• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təmir qalmaqalı: Mərkəz açıqlama verdi – “LiderLine” MMC-yə hələ ödəniş edilməyib

Gündəm / Cəmiyyət / Bölgə

9-09-2026, 03:59

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində aparılan təmir işlərinə cəlb edilən ustaların gördükləri işlərin qarşılığında ödəniş ala bilmədiklərini bildirmələri ilə bağlı yaranmış mübahisə hüquq-mühafizə orqanlarına qədər gedib çıxıb.

BakuNews.az-a daxil olan məlumata görə, Ramal Fətulazadə Sərxan oğlu və Ramal Seyfullayev İlham oğlu Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində aparılan təmir işlərində usta kimi çalışıblar.

Şikayətçilərin bildirdiyinə görə, onların təmir işlərinə cəlb olunması Mərkəzin inzibati-təsərrüfat işləri üzrə direktor müavini Rəfiyev Dağlar Azər oğlunun sifarişi ilə podratçı kimi təqdim olunan Namizəd adlı şəxslə razılaşma əsasında həyata keçirilib. Ustaların işə cəlb edilməsində Zamanov Röyal Rövşən oğlunun vasitəçi olduğu da iddia edilir.

Məlumata əsasən, Ramal Fətulazadə və Ramal Seyfullayev iyul ayından avqustun 3-dək 6 sanitar qovşağında ümumilikdə təxminən 400 kvadratmetr kafel-metlax işi, eləcə də 4 korpusda emulsiya işləri görüblər.

Şikayətçilərin iddiasına görə, görülmüş işlərin müqabilində onlara ümumilikdə 4500 manat ödənilməli olsa da, bu məbləğ ödənilməyib. Məhz bundan sonra tərəflər arasında mübahisə yaranıb.

BakuNews.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Ramal Fətulazadə Sərxan oğlu və Ramal Seyfullayev İlham oğlu özlərini zərərçəkmiş hesab etdikləri məsələ ilə bağlı hüquq-mühafizə orqanına rəsmi müraciət ediblər.

Əldə etdiyimiz məlumata əsasən, faktla bağlı araşdırma davam etdirilir və məsələ üzrə yekun hüquqi qərarın qəbul edildiyi barədə hazırda məlumat yoxdur.

Mərkəz BakuNews.az-ın sorğusuna cavab verdi

Məsələ ilə bağlı BakuNews.az Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə rəsmi media sorğusu ünvanlayıb.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Nəbiyev Qalib Təsim oğlunun imzası ilə redaksiyamıza təqdim edilən cavabda bildirilir ki, sözügedən təmir-tikinti işləri qanunvericiliyin tələblərinə uyğun keçirilmiş satınalma prosedurunun nəticəsində qalib olmuş “LiderLine” MMC ilə Mərkəz arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

Mərkəzin açıqlamasına görə, “LiderLine” MMC-nin rəhbəri Namizəd Əsgərovdur. Bildirilir ki, Namizəd Əsgərov Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı deyil və onunla Mərkəz arasında ayrıca fiziki şəxs kimi müqavilə münasibəti mövcud deyil.

Mərkəz qeyd edir ki, müqavilə münasibətləri birbaşa “LiderLine” MMC ilə qurulub.

Rəsmi cavabda Ramal Fətulazadə Sərxan oğlu və Ramal Seyfullayev İlham oğlunun da Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları deyil, “LiderLine” MMC-nin işçiləri olduğu bildirilir.

Mərkəzin mövqeyinə əsasən, həmin şəxslərin əməkhaqqı və digər ödənişləri ilə bağlı məsələlər onların əmək münasibətində olduqları şirkətin öhdəliyinə aiddir və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birbaşa öhdəliyi hesab edilmir.

Dağlar Rəfiyevin rolu ilə bağlı Mərkəzin mövqeyi

Sorğunun əsas məqamlarından biri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin inzibati-təsərrüfat işləri üzrə direktor müavini Dağlar Rəfiyevin təmir prosesindəki rolu ilə bağlı olub.

Mərkəz cavabında bildirir ki, Dağlar Rəfiyevin fəaliyyəti onun vəzifə səlahiyyətləri çərçivəsində həyata keçirilir.

Açıqlamaya görə, direktor müavininin vəzifələrinə görülmüş işlərin keyfiyyətinə və müqavilə şərtlərinə uyğunluğuna nəzarət etmək, işlərin icra vəziyyətini yoxlamaq, həmçinin təhvil-təslim prosesində iştirak etmək daxildir.

Bununla yanaşı, Mərkəz bildirir ki, Dağlar Rəfiyevin “LiderLine” MMC-nin işçiləri ilə əmək münasibəti yoxdur və onların əməkhaqqının ödənilməsi ilə bağlı onun üzərinə hər hansı öhdəlik düşmür.

Ən diqqətçəkən məqam: podratçı şirkətə də hələ pul ödənilməyib

Mərkəzin rəsmi cavabında diqqət çəkən əsas məqamlardan biri “LiderLine” MMC-yə görülən işlərə görə hələ ödəniş edilmədiyinin açıqlanmasıdır.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi bildirir ki, hazırda podratçı şirkət tərəfindən görülmüş işlərin həcmi və keyfiyyəti təhlil edilir.

İşlərin qiymətləndirilməsi tam başa çatmadığından müqavilə üzrə “LiderLine” MMC-yə hələ ödəniş həyata keçirilməyib.

Rəsmi mövqeyə görə, görülmüş işlərin müqavilə şərtlərinə uyğunluğu müəyyən edildikdən sonra podratçıya ödəniş məsələsinə müvafiq qaydada baxılacaq.

Bu açıqlama mübahisəyə yeni aspekt əlavə edir. Belə ki, şikayətçilər artıq yerinə yetirdikləri işlərin qarşılığında 4500 manat alacaqlarının qaldığını bildirirlər, Mərkəz isə əsas podratçı şirkətə belə müqavilə üzrə ödənişin hələ həyata keçirilmədiyini açıqlayır.

Hüquq-mühafizə orqanlarına sənədlər təqdim ediləcək

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi bildirir ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından Mərkəzə rəsmi müraciət daxil olacağı təqdirdə tələb olunan sənəd və məlumatlar qanunvericiliyə uyğun şəkildə təqdim ediləcək.

Mərkəzin rəsmi cavabında həmçinin vurğulanır ki, məlumatların ictimaiyyətə təqdim edilməsindən əvvəl tərəflər arasındakı hüquqi münasibətlərin və müqavilə öhdəliklərinin dəqiqləşdirilməsi məqsədəuyğundur.

Direktor Qalib Nəbiyev Mərkəzin fəaliyyətində qanunçuluq, şəffaflıq və hesabatlılıq prinsiplərini rəhbər tutduğunu bildirib.

Suallar isə tam bağlanmayıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin cavabı təmir işlərinin rəsmi podratçısının kimliyinə aydınlıq gətirsə də, yaranmış mübahisə ilə bağlı bir sıra məsələlərin hüquq-mühafizə orqanlarının araşdırmasının nəticəsindən sonra tam aydınlaşacağı görünür.

Xüsusilə, Ramal Fətulazadə və Ramal Seyfullayevin “LiderLine” MMC ilə əmək münasibətlərinin hansı sənədlərlə rəsmiləşdirildiyi, onlara ödənilməli olduğu bildirilən 4500 manatın hansı hesablamaya əsaslandığı, işçilərlə əmək və ya mülki-hüquqi müqavilələrin olub-olmadığı, podratçı şirkətin işçilər qarşısında ödəniş öhdəliklərinin yaranıb-yaranmadığı araşdırılmalı məqamlar sırasındadır.

Digər tərəfdən, Mərkəzin “LiderLine” MMC-yə hələ heç bir ödəniş edilmədiyini bildirməsi də vacib məqamdır. Bu halda işçilərə ödənişin hansı mərhələdə və hansı maliyyə mənbəyi hesabına nəzərdə tutulduğu məsələsi də podratçı şirkətin açıqlamasını zəruri edir.

Hazırda hüquq-mühafizə orqanlarında aparıldığı bildirilən araşdırmanın yekun nəticəsi olmadan hər hansı şəxsin əməlində hüquq pozuntusunun və ya cinayət tərkibinin olduğunu qəti şəkildə söyləmək mümkün deyil.

BakuNews.az məsələ ilə bağlı araşdırmanın nəticəsini diqqətdə saxlayacaq.

Eyni zamanda, “LiderLine” MMC-nin rəhbəri Namizəd Əsgərovun, Ramal Fətulazadə Sərxan oğlunun, Ramal Seyfullayev İlham oğlunun, Zamanov Röyal Rövşən oğlunun və məsələdə adı çəkilən digər şəxslərin əlavə mövqelərini dərc etməyə hazırıq.

BakuNews.az-ın apardığı əlavə araşdırma zamanı məlum olub ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəsmi cavabında adı çəkilən “LİDER-LİNE” MMC dövlət satınalmalarında yeni iştirakçı deyil. Dövlət reyestri məlumatlarına əsasən, VÖEN-i 2701297561 olan şirkət 20 aprel 2018-ci ildə cəmi 10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Mingəçevir şəhəri, Bağlar massivi, 11-ci bağ küçəsi, mənzil 28-A göstərilib. İlkin qeydiyyat sənədlərində qanuni təmsilçi Namizəd Əsgərov Şahmar oğludur.

Satınalma tarixçəsi isə göstərir ki, “LİDER-LİNE” MMC Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təmir işlərinə ilk dəfə cəlb olunmayıb. 2025-ci ildə Mərkəzin binasının cari təmiri üzrə 46 318 manatlıq satınalmada da eyni şirkət qalib elan olunub. 2026-cı ildə isə şirkətin yenidən Mərkəzin cari təmir işləri üzrə qalib olduğu və müqavilə məbləğinin 69 717 manat təşkil etdiyi barədə açıq satınalma məlumatları mövcuddur. Beləliklə, söhbət eyni dövlət müəssisəsi ilə ardıcıl illərdə satınalma münasibətlərində olan şirkətdən gedir.

Araşdırmamız davam edir bizi izləməyi unutmayın.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Təhsil

3-09-2026, 14:12

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı — məsələ hüquq-mühafizə orqanlarında araşdırılır

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Cəmiyyət

4-12-2024, 12:52

Röyal Sarıməmmədova verilən vaxt daralır -Eldar Əzizov onun Pirallahıdakı işlərindən narazıdır

Gündəm / İqtisadiyyat / Araşdırma

1-11-2024, 21:34

"TURAN BANK" vətəndaşı məhkəməyə verdiyi halda şəxsin mülkiyyətini satışa çıxarıb - ŞİKAYƏT FOTOLAR

Cəmiyyət

7-11-2025, 16:39

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif edilib

Cəmiyyət

14-09-2024, 15:32

“Yanğın təhlükəsizliyini aradan qaldırmaq üçün TƏBİB vəsait ayırmadı” Mehriban Abasquliyevanın istintaqa verdiyi ifadə

Təhsil

14-01-2025, 21:05

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Maraqlı

4-02-2026, 16:33

Yüksək postlarda çalışan azərbaycanlı qadın rəhbərlər - ƏTRAFLI

Gündəm / Cəmiyyət

14-07-2026, 12:26

GƏNCƏ TƏHSİLİNİN "KORRUPSİYA MEMARLIĞI": ELÇİN KƏRİMOV, RÖVŞƏN KƏRİMOV VƏ REGİONAL TALANIN DAXİLİ XRONİKASI

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Dünən, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
13-10-2026, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
Xəbər lenti
  • Dünən, 19:00
    Paşinyanın partiyasından olan deputatı Rusiyaya buraxmayıblar
  • Dünən, 18:31
    Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
  • Dünən, 18:25
    "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
  • Dünən, 17:41
    Qazaxıstan Prezidenti Azərbaycana gəlib
  • Dünən, 17:26
    Aygül Şahüseynzadə təyinatla bağlı paylaşımını sildi
  • Dünən, 16:59
    Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
  • Dünən, 16:40
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • Dünən, 16:17
    Zelenski Britaniyada səfərdədir
  • Dünən, 16:08
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • Dünən, 15:43
    Bakının mərkəzində QHT-lər kəlağayı ilə yürüş keçirib
  • Dünən, 15:34
    Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq
  • Dünən, 15:13
    Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Türkiyə Prezidentini təmsil edəcək
  • Dünən, 14:59
    30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
  • Dünən, 14:33
    Əli Əsədov Laosun Prezidenti ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
  • Dünən, 14:27
    Azərbaycan və Kamboca parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
  • Dünən, 13:09
    Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
  • Dünən, 12:59
    Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
  • Dünən, 12:44
    Laos Prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
  • Dünən, 12:26
    İcra başçısı “Instagram”da astrologiya, oyun, gözəllik səhifələri izləyir? - FOTO
  • Dünən, 12:06
    Makron süni intellektlə bağlı Müdafiə və Mili Təhlükəsizlik Şurasının iclasını keçirəcək
  • Dünən, 11:41
    LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
  • Dünən, 11:26
    Gədəbəydə avtomobil aşıb, ölən var
  • Dünən, 11:09
    "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
  • Dünən, 10:47
    Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib - YENİLƏNİB
  • Dünən, 10:38
    Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
  • Dünən, 09:54
    Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
  • Dünən, 09:47
    NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
  • Dünən, 09:26
    Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
  • Dünən, 09:07
    "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
  • Dünən, 08:48
    Yasamal və Binəqədinin bir sıra ərazilərində işıq olmayacaq
  • 13-10-2026, 19:00
    Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək
  • 13-10-2026, 18:30
    Yeni doğulmuş körpə üzərində mürəkkəb cərrahi əməliyyat keçirilib
  • 13-10-2026, 18:08
    Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək - YENİLƏNİB
  • 13-10-2026, 18:02
    “SAB” məhsulları təhlükəlidir? –AQTA-nın və medianın ŞOK faktları
  • 13-10-2026, 17:42
    Sadır Japarov sabah Azərbaycana səfər edəcək
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə