Sizin reklam burada 728×90
Son dəqiqə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri genişləndirilib

15.03.2023 21:21 1 101 1 dəq oxunur
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri genişləndirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) yeni səlahiyyət verilib.

Prezident İlham Əliyev bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, nazirlik sisteminə daxil olan qurumların fəaliyyətini yoxlaya, habelə onların fəaliyyətinə nəzarəti həyata keçirə biləcək.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu ƏƏSMN-in vahid sistemindən çıxarılıb.

Eyni zamanda fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nazirlik Aparatının, nazirlik sisteminə daxil olan qurumların fəaliyyətinə nəzarəti təşkil edəcək və onların işinin əlaqələndirilməsini təmin edəcək.

F.Şərifov
Ulutv.İnfo
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az