqova qarşı CƏBHƏ AÇANLAR kimlərdir?.. - İLGİNC İDDİALAR...
  • 13-06-2026, 10:14
    Səməd Bəşirli: "Azərbaycan və TDT ölkələri arasında qarşılıqlı investisiyalar 40 milyard dollara yaxınlaşıb"
  • 13-06-2026, 09:56
    "Ceylan MMC" fırıldağının pərdəarxası: Günay Rzayevanın şikayəti nələri üzə çıxardı? -İDDİA (VİDEO)
  • 13-06-2026, 08:57
    Bu gün Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
  • 12-06-2026, 18:21
    Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib
  • 12-06-2026, 18:15
    Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinə rəis təyin edilib - ƏMR
  • 12-06-2026, 17:34
    Azərbaycan və Ekvadorun diplomatik, rəsmi və xidməti pasport sahibləri viza tələblərindən azad ediləcək
  • 12-06-2026, 17:12
    Anar Bayramov İsmayıllı Xəstəxanasının direktoru Vidadi Rəhimovu vəzifəsində nə qədər saxlayacaq
  • 12-06-2026, 16:52
    Böyük Britaniya hökuməti böhranla üz-üzə - Krallığın sınağa çəkilən siyasi elitası - ŞƏRH
  • 12-06-2026, 16:34
    Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
  • 12-06-2026, 16:18
    DÇ-2026: Kanada və ABŞ yığmaları ilk oyunlarına çıxacaq
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə