• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gündəm / Sosial

27-08-2025, 16:58

Əhalinin çoxluqla narazı olduğu qurumlardan biri, bəlkə də birincisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Bəlli olduğu kimi, bu nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, DOST Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Sosial Xidmətlər Agentliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti, Dost İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Agentliyi və s. qurumlar fəaliyyət göstərir.

Ən çox şikayət aldığımız Dövlət Tibbi-Sosial Ekspertiza, Reabilitasiya Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Dövlət Sosial Müdafiə Fondudur.

Sabiq nazir Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyindən ayrılandan sonra çoxlarına elə gəlirdi ki, bu qurumdan şikayətlər qismən azalacaq, ən azı saxtakarlıqlara yol verilməyəcək. Təəssüf ki, burada Sahil Babayevin “siyasəti” hələ də davam etməkdədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayətlərin artması, ən əsası isə insanların haqsız yerə süründürməçiliyə məruz qoyulması faktları günbəgün çoxaldığından, istər-istəməz belə düşünməyə məcbur oluruq ki, deyəsən, Anar Əliyev sələfinin “yolunu” davam etdirməkdə israrlıdır. Məsələn, əvvəllər olduğu kimi, yenə də əlil olmayan insanlar bu qurumda müayinədən keçərək, asanlıqla əlillik dərəcəsi ala bilirlər. Özü də 1-ci qrup. Əlil olan, xəstə olan bəzi insanlar isə, ənənəvi qaydada qıraqda qalırlar, necə deyərlər saxta əlillərin limiti doldurduğu üçün. Beləliklə də, çarəsiz, bir qarın çörəyə möhtac insanlar ölümə tərk edilir.

Onu da dəyərli oxucuların diqqətinə çatdıraq ki, son illər redaksiyamıza daxil olan şikayətlərin ən azı 80 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyindəndir. Düzdür, bu iki qurumu bir-biri ilə əlaqələndirmək doğru olmaz. Çünki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidməti ən azı suallarımızı cavabsız qoymur, hətta əllərindən gələni edir, yardıma ehtiyacı olan insanlara kömək etməyə çalışırlar. Bu məqamda, xüsusilə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanova dərin təşəkkürümüzü bildiririk.

Yeri gəlmişkən bildirək ki, bir neçə ay əvvəl redaksiyamıza saxta əlillik alan şəxsin və ona bu məsələdə yardım edən, özünü nazirliyin əməkdaşı kimi təqdim edən 2 xanımın video görüntüləri daxil olmuşdu. Bununla bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Bundan sonra qadın müayinə üçün agentliyə dəvət olundu və təkrar müayinələrdən keçdi. Qurumdan redaksiyamıza bildirdilər ki, “Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Qaraşova Mehparə Vaqif qızı "İnzibati icraat haqqında" Qanuna əsasən, 18.07.2025-ci il tarixində əlillik təyinatı barədə qərarın əsaslılığının yoxlanılması məqsədilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət olunub.

Əyani müayinə nəticəsinə əsasən, vətəndaşın hazırki vəziyyətinin əlillik səviyyəsində olmadığı müəyyən edilib. Nəticədə müvafiq qanunvericiliyə uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib”.

Amma, sadəcə bu qədər! Bəs, nə üçün saxta əlilliyi düzəldən rəsmilər, saxta xəstəlik kağızları verən həkimlər barəsində heç bir tədbir görülmür?! Doğrudur, hüquq-mühafizə orqanından bildirilir ki, məsələ araşdırılır. Bu araşdırma neçə ay, yaxud neçə il çəkəcək? Hansı ki, video-görüntüdə qadınların arasında pul alverinin olduğu aşkar şəkildə görünür.

Bundan əlavə, 1 il əvvəl yenə redaksiyamıza qohumu vasitəsilə saxta əlillik dərəcəsi alan şəxsin məlumatları daxil olmuşdu. Məlumatda qeyd olunurdu ki, “Gəncə şəhər sakini Mehralıyeva Anarə Paşa qızı 1-ci qrup olmadığı halda özünə saxta əlillik düzəltdirib”. Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə məlumat verdik. Uzun araşdırmalardan sonra adıçəkilən xanım təkrar müayinə olunub və bu zaman ona 1-ci qrup yox, ona 2-ci qrup əlillik təyin edilib. Nazirliyin cavabını olduğu kimi dərc edirik: “Gəncə şəhər sakini 1985-ci il təvəllüdlü Mehralıyeva Anarə Paşa qızı "İnzibati icraat haqqında" Qanuna əsasən, 22.04.2024-cü il tarixində əlillik təyinatı barədə qərarın əsaslılığının yoxlanılması məqsədilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət olunub.

Əyani müayinə nəticəsinə əsasən, vətəndaşa hissəvi reabilitasiya olunması səbəbilə müddətsiz olaraq ikinci dərəcə əlillik təyin edilib”.

Maraqlıdır ki, hələ də nəyinsə müqabilində “1-ci qrup əlil” kimi pensiyaya çıxan şəxslər qrup dəyişikliyinə məruz qalır, əsaslı sübut təqdim olunan zaman isə tamamilə əlillikləri ləğv edilir. Bəs nazirliyin həkimləri bu xəstələri yoxlayan zaman hansı marağa görə onlara əlillik dərəcəsi verirlər?

Digər tərəfdən, görünür həmin həkimlərin çəkinəcək yerləri olmadığı üçün bu qanunsuzluğa əl atırlar. Həkim rəy verir, amma məsul şəxs kimi məsuliyyət daşımır. Bu addımlar dələduzluğu alovlandırmırmı?

Zənnimizcə, saxtakarlıqla pensiya təyin olunan şəxslərin aldıqları pullar məhkəmənin qərarı ilə geri alınmalıdır. Həmçinin, saxtakarlığa imza atan həkimlər, rəsmi şəxlər cəzalandırılmır. Məhz bu səbəbdən də Azərbaycan da dələduzluq halı baş alıb gedir, cinayət törədən insanlar həbs olunmur, onlar barəsində tədbir görülmür. Axı, indiyədək bizim bildiyimiz, 10-larla saxta əlillik dərəcəsi alanların statusu ləğv edilib.Olan isə yenə vətəndaşa olur, həm pulu gedir, həm də saxta əlilliyi.

Sahil Babayevin vaxtında saytlarda belə bir açıqlama getmişdi. Qeyd edilirdi ki, “hər kəs Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə güvənsinlər və rahat müraciət etsinlər. Bəzən tibb müəssisələrindən gələn natamam sənədlər səbəbindən imtina halları olur. Lakin əyani müayinədən sonra hüququnu tam şəkildə təmin edə bilirik”.

İnsanların, ən əsası da qazilərin, müharibə iştirakçılarının haqqı yeyilir. Həqiqi yataq xəstələrinin hüquqları tapdalanır. Nə görən göz var, nə də duyan qulaq.

Qeyd etdiyimiz faktların təsdiqi üçün redaksiyamıza daxil olan video-görüntünü oxuculara təqdim edirik: Buyurun, siz də baxın, görün sağlam insanlar 1-ci qrup əlilliyi necə asan yolla alırlar.

Jalə FAMİLQIZI, (Hurriyyet)

Redaksiyadan: Yazıda adları çəkilən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Sosial

27-09-2024, 20:00

Sahil Babayevdən nazir müavinin deputat seçilən xanımının yerinə təyinat

Gündəm / Cəmiyyət

16-07-2024, 15:50

Oğuzun yeni icra başçısı kimdir?

Siyasət

21-10-2023, 16:30

Özbəkistanla əmək və məşğulluq sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO

Gündəm / Cəmiyyət

9-04-2025, 18:43

Nazir deputat seçilən xanımın yerinə onu TƏYİN ETDİ

Sosial

15-03-2023, 21:21

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri genişləndirilib

Sosial

27-11-2024, 12:30

Sahil Babayev: "Son 5 ildə 7 milyard manatlıq sosial paketlər reallaşdırılıb"

Gündəm / Siyasət

7-02-2025, 16:08

Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib

Gündəm / Cəmiyyət

17-06-2024, 12:43

Son beş ayda əlilliyi olan şəxslərə 50 mindən çox reabilitasiya vasitəsi verilib

Cəmiyyət

18-07-2022, 18:49

Suriyadan gətirilən daha 12 nəfər sosial reabilitasiyaya cəlb edilib

Cəmiyyət

14-07-2022, 20:05

Gəncədə əmək yarmarkası keçirilib

Siyasət

29-10-2024, 16:57

Prezident Fərman imzaladı

Cəmiyyət

4-06-2025, 17:59

Sabah Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda pensiyalar qrafikdən əvvəl ödəniləcək

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Bu gün, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
Dünən, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 11:26
    Gədəbəydə avtomobil aşıb, ölən var
  • Bu gün, 11:09
    "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
  • Bu gün, 10:47
    Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib - YENİLƏNİB
  • Bu gün, 10:38
    Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
  • Bu gün, 09:54
    Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
  • Bu gün, 09:47
    NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
  • Bu gün, 09:26
    Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
  • Bu gün, 09:07
    "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
  • Bu gün, 08:48
    Yasamal və Binəqədinin bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək
  • Dünən, 18:30
    Yeni doğulmuş körpə üzərində mürəkkəb cərrahi əməliyyat keçirilib
  • Dünən, 18:08
    Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək - YENİLƏNİB
  • Dünən, 18:02
    “SAB” məhsulları təhlükəlidir? –AQTA-nın və medianın ŞOK faktları
  • Dünən, 17:42
    Sadır Japarov sabah Azərbaycana səfər edəcək
  • Dünən, 17:34
    “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –FOTOFAKT
  • Dünən, 16:48
    Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşüb
  • Dünən, 16:29
    Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
  • Dünən, 16:14
    Enerji atəşkəsi, dizel sövdələşməsi – Rusiya-Ukrayna müharibəsində yeni bir sınaq
  • Dünən, 16:08
    Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
  • Dünən, 15:49
    Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
  • Dünən, 15:38
    “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
  • Dünən, 15:09
    Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
  • Dünən, 14:58
    Başçının dövlət torpaqları ilə qanunsuz biznesi və 24 min əhalinin yol problemi
  • Dünən, 14:52
    Türkiyədəki anti-Azərbaycan kampaniyasının SİRRİ AÇILDI
  • Dünən, 14:51
    Türkiyədə Azərbaycan əleyhinə media hücumu: bu, kimin marağındadır?
  • Dünən, 14:35
    Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib
  • Dünən, 13:01
    Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
  • Dünən, 12:54
    Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
  • Dünən, 12:39
    Parlamentdə təhlükəli mallarla bağlı tədbirlər dairəsinin müəyyənləşdirilməsi birinci oxunuşdan keçib
  • Dünən, 12:28
    Peşə təhsil mərkəzində yeni təyinat - Avtomobil təmiri sexi, yeni adamlar...
  • Dünən, 11:58
    Azərbaycan Laosdan olan tələbələr üçün təqaüd sistemi təklif edib
  • Dünən, 11:46
    “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var - BU NƏDİ BELƏ?
  • Dünən, 11:24
    Milli Məclisin plenar iclası başlayıb, 13 məsələ müzakirə olunacaq
  • Dünən, 11:15
    Dönərçi “Halal Food”u ifşa etdi – Foto
  • Dünən, 10:52
    Bakı, Sumqayıt və Abşeronda sabah pensiyaların ödənilməsi nəzərdə tutulub
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə